news-inner
clock13:20 calendar-gray 26 Fevral 2016 view-gray236 dəfə oxunub
view-gray236 dəfə oxunub

Ondan əvvəl, ondan sonra - İNTERNET SEVDASI NECƏ BAŞLADI?

Kulis yaşlı və gənc nəslə mənsub yazıçılar arasında “İnternet sizin üçün nədir?” mövzusunda sorğu edib.

Çingiz Hüseynov: İnternetə qovuşduğum il yadımda deyil, amma kompüterə keçdiyim ili-ayı deyə bilərəm: 1996-ci il, mart. Yazı-pozu işim xeyli asanlaşdı. Dəhşətli anlarım da olurdu: birdən nabələdliyimdən yazdığımı itirirdim!... Sonralar dünyanın aparıcı millətləri e-maili icad etdi və insanlara yardım edən möcüzələr yaratdı, nəticədə sərhədlər söküldü və sairə və ilaxır. Mən hətta Azərbaycan oxucusunun xəbəri olmayan “Tamaşalı oyunlar” adlı “kompüter romanı” yazdım, rusdilli “Ailə gizlinləri” romanımın qəhrəmanı Canibəy adını dəyişib oldu Böyük Mustafa və yeni libasda yeni oyunlarıyla meydana çıxdı. Amma kompüterə etibar yoxdur, yazıları hələlik kağızlar qoruyub saxlayır, kağız əlyazmaları da məlum ki, yanmır.

Оnu da deyim ki, bu kimi tərəqqilərlə yanaşı bədbəxt millətlərin sayı da çoxalır, xalq kütləyə çevrilir (və kütləşir), bəşəriyyət sürətlə korlanır, zaylaşır, cəmiyyət və insanlar içi çürük qoza-fındığa dönür.Amma bütün bunlara baxmayaraq var olsun internet, elektron rabitə, feysbuk və saytlar!

Mövlud Süleymanlı: İnternet mənə həmişə uzaq bir ada kimi gəlib. Kosmik bir şey kimi girib həyatıma. Gənc dostum, şair Alik Əlioğlu mənə tanıdıb interneti. İlk dəfə e-mail açmışdı adıma. Sonra mənim xarici dostlarım oldu. Aliklə e-mail üzərindən yazışırdıq. Mənim arxivimdən silinib, ancaq çox maraqlı söhbətlər idi. İndi isə neçə vaxtdır internetsizəm. Noutbukda yazmağı belə tərgitmişəm. Özümü internetsiz daha yaxşı hiss edirəm. Hərdən interneti “o dünyadan nə xəbər var” zarafatı ilə dostlardan soruşuram.

Azər Abdulla: İnternet mənim üçün əvəzolunmaz bir nemətdir. Sizə deyim ki, yaşlı adam üçün internet can rahatlığıdır. Məsələn, o yazı-pozu adamıdırsa, harasa öz yazdığını göndərmək istəyirsə, bircə dəfə “tıklayır”, vəssalam həmin ünvana çatır. Cavan adam üçün deyək ki, Montinə getmək, avtobusa, metroya minmək asandır. Öz işini yeriyərək, gəzərək görə bilər. Ancaq yaşlı adam üçün bu çox çətindir. Bu mənada internet göydəndüşmədir. Evdə görürdüm ki, övladlarım istifadə edir internetdən. Məndə də maraq yarandı. Özü də bu internet mən belə hesab edirəm ki, yeni nəslin texnologiyasıdır. Bizim gördüyümüz televizor və radio idi. Ancaq mənim internetdən istifadəni öyrənməyin çətin olmadı. Əslində istəyirsənsə, bu elə də dəhşət çətin deyil. Elə dostlarım var ki, deyirəm, gəl interneti öyrədim, deyirlər, sən canın onu uzaq elə bizdən. Baxıram ki, məndən də bacarıqlıdır, diridir, ancaq elə bil internetin xofu var, ondan qorxur. Mən isə öyrənmək istədim və bacardım. Yaşlı adamlar internetdən bir az ləng istifadə edir, ancaq məktəbli uşaqlar var ki, maşallah kompüterin qabağında oturanda əlləri görünmür. Ancaq mən yaşlılara tövsiyə edərdim ki, interneti öyrənsinlər, çünki bu onlar üçün çox vacibdir.

Cəlil Cavanşir: Şəhərdə yaşadığım vaxtlarda mənə elə gəlirdi ki, internetsiz yaşamaq çox çətin olar. Çünki işimin 70-80 faizi internetdən asılı idi. Amma indi fərqli düşünürəm. Məncə, internet olmadan da yaşayıb-yaratmaq mümkündür. Müasir insan üçün internetin vaz keçilməzliyini qəbul edirəm, amma internetin kəşfinə qədər dövrü düşünəndə, anlayıram ki, bunsuz da olar. Faydaları nə qədər çox olsa da, son vaxtlar mənə bir o qədər yorucu görünür. Yaradıcı insanların həyatında da, internetin faydaları danılmazdır. İnternetin yaradıcı insana böyük faydası var, həyatımızın bir parçasına çevrilib, internetsiz yazdıqlarımızı tirajlamaq çox çətin olardı. İnternetsiz bir dünya artıq mümkünsüz olduğu üçün, biz də bu "informasiya canavarı"ndan qurtula bilmirik. Amma bundan xilas olub təbiətə yönələ bilsək, lazımsız informasiyalardan xilas olub, ömrümüzü uzada bilərik. İnternetsiz dünyada əsəblərimiz daha rahat, ruhu vəziyyətimiz daha stabil olar. Son vaxtlar maksimum dərəcədə internetdən uzaq olmağa çalışıram. İnternet mənim üçün lazım olan filmləri axtarmaq və izləmək üçün, yazılarımı tirajlamaq üçün lazım olsa da, bundan da xilas olmağa çalışıram. Nə qədər qəribə olsa da, internet məkanından kənarda özümü daha rahat və daha xoşbəxt hiss edirəm.

Nail Zeynalov: İnternet olmasaydı, məsələn, bu sorğuda iştirak eləyənlər arasında mənim adım olmazdı. Bu fakt internetin mənim həyatımdakı rolunu tam göstərir. Ən bahalı şey informasiyadı - internet informasiyadı. Olmasaydı, Azərbaycan xalqının dünyadan xəbəri olmayacaqdı. Mən Azərbaycanda olanda, internet kəsildiyi vaxtlarda televizora baxırdım və əslində, dünyadan necə təcrid olunduğumuzu anlayırdım. İnternet dünyanın informasiya, ünsiyyət damarıdı. İnternet hər şeydi - nə qədər təzadlı səslənsə də, bir-birindən yüzlərcə, minlərcə kilometr uzaqda olan insanların toplaşma azadlığıdı, söz azadlığıdı... Elə bu sorğunun özündə internetin zərərlərindən, vaxt aparmasından, fiziki ziyanlarından danışacaq xeyli insan olacaq, amma mən sizə özümlə bağlı misal çəkim. Fikir vermişəm, internetsiz olanda daha çox siqaret çəkirəm, məsələn. Yaxud, internet vaxtımı alır deyən insanlara baxın, canlı ünsiyyət eşqiylə Facebook profillərini bağlayıb, gedib qeybət eləyib, bir müddət sonra bezib qayıdırlar. Nə bilim, toy kasetinə baxır, bezib qaça-qaça gəlirlər. Bir azərbaycanlının internet vaxtımı alır deməsi absurddur. Guya internet yoxkən Marsa getmişik, indi vaxt tapmırıq...

İkinci Mahmud: Fikir verirəm, son günlər mətbuatımızda Post-insan mövzusu geniş müzakirə edilir. Bu sorğu lap yerinə düşdü. Gedən müzakirələri izləyirəm, bizim intellektuallar post-insan anlayışını internetdən asılı insan tipi kimi izah etməyə çalışırlar, daha doğrusu, məsələnin mahiyyətini yanlış anlayırlar. Əvvəla post-insan dövrü hələ yetişməyib, ikincisi post-insan anlayışı daha çox bioloji təkamül anlayışının içinə daxildir. Post insan - insanın təkamül nəticəsində gəlib çıxacağı xəyali insan tipinin adıdır. Bu insan bütün emosiyalardan azad olub, texnologiyadan asılıdır və sintetik, yəni qeyri-təbii qidalarla qidalanır. Bu mənada müasir insanı post-insana keçid tipi kimi xarakterizə etmək olar. Ola da bilsin, post insan mərhələsi, ümumiyyətlə, yetişməyəcək. Keçək internetə. İnternet müasir insanın həyatına elə daxil olub ki, onu bu menyudan çıxarmaq mümkün deyil. Bu dəqiqdir. Yaxşıdırmı, pisdirmi, biz bilmirik. Ehtimal edirik ki, pisdir. Bu virtual məkan insan oğlunu öz ibtidai mahiyyətindən uzaqlaşdırır. Emosiyalar korşalır, insan maşına çevrilir. Amma gəlin qəbul edək ki, informasiya ötürülməsinin sürətinə görə interneti əvəz edən ikinci bir vasitə yoxdur. İnternetsiz dünya mümkündürmü? Yox, mümkün deyil. İndi internet maraq deyil, o gündəlik tələbatdır. Gələcəkdə nə fasadlar verəcək onu bilmirik. İnternet mənim üçün gündəlik tələbatdır.

news-inner-user

18095 məqalə

Oxşar xəbərlər

Xəbər lenti

Acından kirpikləri tökülən, evlənməkdən qorxan, mənzilində yiyəsiz ölən Əməkdar artist
21:00 04 Mart 2021
O, ölümə qaçdığının fərqində deyildi – Cavanşir yusifli yazır…
18:11 04 Mart 2021
İsa peyğəmbər öldürülməyib: Bunu Quran da təsdiq edir
17:34 04 Mart 2021
Xalça Muzeyi fəaliyyətini dayandırır
16:47 04 Mart 2021
Milli Dram Teatrının mart repertuarı
16:08 04 Mart 2021
Tağıyevin gənc arvadının soyadını götürdü, Nağıyev evini əlindən aldı, bığını qırxdığı üçün nəsli ilə düşmən oldu - Ərəblinskini kim güllələyib?
15:02 04 Mart 2021
Cavanşir Məmmədovun çırtması, pampersli quzu
13:10 04 Mart 2021
"Neftlix"dən yenilik - Smartfonlar üçün əlavə
12:17 04 Mart 2021
Məşhur verilişin dəhşətli yalanı: Müxbirimiz aparıcı qıza necə vuruldu? – Studiyadan Reportaj
11:33 04 Mart 2021
"Şair ağacın altında durub..." - İmtahan mərkəzinə bizdən sual
10:49 04 Mart 2021
Şəhid Cəbrayıl Dövlətzadədən roman yazıldı – Sabahdan Kulisdə
10:18 04 Mart 2021
Ssenari müsabiqəsinin siyahısı açıqlandı
09:45 04 Mart 2021
Aristotelin ayaqqabısını geyinən İsa - Aqşin Yenisey yazır...
09:01 04 Mart 2021
Hacıbaba Hüseynovun qızı: “Atam onların üzünə söyürdü” - Müsahibə
21:03 03 Mart 2021
Anar Kərimov İstanbulda azərbaycanlı incəsənət xadimləri ilə görüşüb
18:40 03 Mart 2021
“Azərbaycan” jurnalının yeni sayı çap olundu
18:01 03 Mart 2021
Amerikalıları heyrətləndirən şuşalı qadın - Vilayət Quliyev yazır...
17:14 03 Mart 2021
Zibillik oyuncağı – Hekayə
16:15 03 Mart 2021
Gənc Tamaşaçılar Teatrının mart repertuarı
15:24 03 Mart 2021
Bakı bulvarını tikdirdi, bolşeviklərə qoşularaq cümhuriyyətə xəyanət etdi, həbsxanada özünü mələfə ilə asdı - Nazirimizin dəhşətli həyatı
14:30 03 Mart 2021