Alın yazısını dəyişdirən

Alın yazısını dəyişdirən
23 noyabr 2016
# 16:21

Kulis.Az Toğrul Musanın “Təmas olmadan hiss edilənlər və masa üzərində soyuyan çayların dilindən” yazısını təqdim edir.

Pərdələr açıqdır, birinci səhnə.

Proloq:

Bir an öncə sahib olduğu hər şeydən qurtulmağa can atırdı.

Qan qohumluğu olan hər bir şəxs, ailə dediyi insanlar və həmişə içində gizlənən əsl siması da daxil olmaqla hər şeyi bir kənara qoymaq və əsas olana doğru addımlamaq mühüm məsələlərdən biridir. Özünün də xəbəri olmadan şüuraltına illərdən bəri hopmuş bütün qalıqlar indilərdə onu ləngidir. Əlini uzatdığı an yoxa çıxıb, əli yanında olanda qarşısında üzə çıxan şəxs bütün bu yaşadıqlarının səbəbi idi. Bu səbəbdən əlavə özü ilə qarşılaşması üçün qaçılmaz bir fürsət idi və indiki ana qədər heç kəs onda bu istəyi yaratmamışdı.

O qədər ehtiyacla qonşu olmuşdu ki, artıq heç nə vecinə deyildi. Nə aclıq, nə yoxsulluq, nə evsizlik, nə də ki, baş verən bütün önəmli hadisələr onu bir qram da həyəcanlandırmırdı. Tək istədiyi qurtulmaq, hər şeydən təmizlənmək və keşiş qarşısında suya girməyə tam vəziyyətdə hazır olmaq idi. Digər tərəfdən də baş verən qarışıq hadisələr xronologiyası onun bütün planlarını alt-üst edir. O indi sanki saysız-hesabsız yolların olduğu bir yol ayrıcında havanın açılmasını gözləyir və dəqiqəbaşı saatına baxırdı. Prinsiplərinə bir dəfə tam olmasa da xəyanət etmişdi və bu onu indi dəhşət qorxudurdu. Həyatla bütün əlaqələri zəifləyir və kənara doğru itələnir, eyni zamanda isə özü də bilmədən “alın yazısı” deyilən şeyi dəyişdirirdi. Bezmişdi.

Hər gün günəşlə bir oyanıb, gecələri hamının içində yorğunluqdan yuxuladığı avtobusda bir küncdə öz gələcəyi üçün yer axtarırdı. Yeni və cavan ümidlərlə bərabər, həmçinin qoca və köhnə xatirələr onun ruhunda bəlkə də bir ömür qırılmayan tabu divarı inşa etmişdi.

Çıxış yolu elə də çətin olmasa da, əlçatmaz görünür: onun gülüşü, gözləri və saçları.

Pərdələr qapalıdır, qrim otağı.

Nə qədər acı olsa da, kainatın bizə göndərdiyi hər bir fürsətlə bərabər, görmədiyimiz əksikliklər də olur. Və çox təəssüf ki, əvvəlki hisslərimin heç biri öz təsirini göstərmir. Günü-gündən aramızdakı olan ip öz qalınlığını itirir və bu gediş belə davam etsə, yoxa çıxacam, yoxa çıxacaq və yoxa çıxacağıq. Tab gətirilməsi mümkün olmayacaq bir sunami daha qonaq gəlir və bir müddət keçdikdən sonra arxaya baxan zaman sunami adlandırdığı şeyin boyundan yüksək bir dalğa olduğunu görürsən. Baş verən sadəcə illuziya və mirajdan başqa bir şey deyil.

Biz istəklərimizi zamanında idarə eləməyi bacarsaq çox uğurlu olardıq, amma bu mümkün deyil. O ki qarşımıza çıxır və biz onu əldə eləməkdən ötrü dəridən-qabıqdan çıxırıq. Bu, əlbəttə ki, əksər hallarda mümkün olmur və biz məğlubiyyətə düçar oluruq. Lakin elə ki, biz ona yiyələnmək fikrindən daşınırıq, o an artıq o, özü bizə doğru yol almağa başlayır və gözləmədiyimiz anda gözlədiyimiz nəticə ilə rastlaşırıq. Çıxarılan nəticə, atılan addımlar vəziyyətdən çıxış yolunu tapmağa kömək etsə də... Əsas məsələ addımın atılması yoxsa atılmamasıdır?

Pərdələr açıqdır, ikinci səhnə.

Epiloq:

- Notların təsiri daha da artır, zirvəyə doğru yüksəlir və elə bu anda bərabər olaraq qalxan külək səsləri məni daha da şövqə gətirir! Mən qaçıram, qaçıram, qaçıram və bütün yollar bitən zaman ehtiyat edərək geri dönüb baxıram. Və...

Görünən mənzərə isə elə özüməm, bu ki dəhşətdir?!

Axı mən ki özümdən qaçırdım?!

# 1359 dəfə oxunub

Oxşar xəbərlər

"Əli ilə Ninonun münasibəti  mədəni sintez və parçalanmanın modelidir..." - Sevgi nə qədər dözə bilər?

"Əli ilə Ninonun münasibəti mədəni sintez və parçalanmanın modelidir..." - Sevgi nə qədər dözə bilər?

15:00 15 noyabr 2025
“Unuda bilmirəm. Amaliya Pənahova” bədii-sənədli filminin təqdimatı olub

“Unuda bilmirəm. Amaliya Pənahova” bədii-sənədli filminin təqdimatı olub

14:00 15 noyabr 2025
Onların yeganə vəzifəsi cümlə düzəltməkdir? - Azərbaycanda bədii redaktor problemi

Onların yeganə vəzifəsi cümlə düzəltməkdir? - Azərbaycanda bədii redaktor problemi

15:00 14 noyabr 2025
"Mən onun mətnləri ilə nəfəs alıram..." - Həmkarlarının Saday Budaqlı barədə fikirləri

"Mən onun mətnləri ilə nəfəs alıram..." - Həmkarlarının Saday Budaqlı barədə fikirləri

17:24 13 noyabr 2025
Azərbaycan nəsrini sanbala mindirən yazıçı - Saday Budaqlının sehirli qalmasının səbəbi nədir?

Azərbaycan nəsrini sanbala mindirən yazıçı - Saday Budaqlının sehirli qalmasının səbəbi nədir?

12:10 13 noyabr 2025
"Dramı yaşayırlar, faciəyə isə layiq olurlar..."  - Rolan Barta görə teatr bizə nəyi öyrədir?

"Dramı yaşayırlar, faciəyə isə layiq olurlar..." - Rolan Barta görə teatr bizə nəyi öyrədir?

10:52 12 noyabr 2025
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər