Alla Puqaçova karyerasına son qoydu - Səbəb

Alla Puqaçova karyerasına son qoydu - Səbəb
29 iyun 2026
# 15:20

Alla Puqaçova iki ürək əməliyyatı keçirib. Primadonna səhhətindəki problemlərə görə bütün çıxışlarını dayandırıb və müğənnilik karyerasına son qoyub.

Kulis.az Lent.az-a istinadən xəbər verir ki, 76 yaşlı sənətçi altı ay əvvəl Avropa klinikalarından birində xəstəxanaya yerləşdirilib.

Əməliyyatdan sonra bədəni artıq ağır iş yükünə tab gətirə bilmir. Nəfəs darlığı və sinə ağrısından əziyyət çəkir.

Hər hansı bir konsertlə səhhətinin pisləşmə riski də artıb. Bu səbəbdən Puqaçova artıq həmişəki kimi oxuya bilmir.

Alla Tailandda 2 milyon dollarlıq konsertdən və 500000 dollarlıq özəl tədbirdən imtina edib. Həkimlər ona sağlamlığına diqqət yetirməyi və təqaüdə çıxmağı məsləhət görüblər.

Qeyd edək ki, Puqaçovanın ürək problemləri illər əvvəl başlayıb. O, illər ərzində, o cümlədən 2006, 2008 və 2010-cu illərdə ürək stentləmə əməliyyatları keçirib, həkimlər qan dövranını bərpa ediblər və stentlər quraşdırıblar.

# 931 dəfə oxunub

Oxşar xəbərlər

Tanınmış sosial media fenomeni həbs olundu

Tanınmış sosial media fenomeni həbs olundu

18:46 27 noyabr 2026
“Şamaxı” sənədli filminin təqdimatı keçiriləcək

“Şamaxı” sənədli filminin təqdimatı keçiriləcək

18:23 27 noyabr 2026
“Aclıq oyunları”nın yeni filmi 225 milyon dollar gəlir əldə etdi

“Aclıq oyunları”nın yeni filmi 225 milyon dollar gəlir əldə etdi

17:58 27 noyabr 2026
Kino tarixinin yaddaqalan səhnələrini göstərən sərgi açıldı

Kino tarixinin yaddaqalan səhnələrini göstərən sərgi açıldı

17:19 27 noyabr 2026
Məşhur türkiyəli jurnalistlər saxlanıldı - Səbəb

Məşhur türkiyəli jurnalistlər saxlanıldı - Səbəb

16:37 27 noyabr 2026
Nizami Kino Mərkəzinin divarına qraffiti çəkənlərin məhkəməsi başladı

Nizami Kino Mərkəzinin divarına qraffiti çəkənlərin məhkəməsi başladı

15:52 27 noyabr 2026
Ana səhifə Reels Yazarlar Xəbərlər