Milli Gənc Tamaşaçılar Teatrında mövsümün son premyerası: “Hacı Qara”

Milli Gənc Tamaşaçılar Teatrında mövsümün son premyerası: “Hacı Qara”
29 iyun 2026
# 14:04

Milli Gənc Tamaşaçılar Teatrında Mirzə Fətəli Axundzadənin “Sərgüzəşti-mərdi-xəsis” pyesi əsaasında Dilsuz Mustafayevin səhnə redaktəsi ilə hazırlanan “Hacı Qara” tamaşasının premyerası olub.

Kulis.az xəbər verir ki, yeni səhnə əsərində klassik komediyanın ruhunu qorunaraq, müasir teatr estetikası, dinamik səhnə həlli və aktyor ifalarının vəhdəti ilə tamaşaçılara təqdim edilib.

İkihissəli səhnə əsərinin quruluşçu rejissoru Xalq artisti Cənnət Səlimova, rejissoru Gülnar Hacıyeva, quruluşçu rəssamı Elşən Sərxanoğlu, bəstəkarı Firudin Allahverdi, xoreoqraf Gülməmməd Şahverdiyev, rejissor assisenti Sona Məhərrəmovadır.

Tamaşada iflasa uğramış Heydər bəy toy xərci əldə etmək üçün Hacı Qara ilə birlikdə Təbrizə qaçaqmal alverinə getməsi və bu səfər zamanı XIX əsrin ortalarında baş vermiş əhvalatlardan bəhs olunur. Heydər bəy lovğa, quru bəy olsa da, o, mərd və cəsarətlidir.

Səhnə əsərində Xalq artisti Yasin Qarayev, Əməkdar artistlər Elnur Hüseynov, Gülər Nəbiyeva, Nəsibə Eldarova, aktyorlar Anar Seyfullayev, Ədalət Əbdülsəməd, Ramil Məmmədov, Kərəm Hadızadə, Rəşad Səfərov, Elşən Hacıbabayev, Natiq Fərzəliyev, Şəbnəm Hüseynova, Aygün Fətullayeva, Hüsniyyə Əhmədova, Eldar İmanov, Vüqar Məmmədəliyev, Elgün Yəhyayev, Nurlan Süleymanlı, Hilal Dəmirov, Xaliq Bəkirov, Gülbəniz Lətifova, Venera Abbasova, Aydın Dəmirov, Yusif Dadaşov, Tahir İsmayılov, İlahə Əmirxanova, İmdad Tofiqoğlu, Hüseyn Bayramov iştirak edirlər.

# 682 dəfə oxunub

Oxşar xəbərlər

Bakıda  Beynəlxalq İncəsənət Festivalı  keçiriləcək

Bakıda Beynəlxalq İncəsənət Festivalı keçiriləcək

17:10 13 avqust 2026
"Sənətdə özünüzü deyil, özünüzdəki sənəti sevin..."  - Stanislavskidən aforizmlər

"Sənətdə özünüzü deyil, özünüzdəki sənəti sevin..." - Stanislavskidən aforizmlər

13:20 7 avqust 2026
Britaniyalı tanınmış dramaturq vəfat etdi

Britaniyalı tanınmış dramaturq vəfat etdi

15:40 5 avqust 2026
Musiqili Teatr  116-cı mövsümü başa vurdu

Musiqili Teatr 116-cı mövsümü başa vurdu

15:30 20 iyul 2026
Kukla Teatrı 94-cü mövsümə yekun vurdu

Kukla Teatrı 94-cü mövsümə yekun vurdu

12:27 18 iyul 2026
Azərbaycan Dövlət Kukla Teatrı Pirallahıda

Azərbaycan Dövlət Kukla Teatrı Pirallahıda

12:52 17 iyul 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər