Tanrının parçalanması - ESSE

Tanrının parçalanması - <span style="color:red;">ESSE
30 sentyabr 2015
# 19:00

Kulis Nisə Bəyimin essesini təqdim edir

Riyaziyyat - təfəkkürün rəqəmlərlə ifadəsidir. Nəzərə alsaq ki, sıfır ilk dəfə miladdan sonra Brahmagupta və Əl-Xarəzm tərəfindən tənliklərdə riyazi rəqəm kimi işlədilib, (əslində, miladdan öncə, misirlilər, babillər, qədim yunanlar və mayalılar sıfırı yalnız simvolik olaraq işarələmişlər) bəşəriyyətin idrak və düşüncə tarixi o qədər də qədim deyil.

Sıfırla (boşluqla, ərəbcə, sıfır “boşluq” mənasını verir) bir (vahid) arasındakı insan ampletudada rəqs edən əqrəb kimidir. Nə sıfırı, nə də vahidi keçə bilmir. Sıfır insanın yaranış öncəsi və ölüm sonrası heçliyinin, naməlumluğunun təcəssümüdür.

Naməlum olan hər şey sıfır kimi heç nəyi ifadə eləmir. Sıfırı – heç nəyi anlamaq, ona rəng, forma, yozum vermək müşkül məsələdir. Əksinə, sıfırı - heç nəyi hər şeyə yozmaq da olar. Kimin təxəyyülü hara qədər varırsa, heç nəyin sonsuzluğunda aşağı-yuxarı, eninə uzununa xəyal qura bilər.

Nə yazıq ki, bir kəsin xəyalları başqa birinin xəyalları ilə uzaqlaşmadığı, üst-üstə düşmədiyi üçün gerçəkləşə bilmir. Gerçəklik deyə qəbul etdiyimiz nəsnə xəyalların başqaları tərəfindən qəbul edilməsidir. Amma sıfırın maddiləşmək şansı yoxdur, çünki, heç kimin heç nəyi başqa birinin heç nəyi ilə uyğun gələ bilmir və nəticədə sıfır gerçəkləşmir.

Bu minvalla adama elə gələ bilər ki, bizə heç sıfır gərək deyil. Madam, sıfırın üstündə dura bilmirik, birbaşa keçək vahidə - yəni, birə. Bax, burada məsələ çox qəlizləşir. Bir - vahid deyə qəbul etdiyimiz üç şey var: Allah (təkdir və şəriki yoxdur), dünya kimi qəbul etdiyimiz Yer planeti, üçüncüsü - can. Hər kəsin bir canı var və kopyası yoxdur. Vahid kimi qəbul etdiyimiz bu üç gerçəkliyə hamımız inanırıq. İnanırıq, amma gəlin görək, bu inamın üstündə dura bilirikmi?

Bir – vahid birdən başqa heç nəyə bölünmür. Biri birə vuranda da bir eləyir, biri birə böləndə də bir eləyir. Amma biz bir olan gerçəkliyi hər şeyə bölürük. Bir olan Allahı neçə yerə, neçə dinə, neçə təriqətə bölürük.

Bir olan dünyanı neçə-neçə sərhədlərə, dövlətlərə, dostlara, düşmənlərə bölürük. Bir olan canımızı parçalayıb nifrətlərə, sevgilərə, ayrılıqlara, dəyərlərə, dəyməzlərə, olarlara, olmazlara bölürük. Biz bir olan hər şeyi bölə-bölə, dağıda-dağıda, parçalaya-parçalaya sıfıra - heç nəyə çeviririk.

Biz bir olan həyatımızı qiymətləndirə bilmirik, bir olan Tanrını sevə bilmədiyimiz kimi, bir olan canımızı da sevə bilmirik, bir olan dünyamızı qoruya bilmirik. Əslində, onlarından birini sevə bilsək, hər üçünü sevmiş oluruq. Çünki, mahiyyətcə, onların üçü birdir, vahiddir.

İndi siz mürəkkəb rəqəmləri, çox məchullu tənlikləri, interval nəzəriyyələrini bir kənara qoyun, qarşısında sıfır və vahid dilemması olan cəmiyyəti mürəkkəb və anlaşılmaz riyazi sistem maraqlandırmır. Ortada texniki tərəqqi deyilən bir həqiqət var, bu gözəgörünməz əməliyyatlar, layihələr, konstruksiyalar bir qrup insana aiddir ki, nəticələrindən milyardlar istifadə etsə də, təfərrüatı və tarixi kimsəni maraqlandırmır.

Bəşər çox ziddiyyətli məxluqdur. O, zahirən dayanmadan dəyişir, mahiyyət isə sıfırla bir arasında ideyalar mübadiləsində uğursuzluqla məğlub olur.

Belə görünür ki, biz sıfırla vahid arasındakı ampletudada rəqs edən əqrəb kimi daim oynamağa məhkumuq.

Nise Beyim

# 1860 dəfə oxunub

Oxşar xəbərlər

Əriyən pendir, dünyəvi vəsvəsələr, arvadını sancan arı... - Salvador Dalinin ən məşhur əsərləri

Əriyən pendir, dünyəvi vəsvəsələr, arvadını sancan arı... - Salvador Dalinin ən məşhur əsərləri

15:00 11 may 2026
"Hələ siz sonra görəcəksiz analar necə oğullar doğub..." - "Kərgədan buynuzu" povestindən bir hissə

"Hələ siz sonra görəcəksiz analar necə oğullar doğub..." - "Kərgədan buynuzu" povestindən bir hissə

12:00 11 may 2026
"Qadın cinsi ilə rəftar eləməyi bacarmayan..." - Şillerin "Məkr və məhəbbət"indən bir hissə

"Qadın cinsi ilə rəftar eləməyi bacarmayan..." - Şillerin "Məkr və məhəbbət"indən bir hissə

10:00 9 may 2026
Moskvadan gələn tabut, hava limanındakı məmurlar və ağlayan "Nəsimi" – Rasim Balayevlə baş tutmayan görüşün pərdəarxası

Moskvadan gələn tabut, hava limanındakı məmurlar və ağlayan "Nəsimi" – Rasim Balayevlə baş tutmayan görüşün pərdəarxası

15:00 8 may 2026
"Qınadığım şeylərə qarşı məndə maraq oyatmağa haqqınız yoxdur..." - Floberin "Hisslərin tərbiyəsi" romanından sitatlar

"Qınadığım şeylərə qarşı məndə maraq oyatmağa haqqınız yoxdur..." - Floberin "Hisslərin tərbiyəsi" romanından sitatlar

10:00 8 may 2026
Ömrün səhnəyə həsr edilən 70 ili... - - O, nə vaxt teatr rəssamı olmaq qərarına gəlmişdi?

Ömrün səhnəyə həsr edilən 70 ili... - - O, nə vaxt teatr rəssamı olmaq qərarına gəlmişdi?

15:00 7 may 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər