writer1

Sevda Sultanova

Məqalə sayı

860
clock17:04 calendar-gray 23 Dekabr 2016 view-gray271 dəfə oxunub
view-gray271 dəfə oxunub

İsgəndər Həmidovun xanımı

Sevda Sulatnova

Onunla bu il isti yay günlərindən birində tanış olduq...

Vəkil Elton Quliyev haqda danışmaq üçün İsgəndər Həmidovla görüşməli idik (E.Quliyev 2000-ci illərdə illərdə İ.Həmidovun vəkillərindən biri idi-S.S.).

Həmkarım İzolda Ağayeva ilə məni aşağıda İsgəndər bəy qarşıladı.

Yuxarı qalxdıq, qapını çox zərif, gözəl bir qadın açdı.

Başı bağlı idi, üzündə solğunluq vardı.

Asta yerişindən, hərəkətlərindən, qırılğanlığından vücuduna hopmuş zəiflik duyulurdu.

Söhbət əsnasında Rəna xanım xəstə olduğunu, bu səbəbdən bizə ürəyi istədiyi kimi qulluq eləyə bilmədiyini üzrxahlıqla, məyusluqla bir neçə dəfə dilə gətirdi.

Xərçəng xəstəliyindən müalicə olunduğunu biləndə sarsılmışdıq.

Bizi heyrətləndirən ağır xəstəliyin onun gözəlliyinə, zərifliyinə zərrə qədər toxuna bilməməsi idi. Əksinə, sanki xəstəlik özü onun cazibəsinə təslim olmuşdu.

Heyrətimizə daha çox səbəb verən isə Rəna xanımın ağrılarına, üzüntüsünə rəğmən üzündən əskik olmayan təbəssümü, sınmaması, gücü idi.

Fikrimiz istər-istəməz ara-sıra otağa girib nəsə lazım olub-olmadığını, qayğıkeşliklə “İstidən gəlmisiz, nə gətirim sizə? Çay, su, sərin qarpız da var, təbii qarpızdır” soruşan qadında qalmışdı.

Çəkiliş bitəndən sonra Rəna xanım dilimlənmiş qarpız boşqabını gətirdi.

“Bağışlayın, siz Allah çəngəlləri unutmuşam”. Salonun küncündəki siyirtməyə yaxınlaşdı, qızılı rəngli çəngəllərı çıxardı, həlim səsi yenə qulaqlarımızı oxşadı: “Yeyin, bayaqdan işləyirsiz”.

Sonra divanda yanımızda oturub söhbətləşdi, ölkədəki hadisələrdən danışdı. Bildik ki, gündəlik mətbuatı sıx-sıx izləyir, xəstəliyindən çox olanlardan narahatdır.

Onu yormaq istəmədiyimiz üçün ayağa qalxırıq. Qapıya ötürəndə yenə lazımınca diqqət göstərə bilmədiyi üçün uzrhaqlıq elədi, ardınca da dedi: “Siz Allah özünüzə yaxşı baxın, xəstələnməyin”.

Bu evdən Rəna xanımın energetikası ilə ayrıldıq. İzolda ilə uzun-uzun ondan danışdıq, “Görəsən müsahibə verər?” dedik.

Rəna xanımın xəstəliyi həyat yoldaşının həbsi zamanı yaşadığı stressdən, əsəbdən, həyəcandan qaynaqlanmışdı. Peşəsi həkimlik olsa da, xəstəliyin irəlilədiyini gec bilmişdi.

Ağlımızdan keçdi ki, bəlkə də başqa qadın olsaydı, yoldaşından dolayı bunca əzablara, çətinliklərə qatlanmazdı...

Orda olduğumuz müddətdə Rəna xanımın kübar davranışı, həyat yoldaşına sevgisi, sayğısı, qayğıkeşliyi diqqətimizi istər-istəməz çəkirdi.

Və onun təbəssümündə, sevgisində, sayğısında zərrə qədər falş yox idi.

Rəna xanım üçün ən ağır şərtlərdə sevdiyi kişinin, ailəsinin yanında olmaq qəhrəmanlıq, fədakarlıq yox, sadəcə normallıq, təbii davranış idi. Başqa cür olmağı o düşünməmişdi də.

O, həyat yoldaşının həm də güc qaynağı idi. Həbsdə qaldığı müddətdə İsgəndər bəyin psixoloji müqavimətinin dayanıqlı olmasında Rəna xanımın payı xüsusidir. İ. Həmidov bunu söhbətində özü dedi.

Əgər cəmiyyətdə hələ yaxşı nələrəsə varsa, həm də Rəna kimi güclü, sınmayan qadınların sayəsində var. Çətin şərtlərdə ləyaqətlə yaşamağı bacaran, fədakarlığını nümayiş etdirməyi ağlının ucundan belə keçirməyən bu qadınlar cəmiyyətin sağlam məhək daşlarıdır.

Onları yunan mifologiyasında hər şeyin yaradıcısı, yuvasını, uşaqlarını qorumaq üçün Uranla müharibəyə qalxan, onu məğlub eləyən torpaq ilahəsi cəsarətli Geyaya bənzədirəm...

Səssiz yaşayıb, səssiz gedən, unuda bilmədiyim Rəna xanımın ruhunun heç olmasa başqa dünyada dinclik tapacağına ümid edirəm...

REKLAM

Yazarın digər yazıları

Xəbər lenti

Yeni filmin nümayişi təşkil olunub
18:01 08 May 2021
Ədəbiyyat tariximizə qızıl hərflərlə yazılan misralar: 5 seçmə şeir
17:20 08 May 2021
Azərbaycanlı musiqiçi vəfat etdi
16:20 08 May 2021
Gənc yazardan yeni hekayə: Şlaqbaum
15:39 08 May 2021
Aktyor kitabxananın qonağı oldu
15:01 08 May 2021
Musa Yaquba sevgi və iztirabla - Kamal Abdulla yazır...
14:20 08 May 2021
Çingiz Hüseynovun ən çox sevdiyi 10 roman - Siyahı
13:36 08 May 2021
Xalq şairi Musa Yaqub dəfn olunub - Fotolar
12:37 08 May 2021
Şeir yazmağa Stalinə görə başladı, evli ola-ola bir qadına vuruldu, arvadı sevgilisinə yazdığı şeirləri gizli oxudu – Musa Yaqubun nağıl kimi həyatı
12:30 08 May 2021
Xalq artisti koronavirusdan dünyasını dəyişdi
11:38 08 May 2021
Şuşanın Mədəniyyət paytaxtı elan olunmasının 10 tarixi dərsi
11:10 08 May 2021
Ölən adamdan şair olar? - Gənc şair Fikrət Qocaya şeir həsr etdi
10:35 08 May 2021
Qətlə yetirilmək istərdim: Gecənin qaranlığında... Bıçaqla...
10:05 08 May 2021
2021-ci ilin “Oskar” saxtakarlığı – Sevda Sultanovadan sərt tənqid
09:00 08 May 2021
Jurnalist Fulya haqqında film çəkiləcək
18:56 07 May 2021
Sabir Rüstəmxanlıdan təsirli sözlər: “Əlvida, əziz qardaş!”
18:08 07 May 2021
Nizami Gəncəvi və Yunus Əmrəyə həsr edilən səhnə əsəri nümayiş olunub
17:46 07 May 2021
“Buynuzdan yazanda kəndi işğal olunan şairlərdən utanırdım” - Musa Yaqubun son müsahibəsi
17:15 07 May 2021
Musa Yaqubun dəfn olunacağı yer bəlli oldu
16:39 07 May 2021
Azərbaycanlı şairin ingiliscə kitabı çıxdı
16:12 07 May 2021