news-inner
clock15:05 calendar-gray 01 Fevral 2016 view-gray110 dəfə oxunub
view-gray110 dəfə oxunub

Əkrəm Əylisli: “Bayatı-Şirazdan zövq almadım” - SORĞU

Kulis “Azərbaycan ədəbiyyatının ən yaxşı hekayəsi” mövzusunda sorğu keçirib. Yazıçılarımızın nəticələr haqqında münasibətini təqdim edirik.

Əkrəm Əylisli

Burda mənə bir şey aydın oldu ki, Mirzə Cəlilinin birinci seçilməsinə narazı olanlar onun yaradıcılığına sənət baxımından, bədii-estetik baxımdan qiymət verə bilmirlər. Məhz bu amili nəzərə almayıblar. Burda şərtilik var, ona görə də narazılıq yaradır. Mirzə Cəlilin qələminə yaraşmayan, alleqorik “Çay dəstgahı” da olub, başqa ciddi əsərləri də. “Poçt qutusu” hekayəsi isə Mirzə Cəlilin tale əsəridir. Onun arvadı xəstələnib, belə ağır bir vaxtda “Şərqi-rus” qəzetinin redaktoru Şahtaxtinski ilə qarşılaşıb. Şaxtaxtinski onun bu hekayəsinə böyük qiymət verib və bu Mirzə Cəlilin ədəbi taleyini müəyyənləşdirib.

Yusif Səmədoğlu ilk üçlükdə yer almasının səbəbi də hardasa buna oxşayır. Mən onun “Bayatı-Şiraz” hekayəsi yer alan ilk kitabının redaktoru olmuşam. Sizin saytda həmin hekayəni uzun illərdən sonra bir də oxudum. Etiraf edim, mənə elə gəldi ki, bu hekayədə Yusifə yaraşmayan, dağınıq, artıq detallar olan çoxlu qüsurlar vardı. Ancaq bu bir epoxanın nəfəsi idi. Həmin dövrün ab-havasını daşıyan hekayə idi. Məhz buna görə də yazıçılarımız onun bu hekayəsinin adını çəkiblər. Çünki nəsrdə dövrün ab-havası, nəfəsi çox ciddi məsələdir. Ona görə də deyim ki, “Bayatı-Şiraz” da tale hekayəsidir. Özü də Yusif yazdıqlarının üstündə əsirdi, vasvası idi, çoz az yazırdı, diqqətli və çox ciddi idi bu məsələdə. Amma açıq deyim ki, ikinci oxunuşda “Bayatı-Şiraz”dan elə də zövq almadım. Ancaq məncə, onun seçilməyində də həmin o nəfəs, ab-hava və ən əsası tale məsələsi var.

Yeni yazarlarımızın da siyahıda yer alması məni sevindirdi. Bu artıq onların dəsti-xəttinin olduğunu göstərir. Özlərini axtarmaqdadırlar və sevindirici haldır ki, tapa bilirlər. Bu axtarış nəticəsiz deyil. Şərif Ağayar artıq püxtələşmiş yazıçıdır, müşahidələri, yazılarındakı ab-hava bunu deməyə əsas verir. Qan Turalı mənə elə gəlir, intellektual nəsrimizin nümayəndəsidir. Onun “Gecə zəngi” hekayəsi artıq yeni dövrün insanıdır, texnologiyanın, internet dünyasının insanıdır. Mirmehdi Ağaoğlunun “Bu gün səbr elə” romanı haqqında oturub söhbət etmişdik. O da özünü tapmağa doğru ciddi adımlar atmaqdadır, getdikcə öz səsi, nəfəsi hiss olunur. Sizə deyim ki, özünü ədəbiyyatda tapmaq çox ciddi məsələdir. Mən istəyərdim ki, bu gənclik bütövlükdə qalib olsun.

Səfər Alışarlı

Mirzə Cəlil hekayə janrının böyük ustadıdır. O biriləri mübaliğəlidir. Yəni ciddi araşdırma ilə onların qüsurlarını ortaya qoymaq mümkündür.

Mirzə Cəlilin mübarizəsinin və dövrünün dəhşətlərini biz yalnız indi təsəvvür edə bilir və qiymətləndirə bilirik. Öz dövründə isə ona qiymət verən yox idi. Eyni taleyi bizim müasirlərimizin bəziləri yaşayır. Millət yalnız toplum, cəmiyyət və dövlət halında öz təşəkkülünü tapanda onun ziyalı müasirlərinə münasibəti normal olur. Biz, təəssüf ki, bu işlərin erkən mərhələsindəyik. Amma dərindən fikirləşirsən, görürsən ki, bu Şərq həmişə despotik və qaniçən olub. Bizim ədəbiyyat ciddi mərhələlər keçib, amma 200 ildən artıq bir müddətdə kölə xalqın ədəbiyyatı olub. Yalnız ruhən azad insanlar ciddi mədəniyyət yarada bilərlər. Bizim müasirlərimiz, içi mən qarışıq, azad deyillər, onların buxovlarının sayı-hesabı yoxdur. Ona görə biz qan-tər içində çalışmalı, çalışmalı, çalışmalıyıq.

Fəxri Uğurlu

Bütün sorğular, istər ictimai, istər siyasi olsun, şərtidir, subyektivdir. Mən özüm beş hekayə adı çəkməkdə çətinlik çəkmişdim, onunu demişdim. Çünki Azərbaycan ədəbiyyatında kifayət qədər gözəl hekayələr var. Axundovdan başlamış, ta bu günə kimi. Ona görə də daha çox 60-cılardan bu günə qədər olanları dedim. Ancaq cavablandırdığım, adını çəkdiyim beş hekayə ovqatıma görə dəyişə bilər, siyahı tamam ayrı da ola bilər. Sorğu maraqlı idi, təəssürat yaradırdı. Ancaq bu o demək deyil ki, Azərbaycan ədəbiyyatının ən yaxşı hekayəsi Mirzə Cəlilin “Poçt qutusu” hekayəsidir.

Mən hətta deyim ki, bu Mirzə Cəlilin o biri hekayələrindən, məsələn “Usta Zeynal”dan çox zəifdir. Heç beşliyə düşən o hekayələr də Azərbaycan ədəbiyyatının ən yaxşıları deyil. Dediyim kimi, bu sorğu da şərtidir. Belə sorğularda rəy vermək çox çətin olur. Bu cür sorğular ciddi araşdırılmalıdır. Çox ciddi filoloqlar, ədəbiyyatşünaslar bu barədə fikir bildirməlidirlər. Yalnız bundan sonra müəyyən həqiqətə çatmaq olar. Ancaq bununla belə, yenə də tam həqiqətə çatmaq çətindir. Sorğuda ciddi də, qeyri-ciddi də cavab verənlər olub, məzələnənlər də. Çoxusu düşünüb ki, iş yoldaşımdı, dostumdu, xətrini çox istəyirəm, adını çəkməsəm inciyər. Mənim siyahımda hətta heç aram olmayan adamın da anını çəkmişdim, çünki hekayəsi xoşuma gəlmişdi. Ona görə çalışdım ki, ədalətli olum. O AYB-dəndir, bu AYO-dandır, o filan qrupdandı, filankəs başqa qrupdan. Mən ədəbiyyata bu cür münasibəti qəti sevən adam deyiləm. Açığı məndə bu cür münasibət qəzəb, hətta deyərdim, ikrah doğurur.

news-inner-user

16034 məqalə

Oxşar xəbərlər

Xəbər lenti

Azərbaycan rəssamlarından Kazanda "Məxməri etiraflar"
17:03 03 Avqust 2020
Kim unudub məni yol ayrıcında? - Zərdüşt Şəfinin anım günü
15:58 03 Avqust 2020
Heyvanlar nə vaxtdan qurbana çevrildi? - Qurbanetmə aktının yaranması
14:53 03 Avqust 2020
Şəhid generalımız haqqında kitab nəşr edildi - Pulsuz paylanacaq
13:48 03 Avqust 2020
Şon Penn özündən 31 yaş kiçik qızla gizlin evləndi
13:08 03 Avqust 2020
Ramiz Rövşənin "Yenə bu şəhərdə üz-üzə gəldik" şeirinə rok yazıldı - Video
12:05 03 Avqust 2020
Məşhur aktyor dünyasını dəyişdi
11:14 03 Avqust 2020
Azərbaycan bəstəkarının musiqisi ABŞ festivalında səsləndirildi
10:33 03 Avqust 2020
Həbs olunan məşhur bəstəkarın Üzeyir bəyə məktubu: "Etdiyim başsız hərəkət məni sənət aləmindən ayırdı” - İlk dəfə
09:05 03 Avqust 2020
Şərif Ağayarın essesi Fransa mətbuatında
16:35 02 Avqust 2020
Səsin görüntüyə çevrilməsi və kinonun yaranışı - Cavid Təvəkkül yazır...
15:08 02 Avqust 2020
Kinematoqrafçılar İttifaqı Kulisin əməkdaşına mükafat verdi
13:45 02 Avqust 2020
Azərbaycan kinosunu düşünməyən məmurlar və tək qalmış gənc rejissorlar - Milli Kino Günü
12:02 02 Avqust 2020
Fəxrəddin Manafov: "İmkanım olsaydı, qadınları taxtda əyləşdirərdim" - Müsahibə
09:01 02 Avqust 2020
Salam Sarvanın kitabı Ukraynda nəşr olundu
19:07 01 Avqust 2020
İstanbul Film Festivalının qalibi açıqlandı
17:44 01 Avqust 2020
Məşhur rejissor vəfat etdi
17:00 01 Avqust 2020
Tbilisidə Nəriman Nərimanovun yubileyi qeyd olundu
16:33 01 Avqust 2020
“Azərbaycan kino sənəti tarixi” nəşr olunacaq
15:50 01 Avqust 2020
“Qarabağ şikəstəsi”nin şikəst Qarabağıyıq - Qardaşxan Əzizxanlının şeiri
15:09 01 Avqust 2020