writer1

Ayxan Ayvaz

Məqalə sayı

443
clock15:00 calendar-gray 02 Fevral 2017 view-gray203 dəfə oxunub
view-gray203 dəfə oxunub

Məni əsgərlikdə xoşbəxt edən o qadın

Əsgərlikdə ilk günlərimiz idi. Səhər “Qalx” komandası olanda hələ bu vərdişə öyrənə bilməyən bizlər nazla yerimizdən durduq. Çavuşlar bunun acığını çıxdılar. İki-üç dəfə geyinib-soyundurdular bizi. İndi geyinib soyundurmasınlar, amma qışın oğlan çağında bədənimiz yaxşıca qızışmışdı.

Sıraya keçəndə pəncərədən hər yerin ağappaq olduğunu gördüm. Elə bil hərbi hissənin üstünə ağ bir ayı uzanmışdı. Sevindim doğrusu. Yaşıldan başqa rəng görməyən bir əsgər üçün bu böyük bir xoşbəxtlik idi.

Tez-tələsik çölə çıxartdılar bizi. Sıra addımları ilə irəlilədik. Qar ayağımızın altında xırçıldayırdı. Hər yer qarla örtülmüşdü. Keçib gedən əsgərlərin ağzından buğ çıxırdı. Bir anlıq müharibədən bəhs edən filmlərdə hiss etdim özümü. Təzə əsgər olanda belə olur. Hər şey sənə maraqlı gəlir.

Yeməkxanaya girəndə fikir verdim ki, içəridə nəsə dəyişiklik var. Masaların üstündə toyuq, peçenye, tort filan gördüm. Hələ mikrofon da vardı lap başda, səsgücləndiricilər də.

Çaşdım. Nə bayramıdır ki? Hamımız içəri girəndə bir-birimizə bu sualları verirdik. Ancaq heç kim nə olduğunu bilmirdi.

Bir azdan elan verdilər: “Gənclər gününüz mübarək”.

Gənclər günü? Belə bir gün var? Əsgərlərin içində ən yaşlısı, komandirimiz demiş, ağıllısı mən idim. Ancaq belə bir bayramdan xəbərsizdim. Hamı da tərs kimi məndən soruşurdu. Əlimi yelləyirdim ki, bilmirəm.

Gənclər günü tədbirində bir xanım müğənni çıxardılar qabağımıza. Qadın oboyda kişinin içində neçə vaxtdır mülki həyatdan uzaq düşmüş əsgərlərin gözünü kəlləsinə çıxardı. Yerimdə oturub əllərim qoynumda onların iştahla qadının əndamına göz gəzdirməsinə baxıb dodaqaltı gülümsünürdüm.

Bir azdan qadın özü də bilmədən bəlkə də həyatının ən böyük səhvini elədi:

- Kim oynamaq istəyir buyursun...

Deməz olaydı. Elə bil ordu düşmən üstünə hücuma keçdi. Dörd tərəfdən müğənnini qamarladılar. Dünyanın ən güclü ordusu belə bizim əsgərlərin yaratdığı bu üzüyü yara bilməzdi.

Yazıq qadının halını görərdiniz. Təsvir etmək imkansız. Amma əllərim qoynumda onlara baxanda qəzəbli zabitlərin baxışından hiss etdim ki, axşam bizim də halımız yaxşı olmayacaq.

Axşam sıraya düzülüb danlamaq saatımız gələnə qədər xoşbəxtlikdən beynimiz dumanlanmışdı. Həm yaxşı yemişdik, doyunca söhbət edə bilmişdik, həm dəgözəl bir xanımın ətrafında yaxşıca rəqs etmişdik.

Ancaq gənclər günü münasibəti ilə bizə hazırlanan bu gözəl tədbir axşam burnumuzdan gətirildi. Saatlarla sırada farağat durmaq, “jim” eləmək, çöküb qalxmaq və daha nələr. Axırda zabitlər də yoruldu. Bizə də oturmağı işarə verdilər. Gülümsünüb əsgər dostuma dedim:

- Qoymadılar gəncliyimizi eləyək!

Zabitlərdən birinin səsi gəldi bu an:

- Amma bomba şey idi e...

REKLAM

Yazarın digər yazıları

Xəbər lenti

Türkiyəli şair vəfat etdi
18:30 12 Avqust 2020
Məhəllə futbolu - Hekayə
17:58 12 Avqust 2020
Özündən 25 yaş kiçik qadınla evləndi, yoldaşının ikinci əri bütün şəkillərini yandırdı, məzarı hələ də bilinmir – Nəsibə Zeynalovanın atasının dramatik həyatı
17:04 12 Avqust 2020
Məşhur "20th Century Fox" fəaliyyətini sona çatdırır
16:14 12 Avqust 2020
İtaliyada vəfat edən müğənnimizin nəşi vətənə gətiriləcək? - Açıqlama
15:30 12 Avqust 2020
Səfər Alışarlının "İşıq" hekayəsi
14:42 12 Avqust 2020
Kinematoqrafiya şöbəsinə yeni müdir təyin olundu
13:53 12 Avqust 2020
Manaf Ağayevin döydüyü model sevgili – “Ay canı yanmış” rəzaləti
13:49 12 Avqust 2020
Nazir Afaq Bəşirqızının gəlininə vəzifə verdi
13:12 12 Avqust 2020
Özündən 45 yaş kiçik şagirdini hamilə qoyan müəllim
12:53 12 Avqust 2020
Azərbaycanlı yazarın kitabı Türkiyədə nəşr olundu
12:09 12 Avqust 2020
Mədəniyyət Nazirliyinin mətbuat katibi işindən ayrıldığını açıqladı
11:23 12 Avqust 2020
Əfsanəvi müğənninin gitarası rekord qiymətə satıldı
11:10 12 Avqust 2020
Namazı ana dilimizdə qılsaq, daha səmimi olarıq
10:31 12 Avqust 2020
Azərbaycan Kinematoqrafçılar İttifaqı ssenari müsabiqəsi elan edir
09:57 12 Avqust 2020
Yollar bağışlamır gecikənləri - Könül Arifin şeirləri
09:00 12 Avqust 2020
Türkiyəni Avroviziyada təmsil edən qrupun solisti vəfat etdi
19:07 11 Avqust 2020
Azərbaycanda doğulmuş yəhudi rəssamın sərgisi olacaq
18:46 11 Avqust 2020
Tarantino filmdən imtina etdi
18:15 11 Avqust 2020
Nəşriyyat yeni müsabiqə elan etdi - Şərtlər
17:39 11 Avqust 2020