writer1

Ayxan Ayvaz

Məqalə sayı

487
clock12:38 calendar-gray 07 İyun 2016 view-gray202 dəfə oxunub
view-gray202 dəfə oxunub

İlk orucumda niyə mənə Yasin oxudular?

Yadımdadır, ancaq Ramazan ayında evimizdə xurma olurdu. Axşam atam evə qayıdanda çörəyin yanında bir qutu xurma da alardı.

Ancaq anam oruc tuturdu. İftar süfrəsi açılırdı. O yeməklər nədənsə daha dadlı gəlirdi adama. Anam yeməyi bişirəndə tamının yerində olub-olmadığını yoxlamaq üçün bir qaşıq bizə yedizdirirdi. Bütün günü ac-susuz televizorun qabağında seriala baxardı anam. Biz də bekarçılıqdan dava salardıq, bir-birimizə sataşardıq. Heç nə deyə bilmirdi, orucunun pozulacağından qorxardı.

Bir gün şeytanın qıçını qırıb oruc tutmağa qərar verdim. Özü də anam şirnikləndirmişdi məni: “Sənə köynək alacam”.

Anamın atası, yəni babam kəndin mollası olmuşdu, balalarına Quranı öyrədər, Ramazanda oruc tutmağın faydalarından danışarmış. Babamı həyatda heç vaxt görməmişdim, anam şəkillərini göstərmişdi ancaq. Balaca boy, qıvraq kişi idi, üzü də sərt. Sən demə, sünnətimizi də o eləyibmiş. Bunu anam hər dəfə gülə-gülə danışırdı. Molla olmağına baxmayaraq, sən deyən elə də pak adam deyilmiş babam. Yaman baz kişiymiş, yetənə yetir, yetməyənə daş atırmış. Yalan-gerçək deyirdilər ki, müharibədən qaçıb kəndə gəlibmiş, səhər tutub aparıblar, fərariləri düzüb atəş əmri açılanda babam sinəsini irəli verib Stalin, Lenin yolunda öləcəyini deyib. Ondan sonra buraxıblar. O gündən sonra evin ən görkəmli yerindən Stalinlə, Leninin şəklini asıbmış. Anam onun son günlərini kədərlə xatırlayırdı. Yatağa düşübmüş, yerindən dura bilmirmiş. Anam onun hər buyruğunu canla-başla yerinə yetirib. Bir gün isə yataqdan qaldıranda cansız bədəni ilə qarşılaşıb.

Anam deyirdi ki, o gündən sonra namaz qılmaq istəyib, amma nə qədər eləyib içinə nida enməyib. Hər Ramazan ayında isə orucu qaçırmazdı, bircə gün də geri durduğunu görməmişdim. Onun orucu açanda bir stəkan suyu başına çəkdiyini görüb öz-özümə düşünürdüm ki, babamın hardasa üzü gülür.

Hər nə isə... Oruc tutduğum gün anamla bazara getdik. Arvad tayfasını bilirsiniz də, bir yerə girdilərmi, çıxmaq bilmirlər. Həmin gün yaman bürkü idi, tər tökmüşdüm, paltarım bədənimə yapışmışdı. Get-gedə artan adamlar kölgə kimi gözümün qabağından keçirdi. Bir yandan da susuzluq, aclıq mədəmi üsyana çağırırdı. Əlimdə mer-meyvə, tərəvəz torbası tünlükdən aralananda qəfil yerə çökdüm. Anamın diz çırpmağı bulanıq görünürdü.

Bir azdan üzümə su dəydiyini, kiminsə danışdığını hiss etdim. Elə bil qulağım batmışdı.

“Uşaq ölür”

“Təcili yardıma zəng edək”

“Açılın, nəfəs alsın”.

Hərə bir tərəfdən çığırırdı. Bir azdan bulka və bir sok gətirdi anam: “Ye, bunu da iç. Səndən oruc tutan çıxmaz”.

O gün ilk dəfə tutduğum orucu pozdum. Ancaq hələ də özümü yuxuda hiss edirdim, adamlar gözümün qabağında gah çoxalır, gah azalırdı. Gözümü tam aça bilmirdim, tez-tez qapanırdı. Axırıncı dəfə başımın üstündə anamın Yasin oxuduğunu xatırlayıram...

REKLAM

Yazarın digər yazıları

Xəbər lenti

Leonardo da Vinçinin itmiş əsəri tapıldı
12:39 19 Yanvar 2021
Şair-əsgər anası: “Gizlində oğlumun çəkmələrini öpürdüm” – Müsahibə
12:01 19 Yanvar 2021
Məşhur prodüser həbsxanda vəfat etdi
11:25 19 Yanvar 2021
Nizami yenidən tədqiq edilməlidir - İradə Musayeva yazır...
10:52 19 Yanvar 2021
Tanınmış aktyor vəfat etdi
10:20 19 Yanvar 2021
Haaqada “20 Yanvar uşaqların gözü ilə” adlı virtual sərgi açıldı
09:55 19 Yanvar 2021
Müasir monqol hekayəsi: Portret - Orijinaldan tərcümə
09:00 19 Yanvar 2021
Nizaminin əsərləri ilə bağlı müsabiqə elan olundu
18:54 18 Yanvar 2021
“Şəhərin qış gecələri” tamaşası onlayn nümayiş ediləcək
18:22 18 Yanvar 2021
İsa Hüseynovun hekayəsi Gürcüstan kitabxanasında
17:58 18 Yanvar 2021
"Üç peyğəmbər" xalçasının müəllifi - Ziyadxan Əliyev yazır...
17:43 18 Yanvar 2021
Dəyişən gerçəkliklərdə gizlənən həyat - Aliyə yazır...
17:01 18 Yanvar 2021
Xalq artisti xəstəxanaya yerləşdirildi
16:19 18 Yanvar 2021
"Şanlı tarix" sərgisi açılacaq
16:09 18 Yanvar 2021
Elçiliyə gecə saat 1-də gedən, Cəfər Cabbarlının qızını alan, baba olduğunu eşidəndə dünyasını dəyişən yazıçı – Maraqlı faktlar
15:27 18 Yanvar 2021
Yeşilçam filmlərinin məşhur aktyoru vəfat etdi
14:46 18 Yanvar 2021
Qazilərimizdən bəhs edən film çəkildi
14:29 18 Yanvar 2021
50 yaşı tamam olan yazıçı: “Az qalıram utandığımdan qaçıb gizlənəm” – Müsahibə
13:50 18 Yanvar 2021
Peyvənd vurduran nazir və qərarsız Facebook əhli
13:02 18 Yanvar 2021
Məni sevgi üstə yaxaladılar – Əlizadə Nuridən yeni şeirlər
12:15 18 Yanvar 2021