writer1

Sevda Sultanova

Məqalə sayı

860
clock11:53 calendar-gray 17 Avqust 2016 view-gray281 dəfə oxunub
view-gray281 dəfə oxunub

Badamdarda çay axtaran aparıcı

Bu verilişdən dörd, ya beş il əvvəl Kulis-ə yazmışdım. Lider kanalında yayımlanan “Ay ev yiyəsi” verilişini nəzərdə tuturam.

Üstündən illər keçib və proqramın hələ də efir ömrünü yaşadığını bilmirdim. Srağagün evdəkilər bu proqramı izləyənədək.

O gündən bu günə verilişin formatında dəyişiklik olmayıb. Dəyişən televiziya kamerasıyla heç bir ünsiyyət qurmaq istəməyən, ondan qaçan vətəndaşlardır. Məsələn, dörd-beş il əvvəl insanlar bu verilişə daha loyal yanaşırdılarsa, indi onu evində görmək istəyənlər heç barmaqla sayılacaq qədər deyil.

Proqramın sonuncu buraxılışında aparıcı Lalə Əlimuxtarova Badamdar qəsəbəsində qonaq müğənniləri ilə birlikdə günorta yeməyindən sonra çay içməyə ev axtarırdı. Qəsəbənin küçələrindən birində darvaza ağzına yığışan uşaqlar aparıcını görən kimi qaçdılar. Yadıma “Yeddi oğul istərəm” filmindəki məşhur səhnə düşdü: “Bolşeviklər kəndə gələndə, Peykanlının camaatının qorxudan gizlənməsi səhnəsi”

Sonra aparıcı qapıda dayanan doqquz-on yaşlı oğlana yaxınlaşdı. Nə qədər şirin dindirməyə çalşsa da uşağın üzündən ürkəklik, narahatlıq hissi çəkilmədi.

Yolda rastlaşdığı gənc bir kişi onları evində dəvət eləsə də, həyat yoldaşı istəmədiyi üçün imtina elədi.

Daha sonra qəsəbənin başqa bir döngəsinə çıxdı, darvazadan içəri girdi. Gənc bir qadın evdə kimsənin olmadığını dedi.

- Hamı işdədi.

- Nə olsun işdədilər? Bizim müğənnilərimiz də inciyəcək, mən də inciyəcəm. Bir çay süfrəsi açsaq, otursaq, müğənnilərimiz gəlsə.

- Bağışlayın, siz allah, eləyə bilmərəm.

- Niyə?

- Nə bilim?

- Niyə? Qonaqpərvər deyilsiz? Biz əziyyət vermirik ev yiyəsinə, sadəcə bir stəkan çay. Samovarınız var?

- Yox.

- Çaynik var ümumiyyətlə evdə?

Nəsə, burdan da kor-peşman qayıdıb, küçələrdən birində oynayan uşaqlara rastlaşdı.

Onlardan kimin ürəkli olub evinə dəvət edəcəyini soruşdu. Biri dedi atam işdədir, biri dedianam“tolkuçka”ya gedib.

Nəhayət, orta yaşlı kişi pəncərədən onları evində dəvət eləyəndə mən də rahat nəfəs aldım.

Birdəfəlik anlamaq lazmdir ki, ev hər bir insanın intim ərazisidir, ora yad adamın, illah da ki televiziyanın kamerayla, xəbərdarlıqsız filansız getməsi yumşaq desəm, etik deyil.

Ümumiyyətlə, “Ay ev yiyəsi” özünün funksiyasını qəti aydınlaşdırmalıdr ki, o nə istəyir: küçələrə düşüb insanları tanımaq, yoxsa samovar çayı içmək? Əgər məqsəd məmləkətinininsanlarını tanımaqdırsa, bunun üçün dunya televiziya təcrübəsində min cürə abırlı, etik forması olan layihələr var. Yox, tək dərdi, samovar çayı içməkdirsə, “Vosmoy” bazarında samovar satırlar.

Doğrudan da, insanların qapısını döyüb israrla samovar çayı istədiyini demək, hansı etik çərçivəyə sığır axı?Aparıcı deyir: “Biz əziyyət vermirik ev yiyəsinə, sadəcə, bir stəkan çay”.

Əziyyət vermək təkcə fiziki anlam daşımır. Məsələnin emosional tərəfi də var. Yəni sənin kiminsə qapısından icazəsiz-filansız evə girməyin, samovar çayı istəmək israrın artıq insanlara emosional əziyyət verməyindir.

Üstəlik, bəlkə kiminsə evində çayı yoxdur, çay var konfeti, şirniyyatı, şokoladı bir tərəfə, qəndi də yoxdur, samovarı heç yoxdur. Özü də indiki böhran vaxtda. İndi hər kəsin maddi çətinliyi var, hərənin bri əhvalı var, dərdi-səri var. Bazar günü küçələrə düşüb insanalrı mənasız, heç bir dəyəri olmayan verilişinlə niyə narahatlıq gətirəsən ki? Niyə hansısa, ortabab müğənnini əlçatmaz varlıq kimi təqdim eləyəsən ki?

Aparıcı onun gəlişindən təşvişə düşən qadına deyir: “Bəs mən hər zaman efirdən deyirəm ki, gözləyin, mən gələ bilərəm”.

Niyə aparıcı bu qədər əmindir ki, hamı onun verilişinə baxır, gəlişini səbirsizliklə gözləyir. İnsanların onunla ünsiyyətdən qaçması “Ay ev yiyəsi”nin nüfuzunun göstəricisi deyilmi?

Daha sonra aparıcı Badamdarda bir nəfərin onun salamını almamasından gileyləndi. Adam xanıma “tanırmsan, salam niyə verirsən” deyib.

O adam doğru hərəkət eləyib. Əgər bu veriliş məsələn, evimə gəlib narahat eləsə, nəinki salamını almaram, qapını üzlərinə çırparam.

REKLAM

Yazarın digər yazıları

Xəbər lenti

Berlin Film Festivalı açıq havada keçiriləcək
17:35 10 May 2021
Musa Dədə əbədiyyət yaşında - Fərid Hüseyn yazır...
15:51 10 May 2021
Çingiz Qənizadə: “Kəramət Böyükçölü maliyyələşdirib üstümə göndərənləri yaxşı tanıyıram” – Müsahibə
14:30 10 May 2021
Leonardo da Vinçinin çəkdiyi rəsm hərraca çıxarılacaq
13:45 10 May 2021
Məşhur yazıçı vəfat etdi
12:30 10 May 2021
Allah üçün bənna kimdir? - Şəhriyar Del Gerani yazır...
11:30 10 May 2021
Türkiyəli bəstəkar Qarabağ Zəfərinə mahnı bəstələdi - Video
10:20 10 May 2021
Kimi Kreml xəstəxanasına müalicəyə göndərdi, kimi "KQB"-nin qəzəbindən qorudu? – Heydər Əliyevin ədəbiyyatımıza verdiyi töhfələr
09:30 10 May 2021
Zöhrə Abdullayeva xəstəxanaya yerləşdirildi
19:45 09 May 2021
Ədəbiyyatımızın ən gözəl müharibə şeirləri - Mətnlər
14:28 09 May 2021
9 May qələbəsində rus arağının rolu - “Tamamilə məxfi” sənədlər
10:30 09 May 2021
Paşinyan Cıdır düzündə “Yallı” gedəndə – Bircə yazır...
09:01 09 May 2021
Şuşa haqda məşhur şeirin müəllifindən Qələbə Şeiri
08:01 09 May 2021
Yeni filmin nümayişi təşkil olunub
18:01 08 May 2021
Ədəbiyyat tariximizə qızıl hərflərlə yazılan misralar: 5 seçmə şeir
17:20 08 May 2021
Azərbaycanlı musiqiçi vəfat etdi
16:20 08 May 2021
Gənc yazardan yeni hekayə: Şlaqbaum
15:39 08 May 2021
Aktyor kitabxananın qonağı oldu
15:01 08 May 2021
Musa Yaquba sevgi və iztirabla
14:20 08 May 2021
Çingiz Hüseynovun ən çox sevdiyi 10 roman - Siyahı
13:36 08 May 2021