Əlində kukla gərdəyə girən qızlar qala-qala...

Əlində kukla gərdəyə girən qızlar qala-qala...
26 may 2016
# 13:49

Şükür, çox şükür ki, 32 yaşlı müəllimənin 18 yaşlı keçmiş şagirdi ilə evlənmə xəbərinin müzakirəsi əksəriyyət tərəfindən qınandı. Demək olar ki, münasibət birmənalı oldu.

Bu məsələnin müzakirəsi insanın şəxsi həyatına müdaxilədir. Çünki hər iki şəxs yetkinlik yaşına çatıb və deməli qanunla heç bir məsuliyyət daşımırlar.

Amma adət-ənənə ilə...

Qəribə stereotipdi; guya bir qadın özündən kiçik adamla evlənə bilməz.

Və bəzi ağzıgöyçəklər, gerizəkalılar (bunlar azlıqda olsalar da) müəllimə ilə şagirdini müzakirə mövzuna çeviriblər, şəkillərini tapıb paylaşırlar, lağlağı edirlər, iki insanın intim həyatına enəcək səviyyədə müzakirə açırlar...

Pah, böyük iş olub. Bir qadın özündən yaşca kiçik adamla evlənib.

Müəllimənin özündən 14 yaş kiçik oğlanla evlənməsinə qeyri-adi yanaşanlar, mühafizəkarlar, əxlaq keşikçiləri, Məhəmməd peyğəmbərin Xədicə ilə evliliyini unutmusuzmu? Peyğəmbər evlənəndə 25 yaşı vardı, iki dəfə ərdə olmuş Xədicənin isə yaşı qırxı haqlamışdı.

Bu misal sizin susmağınız üçün bəs edərmi! Axı siz həmişə milli-mentalitetdən, adət-ənənədən, dindən dəm vurursuz, bunları əlinizdə dəstəvuz edirsiz? Bu da sizə peyğəmbər həyatından örnək.

Amma, illah bir evlilik haqqında danışmaq istəyirsiz, onda buyurun, bu da mövzu: erkən nikahlar.

Azərbaycanda 2012-ci ildə 295, 2013-cü ildə 229 erkən nikah faktı qeydə alınıb. Son illər isə bu göstərici daha sürətlə artır. Təkcə 2014-cü ildə 17 yaşadək qadınlar 3098 uşaq dünyaya gətirib. Bu isə təxminən 3000-3500 erkən nikah deməkdir.

Əgər tənqid etmək istəyirsizə bax bunu tənqid edin. Əsl faciə budur. Çünki bu cür nikahları təkcə valideynlər istəmir, təhsildən uzaq saxlanılıb murdar adətlərin qaranlıq atmosferində böyüdülmüş bu qızcığazlar özləri də dərk etmədən bu evliliklərə razılıq verirlər. Və kuklasını əlindən yerə qoymamış nə qədər qız var ki, “ər sevinci” ilə yaşayır.

Əlində kukla gərdəyə girən qızlardan danışın, əli tabaşirli müəllimədən yox.

# 865 dəfə oxunub

Oxşar xəbərlər

Qarğıdalı satan Adəm necə məşhurlaşdı?

Qarğıdalı satan Adəm necə məşhurlaşdı?

15:00 18 mart 2024
Biz niyə manqurtlaşırıq?

Biz niyə manqurtlaşırıq?

14:00 18 mart 2024
Baba bəy Şakir tərkedilmişlərdəndir...

Baba bəy Şakir tərkedilmişlərdəndir...

17:00 27 yanvar 2024
Cəfərqulu xan Natəvanı niyə sevmirdi?

Cəfərqulu xan Natəvanı niyə sevmirdi?

12:00 27 yanvar 2024
Çox istərdim ki, bu roman qadağan edilsin!

Çox istərdim ki, bu roman qadağan edilsin!

16:11 26 yanvar 2024
Xalam torpağı balası kimi qucaqlayırdı...

Xalam torpağı balası kimi qucaqlayırdı...

12:00 23 yanvar 2024
#
#
# # #