news-inner
clock11:49 calendar-gray 13 Oktyabr 2015 view-gray233 dəfə oxunub
view-gray233 dəfə oxunub

Svetlana yazıçı deyilsə, niyə Nobel alıb?

Svetlana Alekseyiviçin Nobel almasının bir neçə maraqlı cəhəti var. Həmin maraqlı cəhətlərdən biri odur ki, rus dilində yazan bir adam 28 il sonra Nobel mükafatı aldı. Axırıncı dəfə bu mükafata Brodski layiq görülmüşdü.

Brodskinin ardınca Svetlananın bu mükafatı alması miskin bir mənzərədir. Bu siyahının əvvəli bəlkə daha dramatikdir: Bunin, Pasternak, Şoloxov, Soljenitsin.

Svetlana haqda deyilən bütün fikirlərdə vurğulandığı kimi, mən də onun yaradıcılığı ilə tanış deyiləm. Bir neçə ildir ki, Nobel ərəfəsində onun adını eşidirəm. Bizim Svetlana, yəni Svetlana Turan onun bir yazısını Kulis üçün tərcümə etmişdi.

Vikipediyaya baxıram, Svetlananın beş kitabı çıxıb. İlk kitabı “Müharibənin qadın sifəti yoxdur” (“У войны не женское лицо”) 1984-cü ildə çıxıb, Böyük Vətən Müharibəsinin qadın iştirakçıları haqqındadır. Svetlana bu kitab üçün yüzdən artıq şəhərdə olub, 200 qadınla söhbətlər aparıb. Onun “Sonuncu şahid” kitabı 2 milyon tirajla çap olunub. Bundan başqa yazıçının Əfqanıstan müharibəsi haqqında “Sink uşaqlar”, Çernobıldan yazdığı “Çernobıl duaları” kitabları nəşr olunub.

İngilis vikipediyasında Svetlana Alekseyieviç bu cür təqdim olunur: “Non-fictionprose writer”. Yəni ki, sənədli nəsr yazan. Svetlananın beş kitabının beşi də sənədlidir. İndi sual ortaya çıxır: Nobel Komitəsi sənədli nəsri doğrudanmı əsl nəsrlə yanaşı qoyur? İngilis dilində bu ayırım çox dəqiqdir: fiction - nəsr, non fiction - sənədli nəsr.

Svetlananın mövzuları mənə çox maraqlı gəldi. Bunlar sovet mövzuları olsa da dünya üçün maraqlı mövzulardır. Onun yazdığı kitabların hamısında dünya üçün maraqlı məqamlar var. Bu məncə Svetlananın uğurunun başlıca şərtidir. II Dünya Savaşının əsl qalibi sözsüz ki, SSRİ-dir, bu mənada sovet qadın döyüşçülərinin həyatı da dünyaya maraqlıydı. Əsər hələ SSRİ-də çıxanda əsl rezonans doğurmuşdu, senzura əsəri çap etməkdən imtina etmişdi. Əfqanıstan və Çernobıl haqda yazılanlar da xarici oxucuların maraq dairəsində olan mövzulardır. Üstəlik, resenziyalardan anladığımız qədəri ilə bütün bu kitablar həm də sənədli nəsr vasitəsi ilə müharibə və nüvə qurbanlarının danışdıqlarını əbədiləşdirərək mühüm tarixi əhəmiyyət kəsb edib.

Lakin mühüm bir sual yenə qarşımızda dayanır: Bədii əsər - fikşn yazmayan bir insanın Nobel Ədəbiyyat Mükafatı alması nə qədər düzgündür?XX əsrin fəlsəfəsinin klassiklərindən sayılan ingilis Bertran Rassel 1950-ci ildə yazıçı olmasa belə insan hüquqlarına və düşüncə azadlığını müdafiə edən yazılarına görə Nobel mükafatına layiq görülüb. Çörçill də memuarlarına görə bu mükafata layiq görülüb. Lakin hər iki nümunədə söhbət çox məşhur ingilislərdən gedir ki, bu iki şəxsi hardasa XX əsr İngiltərəsinin siması saymaq olar. Burda söhbət ədəbiyyat söhbəti deyil. Amma Svetlanada məsələ başqadır. Svetlana məşhur persona deyil və Nobeli bədii əsərlərinə görə almır.Svetlananın Nobel Jurnalistika Mükafatına (belə mükafat yoxdur) təqdim olunması daha dürüst olmazdımı?

Hər halda Nobel Komitəsinin ədəbiyyata verdiyi tərif zamanın ruhundan çox fərqlənir. Hətta realizmin tüğyan etdiyi dövrlərdə belə jurnalistlərə Nobel Mükafatı verməzdilər.

Soljenitsinin müsibəti də belə olmamışdı. Kişi “Matryonanın ocağı”nda “İvan Denisoviçin bir günü”nü yazmışdı.

news-inner-user
Qan Turalı

228 məqalə

Oxşar xəbərlər

Xəbər lenti

Tanınmış bəstəkar koronavirus peyvəndinin sınaqlarında könüllü oldu
11:01 15 Avqust 2020
Məşhur gitara ifaçısı vəfat etdi
10:28 15 Avqust 2020
Bu filmə görə 400 nəfər işdən çıxarılacaqdı – Rejissorların boyun qaçırdığı Azərbyacan filmi
08:57 15 Avqust 2020
Daha bir nəşriyyat Polad Həşimovla bağlı kitab nəşr etdi - Foto
18:36 14 Avqust 2020
Ayı balalarını oğurlayan çoban - Qorxmaz Şıxəlioğlu yazır...
17:14 14 Avqust 2020
Tom Kruzun çəkildiyi filmin meydançasında yanğın baş verdi
16:05 14 Avqust 2020
Xalq artistinin qızı atasının şeirlər kitabını nəşr etdirəcək
15:19 14 Avqust 2020
Oğlu Xalq artistinə klip çəkdi - Video
14:28 14 Avqust 2020
Əsl adı Pənah idi, kasıb atası ona yalnız keçi dərisindən dəf düzəldə bildi - Sürücü, vaqon ustası, montyor Alim Qasımov - Maraqlı faktlar
13:32 14 Avqust 2020
Almaz Ələsgərli efirdə erməni mahnısı oxudu - Video
12:38 14 Avqust 2020
"Sevastopol uğrunda döyüş"ün qəhrəmanı vəfat etdi
12:17 14 Avqust 2020
Bizi kütləvi öldürmək məsələsi... - Bütün bunlar masonların işidir?
11:27 14 Avqust 2020
Gənc yazara ağır itki üz verdi
10:39 14 Avqust 2020
Filmimiz beynəlxalq festivalda mükafat qazandı
10:00 14 Avqust 2020
Məni şərləyib qardaşımın gözündən salmaq istəyirdi - Bircənin romanı
08:59 14 Avqust 2020
Türk aktrisası vəfat etdi
18:30 13 Avqust 2020
Azərbaycanda əcnəbi serialların yayımı bərpa olundu
17:57 13 Avqust 2020
Məşhur rejissorların ürəyində qalan 5 film - Çəkmək istəyirdilər, alınmadı...
17:02 13 Avqust 2020
"Avatar-2" filminin çəkiliş meydançasından fotolar
16:28 13 Avqust 2020
Xalq rəssamı vəfat etdi
15:09 13 Avqust 2020