news-inner
clock09:00 calendar-gray 28 Noyabr 2015 view-gray55 dəfə oxunub
view-gray55 dəfə oxunub

“Dəli deyilik, yığıncağa düşmüşük”

“Bu gün silahımız söz atır, sabah qəlpə-Müharibə...”

Orta məktəbdə oxuyanda faşizm haqda oxuyub, materiallara baxdıqca, qəddarlıqları gördükcə, təəccüblənirdim, ağlım heç cür kəsdirmirdi ki, hamının gözü qarşısında belə vəhşiliklər necə baş verə bilər? Necə yəni? Yəni, hamı birdənmi ağlını itirmişdi?

Bunu görmək üçün çox fürsətlər oldu sonra. Hamı necə və niyə ağlını itirir, bunu düşünmək üçün.

Bir neçə il əvvəl Bertolluççinin “Konformist” filminə baxanda və film haqqında oxuyanda birdən eyni suala cavab tapmış kimi olmuşdum. “Konformist”də Marçelo uşaqlığında seksual travmalar yaşamış biridir, özünü hardasa anormal sayır və o ciddi-cəhdlə normal cəmiyyətə adaptasiya olmaq, normal olmaq istəyir. Normal olansa faşizm cəmiyyətidir. Normallıq budur...

***

Rejissor, yazıçı, sənətkar o adamdır ki, ilk növbədə hadisəyə rakurs seçir və onu elə seçir ki tamaşaçı görmədiklərini, bu haray-həşirin içində görüb də hiss edə bilmədiklərini hiss etsin. Xüsusən indi, bu od-alovun içində. Od-alov deyəndə informasiya mərmilərini də nəzərdə tuturam.

Bu mərmilərin açdığı boşluqları başqa informasiyalarla doldurmaq istəyirik. Hər dəfə yeni boşluq və yeni informasiya. Beynimizdə açılan bu boşluqlar bir türlü doymur. Daha çox informasiya aldıqca aysberqin görünməyən tərəfini də görə biləcəyimizi düşünürük. Daha çox bilmək ümidi ilə o aysberqə sarı üzürük. Amma deyəsən o görünməyən tərəfi gəmimiz aysberqə dəyib parçalananda, normallıqla anormallığın sərhədinə çatdığımız o son məqamda hiss edirik. Təəssüflə həm də. Bu bildiklərimiz nə qədər cılızdır.

Müharibə qoxulu bu günlərdə də eynən belə-ac və aciz durumda gözləyirik. Bu işlərin axırı necə olacaq? Axır olacaqmı? İnformasiya acı olan beynimiz bu suala net bir cavab-fakt- məlumat istəyir. Amma net cavab bəlkə, xəbərlər proqramında ən axıra saxlanılan, bəzən heç yer verilməyən sənət hadisələrindədir.

Rus yazıçısı Kuprinin “Təkbətək” (“Duel”) adlı povestində proporşik Romaşov iyrənc, saxta, sanki insanı insanlıqdan çıxarmaq üçün qurulmuş hərb sisteminin içində boğulan milyonlardan biridir. Onu milyonlardan fərqləndirən bu ümidsizcə uzanan prosesin içində qəfil başqa rakursdan özünü, ətrafdakıları, dünyanı görməsidir. “Bütün bu sistem, bütün bu iyrəncliklər, saxtalıqlar nədən ötrüdür? Axı bütün bunlar axmaqlıqdır? Nə üçün biz eyni anda bunu durdurmaq haqda düşünə bilmirik. Niyə bunu zəiflik sayırıq?” sualı qəlfil güllə kimi Romaşovun beynini dəlib keçir və onu bu hərb sistemi üçün ömürlük “yararsız” edir.

Romaşov polk komandirinin arvadı Şuroçkaya aşiq olur. Onun üçün sevgi olan şey xanımlar üçün oyundur və Romaşov bu oyunun qaydalarına uyğun olaraq dueldə yaralanıb ölür. Amma bu təkcə polk komandiri, Şuroçkanın əri Nikolayev ilə yox, həm də düşdüyü ziddiyyətlərlə təkbətəkliyidir. Romaşovun həmişə əleyhinə olduğu təkbətəklik...

Povestin ortalarında polk komandirinin evində Romaşovun Şuroçka ilə duel mövzusunda söhbətləri olur. Sən demə, Romaşov bütün saxta kübar ədalarına, maskalı nəzakət qaydalarına, şərəf və ləyaqət paroluna ürəkdən nifrət edirkən, Şuroçka dueli lazımlı hesab edir, yalnız ona görə ki, zabit müharibə olmayanda öz cəsarətini nümayiş etdirməlidir. Hər şey bir yana, sonda bu cəsurluq sevgisinin saxta olduğu ortaya çıxır - Şuroşka cəsurca ilk fürsəti rəqibinə verib sevgilisinin sözünü tutan Romaşovu yox, ad çıxarıb mənsəb qazanan ərini seçir. Romaşov ölür və çoxluğun normallıq saydığı Romaşov üçün anormal olan proseslər əvvəlki gücüylə davam edir.

Bundan sonra baş verən hər nə olsa hadisəlilikdən məhrumdur, informasiya kimi maraq oyatmır. Yəni, beynimiz qida axtarmır. Məşhur misaldakı kimi komediya bitir...

***

Bu yaxınlarda 1978-ci ildə Akademik Milli Dram Teatrında hazırlanmış “Dəli yığıncağı” tamaşasının video yazısını izlədim. 30 il əvvəlki tamaşanın ağ-qara video yazısı bu gün diri olması, dil açıb danışması eynən bu baxımdan heyrətamizdir.

Çünki rejissor normal sayılanla (Fazil Güleyni, Hacı Mәhәmmәdәli fәrşfuruş, Hacı Xudaverdi Şürәka, Hacı Cәfәr Kompani. Qapının yanında durub fәrraş Şimrәli. Hәzrәt Әşrәf Hacı Nayib) anormal sayılan (Pırpız Sona, Molla Abbas, Farmayn Rüstəm və s) arasında baş verən vaqeəyə elə bir rakurs seçib ki, tamaşaçı hansısa şərtlərdən asılı olmayaraq özü seçim edə bilsin. Azlığa çoxluğun göstərdiyi münasibəti göstərməyi seçəndə bir anlıq düşünə, duya bilsin. Nəyin normal, nəyin anormal olduğuna kütləvilik basqısı ilə yox, özü qərar versin.

Mehdi Məmmədovun bu tamaşasının bütün mizanları, temporitmi, musiqisi ilə bunu istəyir.

Pırpız Sonanın Fazil Guleyninin duasına qol açıb rəqs etməsi səhnəsi, ya da namaz qılan adamların guya Allaha açılan əllərlə onun azad, kəpənək ruhunun qarşısında hasar çəkməsi-Sonanın rəqs edib çırpınması...


Tamaşa bütün gücü ilə musiqisi-mizanı, ritmi ilə Sonanın, Abbasın-o biri “dəlilərin” harmoniyasi içindədi. O qədər ki, qəlbi tamahdan, şəhvətdən, beyni hiylədən başqasına yer saxlamayan dili dualı Fazil Güleynilər, Hacı Cəfərlər, Allaha əl açıb zikr edən cahillər çox qeyri-təbii-gərgin görünürlər. Şəfiqə Məmmədovanın tük kimi yüngül, işıq topası kimi konturları dəqiq görünməyən Sonası isə tamaşanın ruhudu, dirilik mələyidi.

Bu dirilik üzündən 30 il sonra, bütün kədərinə və yalnızlığına baxmayaraq “Vallah biz dəli deyilik, dəli yığıncağına düşmüşük” deyən Molla Abbasa qoşulub getmək istəyirsən...

news-inner-user
Aliyə

974 məqalə

Paylaş

Oxşar xəbərlər

Xəbər lenti

Xristianlığa meyl edən gənclərimiz - Əsəd Cahangir yazır...
21:00 20 Avqust 2019
Aktyorumuz beynəlxalq mükafat aldı
18:47 20 Avqust 2019
Maestro Niyazinin xatirəsi anılıb
18:06 20 Avqust 2019
Oxuduğuma görə məni döyürdülər
17:34 20 Avqust 2019
AYB sədrliyinə namizəd olan gənc: “Bizə təhdid mesajı gəlib”
16:33 20 Avqust 2019
Xan Şuşinski birinci arvadının istəyi ilə özündən 30 yaş cavan qız almışdı – Maraqlı Faktlar
15:34 20 Avqust 2019
Məşhur sovet rejissoru xəstəxanaya yerləşdirildi
14:16 20 Avqust 2019
Filmimiz daha bir beynəlxalq uğura imza atıb
13:38 20 Avqust 2019
Qızlar 14 yaşında ərə getsin! – Ayxan Ayvaz yazır...
12:33 20 Avqust 2019
Anardan Firudin Qurbansoya etiraz gəldi
12:01 20 Avqust 2019
Ədəbiyyat insanı əqli inkişafdan saxlayır
11:22 20 Avqust 2019
"İmtahan" serialının Eldarı insult keçirdi
10:25 20 Avqust 2019
Atalığının döyə-döyə öldürdüyü Murad
10:21 20 Avqust 2019
Yeni beynəlxalq teatr festivalı təsis olunub
09:32 20 Avqust 2019
“Hamilə qadın görəndə ikrah hissi keçirirəm”
09:00 20 Avqust 2019
Brodski: sürgündə xanımı ilə, mühacirətdə xanımsız
21:00 19 Avqust 2019
Qazaxda Xalq şairi Mirvarid Dilbazinin xatirəsi anılıb
18:52 19 Avqust 2019
“Sonuncu Pərdə” filminin ilk tizeri yayılıb - Video
18:31 19 Avqust 2019
“Sosium” yenidən APA TV-nin efirində
17:44 19 Avqust 2019
Cinə inanan adam Nəsimini anlaya bilməz – Yazarlardan Firudin Qurbansoya sərt cavab
17:07 19 Avqust 2019