writer1

Qan Turalı

Məqalə sayı

228
clock11:49 calendar-gray 24 Fevral 2016 view-gray289 dəfə oxunub
view-gray289 dəfə oxunub

O iyrənc zorlama xəbəri və qırmızıbaş qadın

Orxan Pamukun yeni romanı “Qırmızı saçlı qadın” fevralın əvvəlində çap olundu.

Və elə bu ay az qala Pamukun hər romanı haqqında tənqidi məqalə yazan tarixçi Murad Bardakçı bir yazı qələmə aldı.

Bardakçı “Qara kitab” romanında yazıçını plagiatçılıqda ittiham etmişdi.

Bu dəfə isə tarixçi başqa bir konkteksdən Pamuku hədəf aldı.

Romanın bir yerində Pamuk belə yazmışdı:

“Bir zamanlar skandal və cinayət xəbərlərini önə çıxardan qəzetlərində Edip, Rüstəm və Zöhrab hekayələrinə çox rast gəlirdim. İstanbulda iki növ hekayəni oxucu çox sevirdi. Birincisi, oğlu əsgərlikdə, həbsdə olan atanın gənc, gözəl gəlini ilə yatması və məsələdən xəbər tutan oğulun atasını öldürməyi. İkincisi isə cinsi aclıq çəkən oğlun affekt halında anası ilə yatması idi”.

Murad bəy məsələyə də mediatik tərəfdən baxır: “Bu cür hadisələr nadir olsa da olur, amma belə rəzalətlər heç zaman qəzetlərdə yazılmazvə yazılmasının birinci səbəbi də qanuni qadağalardır”.

Əlbəttə, romançı bu cür şərti şeylər edə bilər, çünki yazılan bir romandır, media haqqında bir araşdırma deyil.

Bardaqçı Avropa ölkələrində də bu cür qadağaların mövcud olduğunu deyir.

Bu yazını səhər gördüyüm bir xəbərin üstündən yazıram.

İyirmi beş yaşlı oğlanın anasını zorladığı barədə xəbər bəzi mətbu orqanlarda çap olunmuşdu.

Bu xəbərlərin çapı üçün bizdə hüquqi qadağalar yoxdur.

Amma bəs media etikası?

Bu rəzaləti bölüşməklə məqsədimiz nədir?

Bu xəbər ürəyimizi bulandırmaqdan başqa nəyə yarayır?

İnsanların əsəbini korlamaq, həyatdan iyrəndirmək üçünmü edirlər?

Hüquqi qadağa yoxdursa belə bu cür xəbərlərə daxili qadağa qoyulmalıdır.

Və hər bir oxucu da fərdi məsuliyyətini anlamalı, belə xəbərləri nə oxumalı,nə da sosial şəbəkələrdə paylaşmalıdır.

REKLAM

Yazarın digər yazıları

Xəbər lenti

Sənət müsabiqəsi elan olundu - Mükafat fondu 50 min avro
19:00 28 İyul 2021
Qobustanda Hindistan qalereyası açıldı
18:20 28 İyul 2021
“Ev dustağıyam” kitabının təqdimatı olub
17:25 28 İyul 2021
Bu mənəm - şairlərin yuxusuna gizli kamera yerləşdirən – Güneydən şeirlər
16:40 28 İyul 2021
Bakıda yeni fotosərgi açılacaq
16:00 28 İyul 2021
“Nimdaş” müxbirin dönər sifarişi - Ulucay Akif yazır...
15:29 28 İyul 2021
Müslüm Maqomayevin heykəlinin yeri müəyyənləşdi
15:01 28 İyul 2021
Səndən ayrılanda, dağlar, cavandım - Günün şeiri
14:15 28 İyul 2021
Boşanmadan ikinci qadınla evləndi, ölümündən sonra oğlu meydana çıxdı, müəmmalı qəzada öldü – Səxavət Məmmədovdan 10 maraqlı fakt
13:30 28 İyul 2021
Səməd Səmədovun dəfninə gəlmədilər - Giley
12:40 28 İyul 2021
İşıqları keçirib yazanlar
12:00 28 İyul 2021
Dərnəgülün qansoranları – Vüsal yazır…
11:20 28 İyul 2021
“Fəryad 2” filminə kişi axtarırlar – 15 manata
10:40 28 İyul 2021
Müğənni 56 yaşında öldü
10:05 28 İyul 2021
Votsapda beş roman yazan xanım: “Mənim davam internetdəki əxlaqsız kişilərlədir” - Müsahibə
09:00 28 İyul 2021
Homoseksual kralın aşiq olduğu bəstəkar
21:00 27 İyul 2021
Özbək şairi 44 günlük müharibədən kitab yazdı
18:51 27 İyul 2021
Adam öldürmək istəyirəm - Yeni hekayə
18:01 27 İyul 2021
Bakıda caz müsabiqəsi elan olunub
17:09 27 İyul 2021
Taleh Yüzbəyovdan yeni film gəlir - Fotolar
16:13 27 İyul 2021