news-inner
clock08:30 calendar-gray 01 Oktyabr 2015 view-gray263 dəfə oxunub
view-gray263 dəfə oxunub

Vladimir Nabokovu dahi edən qadın

Onlar tanış olanda Nabokovun cəmi 24 yaşı vardı. Vera ona baxaraq anlamışdı: “Bu oğlan dahi olacaq. Və bunun üçün mən əlimdən gələni edəcəyəm”.

Doğrudan da, ömrünün 52 ilini ərinə həsr edən bu qadın ədəbiyyat dahisini dünyaya tanıtmaq üçün əlindən gələni elədi. “Lolita”nın əlyazmasını da alovun dilləri arasından məhz o xilas etmişdi.

...Rus və Amerika yazıçısı Vladimir Nabokov 1899-cu ildə Sankt-Peterburqda aristokrat ailədə dünyaya gəlmişdi. Atası məşhur siyasətçi Vladimir Dmitriyeviç Nabokov idi. Ailədə üç dildə danışırdı - rus, ingilis və fransız. Beləliklə, yazıçı lap kiçik yaşlarından hər üç dildə sərbəst danışmağı öyrənmişdi. Hətta ingilis dilini rus dilindən də əvvəl mənimsəmişdi. Onların Peterburqun lap mərkəzində üç mərtəbəli mülkü var idi. Ailə iki şəxsi avtomobilə sahib idi; bu, o dövr üçün nadir hadisə idi. Limuzinlərdən biri Volodyaya xidmət edirdi, hər gün onu nüfuzlu Tereşovski peşə məktəbinə aparıb-gətirirdi.

Öz “qızıl” uşaqlıq illəri, parlaq atası, inqilabaqədərki xoşbəxt günləri haqqında Nabokov böyük sevgiylə yazırdı... Mühacirlik onları qəfil haqladı. Hərçənd Nabokov digər rus qaçqınlarından fərqli olaraq, ingilis dilini bilirdi; adlı-sanlı Qərb universitetinin məzunuydu. Amma Kembric diplomu həyata uyğunlaşmaq üçün elə çox şey vəd etmirdi, çünki Nabokovun yazıçı olmaqdan başqa arzusu, istəyi yox idi. O, təsadüfi qazanclarla yaşayırdı. Ehtiyacları olsa da bunu özünə dərd eləmirdi, məsələn geyilməkdən bozarmış şalvarının saçaqları sallananda Volodya onları səliqəylə kəsirdi. Keçmiş Tereşovski məktəbinin tələbəsi üçün bu, alçaldıcı olsa da, Nabokov özünə güvənir və heç vaxt şikayət eləmirdi. O, rus mühacirlərinin Qərbdə ikinci dərəcəli olmalarından incə ironiya ilə bəhs edirdi: “Yerlilər elə bil şəffaf sellofandan düzəldilmiş fiqurlardır, biz onların tikililərindən, kəşflərindən, bostanlarından, üzümlüklərindən və s. istifadə etsək də, onlarla bizim aramızda heç bir münasibət yoxdur.”

Ruslar öz davranış və geyimləriylə qərblilərdə gülüş doğururdular. Hələ körpəlikdən ingiliscə danışan Kembric universitetinin centlemen məzunu hər nə qədər öz soydaşlarından fərqlənsə də, qərblilərin gözündə həmin bu kütləyə aid idi. Bu, Nabokovun qüruruna toxunurdu.

Nabokov sanki bilərəkdən rus ədəbiyyatına xas olan humanizmdən uzaqlaşır, soyuq estetikaya üstünlük verirdi. Bu, onu sevənlərin nəzərindən qaçmırdı. Mühacir yazıçısı Zinaida Şaxovskaya yazırdı ki, hələ o vaxt onu Nabokovun yaradıcılığında bəzi məqamlar narahat edirdi, bununla belə o da fərqindəydi ki, bu maraqlı yazıçı dünya ədəbiyyatında yüksək yerə sahib olacaq. Nabokovu çox istedadlı, ədəbiyyatın ustadı, rus dilinin virtuozu adlandırırdılar. Amma həm də bu fikirdə idilər ki, onun yaradıcılığı quru və duyğusuzdur, bu adamda qətiyyən mərhəmət hissi yoxdur.

Sadalanan qüsurlar (digər tərəfdən baxanda üstünlüklər) onu modernizmin dayaqlarından birinə çevirdi. Onun yanında Coys, Kafka, Prust vardı. Modernizm onun üçün çətin vəziyyətdən çıxış cəhdi idi. Rusların gözündə avropalı, avropalıların nəzərində rus olduğu üçün hər iki cəmiyyətə ögey idi. Onun üçün ən böyük reallıq dil və söz idi. O, Robinzon kimi həyata uyğunlaşmağa başladı – amma kimsəsiz adada deyil, insanların qarışqa kimi qaynaşdığı bir yerdə. Öz yaratdığı dünyada, öz kitablarında istədiyi möcüzəni edə bilərdi. O, insanlara öz dünyasından baxır, əsərlərində onları ifşa edirdi.

Belə əsərlərdən biri onun 1955-ci ildə yazdığı məşhur “Lolita” romanı idi. Müəllif əsərdə Amerika cəmiyyətinin bayağılığına gülür, saysız-hesabsız bulvar romanlarını lağa qoyurdu. (Bu əsərin nəşri onun maddi problemlərini həll edir. Nabokov İsveçrəyə köçür və qalan ömrünü pansionatda keçirir).

Əlbəttə, Nabokovu qəti şəkildə duyğusuz adlandırmaq olmazdı. Əsərlərinin birində o yazırdı: “Mən həmişə düşünmüşəm ki, ən təmiz hiss vətən üçün qəribsəyən qovulmuş insanın hissidir, mən göstərmək istədim, o necə var gücüylə öz yaddaşını qorumağa can atır”.

Nabokov yaradıcılığa şair kimi başlamışdı. 1923-cü ildə o iki şeir kitabı nəşr etdirir. Amma tez də peşman olur. O, tez-tələsik mağazalardan öz kitablarını alır və onları məhv edirdi. Növbəti şeirlər kitabı 1959-cu ildə işıq üzü görür. Bu vaxt ərzində əsl Nabokovun özünəməxsus üslubunu ehtiva edən şeirlər yazılmışdı. Şeirlərin çox hissəsi isə çap olunmamış qalırdı. Amma müəllif bu fikirdə idi ki, oxucuya verməli olduğunu o artıq oxucuya verib. Qaralamalar və uğursuz variantlar isə (onun fikrincə) məhv edilmişdi.

Yuxuya getmək prosesi zəhləmi tökür

Müsahibələrinin birində “Nə sizi darıxdırır və ya nələr sizə məzəli görünür?” sualına belə cavab vermişdi:

“Onun əvəzində gəlin mən sizə deyim, mənim nədən zəhləm gedir. Məsələn, musiqi fonu, musiqi yazılışı, radio, maqnitofon, qonşu otaqdan gələn musiqi səsindən, ümumiyyətlə musiqiylə bağlı hər şeydən. İncəsənətdə primitivizmi sevmirəm. Abstrakt adlandırılan cızma-qaradan, avanqard deyilən şeirlərdən və buna bənzər banal şeylərdən acığım gəlir.

Klublardan, ittifaqlardan, birliklərdən və s. Son 25 ildə mən onlarla üzvlükləri rədd etmişəm.

Tiranlığa nifrət edirəm. Mən istənilən rejimi qəbul edə bilərəm, yetər ki, ağlım və bədənim azad olsun.

Xırda şeylər də əsəblərimə toxunur. Məsələn, eynəyimin tez-tez itirdiyim futlyarı, şkafda yerə düşən asılqan, düyməsini tapa bilmədiyim qatlama çətir... Qatı açılmamış kitab səhifələri, çəkmə bağlarının düyün düşməsi... Səyahətlər zamanı yaxınlıqda uşaqların olması. Yuxuya getmək prosesi və s.”

Nabokovun çətin xasiyyəti vardı; bioqrafları dolayır, jurnalistlərlə dalaşır, salam verməmək üçün özünü görməməzliyə vurub keçirdi və s.

Nabokovu yaradan qadın - Vera Solomin

Deyirlər, böyük şəxsiyyətin arxasında böyük qadın dayanır. Onun həyat yoldaşı bu sözlərin həqiqətinə tam uyğun gəlirdi.

...1948-ci ildən 59-cu ilə kimi Kornuel Universitetində Vladimir Nabokov adlı rus mənşəli professor dərs deyirdi. O, tələbələri arasında xüsusi populyarlığı ilə seçilirdi. Belə ki, Nabokov orijinal adam idi və o biri müəllimlərə bənzəmirdi. Məsələn, o, birdən deyə bilərdi ki, “Don Kixot” zəif əsərdir və Servantesi hansısa üslubuna görə tənqid edə bilərdi.

Tələbələrə maraqlı görünən yalnız bu deyildi. Məsələn, professor heç vaxt dərslərə tək gəlmirdi. Onu universitetə gətirən avtomobili ağsaçlı bir qadın idarə edirdi. Maşını yerləşdirdikdən sonra qadın əlini Nabokova verir və onun ardınca universitetə daxil olurdu. Kafedrada birinci sırada və ya professorun sol tərəfində otururdu. O, bütün dərs boyu öz səssizliyini qoruyur, yalnız professor “mənim assistentim” deyə müraciət edən zaman platin saçlı bu qadın referentə çevrilir, professorun kiçik tapşırıqlarını yerinə yetirirdi.

Əlbəttə, hamı bilirdi ki, bu qadın Nabokovun həyat yoldaşıdır. Bəziləri deyirdi ki, o, həm də özünəməxsus mühafizəçidir, məsələn, ehtimallara görə, o, çantasında tapança gəzdirirdi. Bəziləri isə bu fikirdə idi ki, həyat yoldaşı bu vasitəylə Nabokovla gənc qızlar arasında baryer qurur və müəllimə yaxın olmaq istəyənləri ondan uzaqlaşdırır.

Vera Solomin Sankt-Peterburqda, 1902-ci ildə varlı yəhudi ailəsində doğulmuşdu. Yüksək təhsil görmüş savadlı, ziyalı bir xanım idi.

Veranın ailəsi 1921-ci ildə kommunist diktaturasının Rusiyada möhkəmləndiyini görüb ölkəni tərk etmişdilər. Mühacirlərin sevimli şəhəri Berlində yaşayırdılar. Nabokovla da elə orda, Almaniyanın paytaxtında tanış olmuşdular. Nabokovun 24 yaşı vardı. Vera tanışlığın ilk günlərində anlamışdı ki, qarşısındakı adam öz dövrünün böyük yazıçısıdır və nəyin bahasına olursa olsun onun istedadını üzə çıxarmaq lazımdır.

Sorbannada təhsil zamanı o özünü perspektli tələbə kimi göstərmişdi. Amma Nabokovla tanışlıqdan sonra öz işlərini bir kənara qoyub özünü bütünlüklə ərinə həsr etməyi qərara alır. Bu illər ərzində o, özünün elmi işlərindən bircə nüsxəni də saxlamamışdı. Əvəzində isə ərinin qələmindən çıxan hər bir səhifənin səliqə-sahmanla üzünü köçürür, nüsxəsini çıxarır və arxivində qoruyurdu.

Hətta 30-cu illərin sonunda Nabokovun ona xəyanət etdiyini eşidəndə belə onun ərinə olan böyük sevgisinə kölgə düşmür. Əksinə, o, bunda özünü günahlandırır və bu məsələni özünəməxsus diplomatiya ilə həll edir.

Steyşi Şiff deyirdi ki, Vera haqqında yazarkən Nabokovun adını çəkməmək olar, amma Nabokovdan yazarkən Veranın adını çəkməmək əsla mümkün deyil. Nabokovu yazıb-yaratmağa Vera ruhlandırırdı. Məhz o, “Lolita”nı məhv olmaqdan xilas etmişdi. Əsəri redaktə etməkdən usanmış Nabokov nəhayət hər şeydən bezib əlyazmanı ocağa atanda Vera özünü çatdırıb əsəri alovun dilləri arasından xilas etmişdi. Veranın elədikləri yalnız ədəbi fəaliyyətlə məhdudlaşmırdı.

O, bilirdi ki, yaradıcı adama tam sakitlik lazımdır. Nabokova ideal şərait yaratmaq üçün hər bir xırda detalın qayğısına qalmışdı. Hətta Nabokovun kolleksiya etdiyi kəpənəklərin mümkün qədər ağrısız ölməsi üçün də vasitə düşünüb tapmışdı. Vera maşın sürə bilməyən yazıçının sürücüsünə çevrilmişdi. Nabokov avtomobildə daha yaxşı düşünə bilirdi, çox dahiyanə ideyaları məhz Vera sükan arxasında olarkən düşünüb tapmışdı. Nəşriyyatlarla bir qayda olaraq Vera danışıqlar aparır və müqavilələr bağlayırdı.

Nabokovun “Yaddaşım, danış” kitabı üçün materialları o toplamış, şahidi olduğu xatirələri yazıya almışdı. Ərinin əsərlərinin redaktəsi ilə də Vera məşğul olurdu. Bu fədakar qadın hətta xəstələnəndə də başlıca məqsəddən yayınmır və elə yerinin içində ərinin əsərlərini makinada çap edirdi.

Vera kiçik qadın sevinclərindən uzaq idi. Nə rəfiqələrlə görüşür, nə alış-verişə vaxt ayırırdı. Səfərlərdə belə o diqqətlə proqramı öyrənir və özünü ancaq iş ovqatına kökləyirdi.

Nabokov onu qiymətləndirir və “Mənim sehrli nağılım” deyirdi. Verayla söhbət etmək, gəzintiyə çıxmaq, deyib-gülmək ona xoş gəlirdi. Hətta bir dəfə kolleksiyası üçün çox dəyərli bir kəpənəyin uçub getməsinə imkan vermişdi, çünki Vera yanında olmadığından sevincini bölüşə bilməyəcəkdi.

Nabokov 1977-ci ildə dünyasını dəyişdi. Vera ondan sonra 15 il yaşadı. Bu müddət ərzində o bir gün də olsun istirahətə çəkilmədi, əksinə bütün qalan həyatını Nabokovun irsinə həsr etdi.

Nabokovun hər bir dərc olunacaq əsərini o diqqətlə oxuyur, redaktə edir, yalnız bundan sonra kitab nəşrə hazırlanırdı. Bundan başqa o, özü Nabokovun əsərlərini müxtəlif dillərə tərcümə edirdi.

“Görüşümüzə qədər biz eyni yuxular görürdük”, - vaxtilə yazırdı Nabokov. Və bu, böyük yazıçı ilə onun fədakar qadını haqqında olan həqiqətlərdən biri idi...

news-inner-user
Günel Natiq

147 məqalə

Oxşar xəbərlər

Xəbər lenti

Gələn il Ağdamda özümə toy edəcəm – Aqil Abbas yazır...
21:49 03 Dekabr 2020
Aktrisa evində ölü tapıldı
18:57 03 Dekabr 2020
İşğaldan azad edilmiş rayonların kitabxanaçıları ilə görüş keçirildi
18:22 03 Dekabr 2020
Əməkdar rəssam vəfat etdi
17:54 03 Dekabr 2020
Vudi Allen yeni film çəkməyə hazırlaşır
17:19 03 Dekabr 2020
Azərbaycanlı aktyora ağır itki
16:58 03 Dekabr 2020
Qarabağa ilk dəfə topu o gətirdi, dostu kürəyindən vurdu, Atatürk ona malikanə bağışladı - Adranikə qan udduran Sultan bəydən maraqlı faktlar
16:40 03 Dekabr 2020
Pançevin əsəri əsasında səhnələşdirilən tamaşa onlayn göstəriləcək
16:01 03 Dekabr 2020
“Netflix” platformasının İstanbulda ofisi açılır
15:19 03 Dekabr 2020
Məşhur aktyor transseksual olduğunu açıqladı - Adını dəyişdi
14:34 03 Dekabr 2020
İspaniyada Əhmədiyyə Cəbrayılovun şərəfinə poçt markaları buraxıldı
13:41 03 Dekabr 2020
Kamal Abdullaya yaraşmayan söz - Aydın Talıbzadə yazır...
12:58 03 Dekabr 2020
Koronavirusa yoluxan Mehriban Ələkbərzadə danışdı: "Nəfəs ala bilmirəm"
12:20 03 Dekabr 2020
Ölən arvadının telefonundan özünə zəng edən Həmid kişi – Yeni hekayə
11:55 03 Dekabr 2020
Fəxrəndə Həsənzadə Tağıyev adına qızıl medalla təltif edildi
11:48 03 Dekabr 2020
Xudayarın nəğmə ilə layla çaldığı məzar – Fəridə yazır...
11:10 03 Dekabr 2020
Qar tutan yollarına qurban olum – Laçınlı şairdən qələbə şeiri
10:30 03 Dekabr 2020
"Dəli Maks"ın İmmortal Cosu vəfat etdi
10:01 03 Dekabr 2020
Azərbaycanlı aktyora ikinci dəfə ağır itki üz verdi
09:12 03 Dekabr 2020
Peraşki satan, taksiçilik edən, özünə qız istəyən əsgərlərimiz – Ən kreativ görüntülər
08:56 03 Dekabr 2020