news-inner
clock08:30 calendar-gray 09 Oktyabr 2015 view-gray213 dəfə oxunub
view-gray213 dəfə oxunub

Alnında üçüncü göz görünən seyid - REPORTAJ

Kitablardakı insanları həyatda çox görmüşəm. Hər bir obrazın həyatda öz prototipi vardır mütləq. Mən onlarla hər gün metroda, avtobusda, səkidə, yolda, məhəllədə, küçədə, yasda, toyda, kitabxanada, tədbirlərdə, səfərdə və başqa yerlərdə rastlaşıram. Tanımadığım insanların iç dünyası mənim üçün həmişə maraqlı olub. Onların taleyinə, acısına, keçirdiyi çətin anlara, gülməli hadisələrə qulaq asmaq istəyi çoxdankı adətimdir.

Alnında üçüncü gözü olan Əli

28 may. Cəfər Cabbarlı heykəli. İrəlidən bir adam gəlir, yaxınlaşdıqca onun əlində kitablar olduğunu görürəm. Ağ saçlı, ağ saqqallı qoca, başında namazlıq ağır-ağır yeriyir, elə bil dünyanın yükü çiyinlərindədir. Nurani, üzündən işıq açan adamın yanına yaxınlaşıb kitablarla maraqlanmağa qərar verirəm.

- Dayı, neçəyə satırsınız?

- Hər qiymətə var, oğlum.

- Hardan alırsınız bu kitabları?

Gülümsünür, ətrafa döyükür, elə bil kiminsə bizi dinləyib-dinləmədiyini öz-özünə ayırd etməyə çalışır.

- Özümün də olur, alıram da.

- Adınız nədir?

- Əli.

Yenə üzünə təbəssüm qonur, əli ilə çiynimə toxunur. Uşaqlıq vaxtından soruşuram, gözlərində uzun bir yol metroya axışan adamlara baxır. Hər gün Quran ayələri ilə keçən uşaqlığını danışmağa başlayır. Seyid ailəsində dünyaya göz açan qəhrəmanımız hamıya qəribə uşaq təsiri bağışlayır.

- Atam ağırtaxtalı, baftalı kişiydi. Sözünün dalını da bilirdi, qabağını da. İmanlı adam idi, namazında, niyazında... Ramazanda oruc tuturdu. Mən də elə Ramazan ayında dünyaya gəlmişəm. Atam deyir, bələkdə üzünə baxdım, alnında üçüncü göz gördüm.

Bu qəribəliyi qohum-əqrəba, dost-tanış, rayondakı hər kəs hiss edib. Uşaqlığında çox sakit, başıaşağı biri olub, yaşıdlarına qoşulub futbol oynamaq, kiməsə qoşulub bağ oğurluğuna getmək onluq deyilmiş.

- Oturub onlara baxırdım, kimisi oynayırdı, kimisi qaçırdı. Mən isə evə gedir, Quranı, ərəb dilini öyrənirdim. Atam axşamlar gəlib soruşurdu.

- Uşaq vaxtı çətin deyildi?

- İndi də çətindi, - gülür. - Həm də onda başqa əyləncəm də yox idi. Gözümü açıb bunu görmüşdüm.

Atası əməlli-başlı dindar olub. Kimsə nəsə yaxşı bir şey danışanda: “Allaha min şükür.” - deyər, salavat çəkərmiş. Heç vaxt namazını ötürməz, Ramazanda orucunu tutardı. Uşaqlarına dini rəvayətlər danışar, peyğəmbərlərdən bəhs edərmiş. Əlləm-qəlləm işlərlə arası yoxmuş, uşaqlara həmişə oxumağı tövsiyə edər, oxumuş adamın vətəninə və millətinə çox xeyir verdiyini deyərmiş.

- Əli adını atam verib. Həmişə onun rəvayətlərindən nağıl edərdi. Mənim sükutum, sakitliyim ona rahatlıq verərdi. Həzrəti Əli kimi cəsur biri olmağımı istəyib. Ona görə də deyib adını verim.

Həzrəti Əli

Sonrakı oğulları Hüseyn və Məhəmməd də dini təhsil alıb. Bir yerdə mədrəsəyə gediblər, Quran öyrənib hafizləri dinləyiblər. Uşaqlıdan indiyə qədər İslam tarixini, rəvayətləri, hədisləri, Quran ayələrini öyrənən Əli kişi yeriyən, yaşayan, canlı ilahiyyatçıdır. Əlindəki kitablar da İslam dini haqqında, peyğəmbərlərin həyatı haqqındadır. Arada öz həyatından danışmağı yarıda kəsib öyüd-nəsihətə keçir:

- Baxıram, sən də ağıllı oğlansan. Yəqin imanlı birisən. – saqqalıma işarə vurur. – Ziyandan uzaq dur. Zalımın yanında olma. Haram pul yemə. Dünya malında gözün olmasın. Hamımız bir tikə çörək tapa bilərik. Şükür Allaha, yaşayırıq.

- Dolanışığınız necədir?

- Yaxşıdır, şükür. - əllərini yuxarı qaldırır. – O göydəkinə şükür. Beş-üç qəpikdir, qazanırıq, qarnımız doyur. Bilirsən, Məhəmməd peyğəmbər gündə nə qədər az yemək yeyirdi.

- Bilirəm...

- Ona vəhy gələndə yerə yıxılırmış. Bir tikə çörək hamımıza bəs edər. Nəyə lazımdı var-dövlət? Onsuz da bu dünyadan aparacağımız ağ kəfən olacaq.

Həzrəti Əli bir gün yanına bir işçi götürür. Gələn adam maraqlanır: “Mənə verəcəyin iş nədir?” Əli gülümsünür: “Sən mənə hər gün “ölüm var” deyəcəksən”. Adamın işi yaxşı, maaşı yaxşı, daha nə istəyirsən. Kor istədi iki göz, biri əyri, biri düz. Hər gün gəlib ağasına “ölüm var” deyir, pulunu alır, yola düzəlir. Günlərin bir günü Həzrəti Əli onu yanına çağırır:

- Artıq sənin işin sona çatdı.

- Niyə? – adam təəccüblənir.

- Çünki saçımda ağ tük çıxıb. Artıq hər dəfə güzgüyə baxanda ölümün olduğunu biləcəm.

- Siz nə vaxt biləcəksiniz ölüm var?

- Çətindi... – deyir qoca. – Bilirsən, mən dünyanı, insanları sevirəm. Allahı sevirəm.

- Bəs heç əks cinsi sevmisiniz?

Gülümsünür, bayaqkı kimi əlini çiynimə vurur:

- Hə, sevmişəm, Allah kimi sevmişəm qadınları. Özü də çox. Aşiq olmuşam.

- Ailəlisiniz?

- Əlbəttə. Üç oğlum var.

- Sevmisiniz xanımınızı?

- Yox, qohum idi, nişan verdilər, biz də elçi getdik.

Bu qədər söhbətdən sonra onun belə soyuqqanlı cavabı, açığı məni təəccübləndirir.

Sözü ağzından kəlbətinlə alıram. Belə bir dialoqumuz baş tutur:

- Dayı, mən İslamı öyrənmək istəyirəm. Öyrədərsiniz?

- Hm...

- Hə?

- Əlbəttə. De ha, bu kitabları oxu, öyrənəcəksən.

- Harda qalırsınız?

- Nə fərqi var ki?

- Dini kitabları çox alarlar?

- Yox e...

- Camaat sizi görəndə bir kitab almaq istəyər ki, bəlkə günahları yuyulsun. – gülürəm.

- Nə bilim...

“Kafirlik baş alıb gedir”

- Həmişə belə küçələrdə satmısınız kitabları?

Dediyinə görə, əvvəl balaca bir köşkü varmış, gözdən-könüldən uzaq bir yerdə. Gələn-gedən, oturub onunla dərdləşən, çay içən, kitablarını alan nə çox. Sonra köşklər yığışdırılıb, o gündən Əli kişi də kitabları qoltuğuna vurub o küçə sənin, bu küçə mənim gəzməyə başlayıb.

- Adamlar dindən uzaqlaşıb. – deyir. – Kim məni görür, elə bil qaçır. Əlini yelləyən, məzələnən o qədərdi. Kənardan baxırlar, ona bax kitab satır, molladır deyirlər.

- Bəs nə dəyişdi? Niyə belə oldu insanlar? Kimin günahıdır? Mollaların?

- Hə, onların da günahı var, əlbət. Ancaq əsl İslam bu deyil. Bizim çox gözəl dinimiz var, onu qorumaq lazımdır...

- Dayı, bu düzdür ki, çox vaxt qorxudan adamlar dinə gəlirlər?

- Hə, elələri da var. Cəhənnəm qorxusu. Qəlblərin gözəlliyindən isə yalnız Allah xəbərdardır.

- Allaha inanmayanlara necə baxırsız?

Bir xeyli susur, gəlib-keçənlərə nəzər yetirir.

- Bilirsən, bala, hamısı Avropanın günahıdır. Kafirlik baş alıb gedib. Hamı dini geridəqalmış bir şey kimi görür.

- Bəs necədir əslində?

- Bilmirəm, sənə necə izah edim. Bax bu kitabları oxu, görəcəksən.

Təzədən kitabları bir-bir mənə göstərir, onların haqqında məlumat verir. Bu vaxt əlində bir topa təsbeh görürəm.

- Təsbeh də satırsınız?

- Hə. İstəyirsən? Xeyri var, beyni sakitləşdirir. İrandan gətirmişəm.

- Zikr eləyəndə nə olur?

- Pis fikirlərdən uzaq durursan.

- Başqa?

- Nə bilim e... – gülümsünür, yenə çiynimə vurur. – sən də elə qəribə suallar verirsən.

Son

Hamının açılmayan sandığa bənzəri dərdi var içində. Çoxusu dərdini paylaşır, çoxusu isə yox. Əslində dərd anlatmaq kədərli olmaq demək deyil. Elə insan var ki, susmağı ilə onun kədərini anlayırsan. Artıq danışmağa ehtiyac yoxdur. Mən də anlayıram ki, Əli kişi ilə danışmaqdan çox, susmaq lazımdır: kənardan, uzaqdan onun həyatını izləmək lazımdır, vəssalam.

Sağollaşıram, birdən çiynimə toxunur.

- Dayan bir...

- Nolub dayı?

Sellofandan bir Quran kitabı çıxarıb göstərir:

- Ərəb dilindədir, əla cilddir. Apar evinin ən gözəl yerindən qoy dursun...

Ayxan Ayvaz

Fotolar: Nihad Qulamzadə

news-inner-user

16800 məqalə

Oxşar xəbərlər

Xəbər lenti

Zəngilanlı aktyor: "Ordan çıxan gün 11 yaşım tamam olurdu" - Video-söhbət
16:30 24 Oktyabr 2020
Türkiyəli yazar vəfat etdi
15:26 24 Oktyabr 2020
Azərbaycanlı rəssamın sərgisi İstanbulda
14:19 24 Oktyabr 2020
Tolstoy hansı şairin qızını sevmişdi? - Elçin yazır...
13:30 24 Oktyabr 2020
Ömürlə peşmanlıq oyunları - Cavanşir Yusifli Kulisdə gedən hekayədən yazır
12:21 24 Oktyabr 2020
Ajda Pekkan: “Azərbaycanlı qardaşlarımıza sevgi göndərirəm”
11:12 24 Oktyabr 2020
Şəhid olan Milli Qəhrəman haqqında film - Video
10:06 24 Oktyabr 2020
Vətənim adamlar - Sevda Sultanova yazır...
09:00 24 Oktyabr 2020
“Pişiyin evi” onlayn göstəriləcək
18:49 23 Oktyabr 2020
Nazirlik Zəngilanda dağılan məscidlə bağlı bəyanat yaydı
18:15 23 Oktyabr 2020
Azərbaycan əsgərinə heyrətlənən erməni hərbçi
17:31 23 Oktyabr 2020
Bütün zamanların ən gözəl aktrisasının həyatı film olur
16:53 23 Oktyabr 2020
Kino tarixinin ən qorxulu filmləri açıqlandı
16:11 23 Oktyabr 2020
Yapon caz ifaçısı Azərbaycan ordusuna pul köçürdü
15:29 23 Oktyabr 2020
Beynəlxalq Türk Mədəniyyəti və İrsi bəyanat yaydı
14:52 23 Oktyabr 2020
Allahı danan müəlliminin başına stul çırpdı, ömür boyu övladı olmadı, qızlığını xalası oğluna qısqandı - Xalq artistindən maraqlı faktlar
14:15 23 Oktyabr 2020
Facebookda yayılan təhlükəli döyüş videoları
13:34 23 Oktyabr 2020
Köçkünlük statusu – Sevinc Elsevər yazır...
12:47 23 Oktyabr 2020
Dağıdılan, dəyişdirilən, yer üzündən silinən abidələrimiz
12:04 23 Oktyabr 2020
“Bitls” qrupunun keçmiş üzvündən yeni albom
11:18 23 Oktyabr 2020