Mevlana türbəsində - Azər Abdulla yazır

Mevlana türbəsində - Azər Abdulla yazır
4 avqust 2016
# 11:11

Yeniyetmə çağlarımda Zəngəzurun adlı-sanlı “Buğukar” pirində, sonralar ayrı-ayrı zamanlarda Bakının “Göy Məscid” “Təzə pir”, “Əjdərbəy”, sonralarsa Ankaranın möhtəşəm “Qocatəpə”, İstanbulun “Aya Sofya” məscidlərində olanda da adi halım dəyişmiş, duyğulanıb həyəcanlanmışdım. Ancaq 2013-də dünyanın dörd yanından qara, qırmızı, sarı, bəyaz dərili yeniyetməsindən tutmuş çəliyinə söykənə-söykənə çətinliklə addımlayan qocalarına qarışıb Konyada Həzrət Mevlananın türbəsinə qədəm basaraq ilk dəfə içimdəki yeni Məni görəndə bambaşqa hala düşdüm. Başım, bədənimdəki tüklərin kirpi tikanı kimi qalxıb gərildiyini duydum. Həmin anlar buluddan da, işıqdan da yüngül o Mən, məniydimmi, beş, yeddi yüz il, bəlkə min il öncəki babamın ruhuydumu... altmış iki il öncə son kərə yaylaq yerinin ən uca ərazisində ulu babam axund Seyid Əhmədin adına (şəcərəmizdə bu ad neçə yol təkrarlanıb Allah bilir...) bulağın başında qurban kəsdiyimiz günnü-günəşli günü... bir də babamın gündüzlər məsciddə ibadət, zikr etməklə məşğul olduğundan gecələr Ay işığında yaylaq yerindən də yuxarıda olan Topdakı zəmilərinə qalxdığını, adına olan bulaqdan azca aralı günbatan səmtə yollanıb iki-üç yol “türşe, türşe” səsləyəndə qalın palıd ormanından bir cüt boyunduruqlu, xışa qoşulu yaraşıqlı maralın zühur etdiyini, aylı gecədə babamın arxasınca düşüb dünən gecə əkilib yarımçıq qalmış zəminin qırağına gəldiyini xatırladım... İndi adama əfsanə kimi görünən kəramətli babamla bağlı bu olayı kənd adamlarından eşitmişdim. Deyirdilər, o aylı gecədə sonsuz bir qarı babamı güdərək baş vermiş o sirli olayı səhərin gözü açılcaq kəndə yaydığından(!) marallar babamın çağırışına daha gəlməyib. Uşaqlıq çağımdan bu olayı eşidəndə sonsuz-züriyyətsiz o qarıya kin-küdurət bəsləyir, böyüdükcə nifrətim acım-acığım da çoxalıb böyüyürdü. Mevlananın türbəsində özüm də bilmədən qarını bağışladım. İçimdəki qocalıb-qarımış zindan kimi ağır acığım, nifrətim canımdan sıyrılıb yox oldu. Mən özümü bulud kimi, ışıqtəkin yüngül hiss etdim...

Mənbə: “Oğuz eli” qəzetinin Mövlanəyə həsr olunmuş “Yazıçı” adlı xüsusi buraxılışı

# 1733 dəfə oxunub

Oxşar xəbərlər

"Samirə Əşrəf və Günel Mövlud onlarla müqayisədə..."  - Türkcə yazan müəllif görəsən, gənclərə nə öyrədir?

"Samirə Əşrəf və Günel Mövlud onlarla müqayisədə..." - Türkcə yazan müəllif görəsən, gənclərə nə öyrədir?

14:30 9 aprel 2026
"Uçurumun kənarında dayandığınızı görmürsünüzmü?" - Mətanət Vahid

"Uçurumun kənarında dayandığınızı görmürsünüzmü?" - Mətanət Vahid

17:35 8 aprel 2026
"Evdən qaça bilərsən, qismətdən əsla!.." - Didəm Madak niyə unudulmaq istəyirdi?

"Evdən qaça bilərsən, qismətdən əsla!.." - Didəm Madak niyə unudulmaq istəyirdi?

15:00 8 aprel 2026
Yazıçılar gündəmi şərh etməlidirmi? - Cavid Ramazanov

Yazıçılar gündəmi şərh etməlidirmi? - Cavid Ramazanov

12:00 8 aprel 2026
Geriyə proyeksiya poetikası – Cavanşir Yusifli

Geriyə proyeksiya poetikası – Cavanşir Yusifli

18:31 6 aprel 2026
Könüllü aldanışla xoşbəxt olmaq... - Mətanət Vahid

Könüllü aldanışla xoşbəxt olmaq... - Mətanət Vahid

14:30 2 aprel 2026
Ana səhifə Yazarlar Bütün xəbərlər