news-inner
clock17:34 calendar-gray 28 Sentyabr 2015 view-gray113 dəfə oxunub
view-gray113 dəfə oxunub

Özünü bağışlayan homoseksual - HEKAYƏ

Kulis gən yazar Tural Şahtaxtinskinin “Məni bağışla!” hekayəsini təqdim edir.

Gecələr metrodan çıxıb evimin yaxınlığındakı parka qədər heç kimə baxmadan və tələsik getməsəm, mütləq məni narahat edəcək bir hadisə baş verir. Qaranlıq küçə, yol boyu qarşılaşacağım əyyaşlar və hər an cinayətə hazır insanlar. Küçənin künc-bucağında bir-birini öldürməyə hazır cütlüklər və onların seks səhnəsi demək olar ki, hər gecə qarşılaşdığım haldır. Ona görə bacardığım qədər o küçənin sonuna kimi özümü ətrafdakılardan gizlədirəm, sanki mən orada yoxam.

Küçənin sonunda illərdir gözümün önündə olan insan faciələri ilə zəngin dağınıq, unudulmuş və kiçik bir park yerləşir. Amma o parkın daimi sakinləri mənə həmişə maraqlıdır. İstər gecə istər gündüz o parkda beş dəqiqə də olsa ayaq saxlayıb oradakı insanları seyr etməyi adət etmişəm. Gördüklərim məni nə qədər incitsə də o parkda saatlarla oturduğum vaxtlar da olur. Oranın daimi sakinləri başqaları üçün ziyansız, yalnız özlərinə ziyan vuran, həyatlarını məhv etmiş və bütün ömürlərini o dağınıq parkda keçirtməyə hazır insanlardı. Onlar sadəcə içki və yemək üçün pul tapıb xoşbəxt olurlar və nəyəsə ziyan vurmadan yaşamağı sevirlər. Hərdən gözümün qarşısında döyülür, söyülür amma yenə də bütün olanlara baxmayaraq sakitcə yerlərində otururlar. Onların içində qadınlar, kişilər, uşaqlar, qocalar var. Hekayəsi bitməyən insanlarla dolu bir park...

Gecə idi. Eyni küçəni həmişə olduğu kimi tez-tez addımlayaraq sona vurmağa, nəhayət parka çatmağa çalışırdım. Həmin gecə hava həqiqətən gözəl idi. Bakının sakit və həzin əsən küləyindən də zövq almaq olur. Şəhərdə qalıb bir neçə saat gözəl havada dincəlmək də olardı, amma mən evə gedirdim.

Ətrafa göz gəzdirərək yavaş-yavaş parkın sonuna doğru addımlayırdım. Yenə eyni mənzərələr, eyni insanlar... Yaşadığım bina parkdan çox uzaqda deyil, parkın sonuna çatanda həmişə olduğu kimi asta-asta addımladım. Adətən oralar boş olur və daha qaranlıq.

***

“Məni bağışla, məni bağışla...”, “Mən səni belə təhqir etməməli idim, mənim buna haqqım yoxdu!”

Bu sözləri deyən insanı görə bilmirdim amma səs çox yaxından gəlirdi. Yenə eyni qaydada yoluma davam edirdim, parkdan çıxıb evimə doğru addımlayanda birdən kimsə mənə toxundu: “Xahis edirəm gözləyin” Çevrilib sakitcə “Buyurun” - dedim.

Ağladığı səsindən hiss olunurdu, amma gizlətməyə çalışırdı. Həmin səs idi, bir qədər qabaq eşitdiyim səs. Mənimlə birgə evimə doğru addımlayırdı. İçkili insanlarla necə davranmalı olduğumu yaxşı bilmirəm, ona görə onunla birgə susurdum. Birdən dayandı. Titrək bir səslə dedi:

- İcazə verin sizinlə danışım.

Ona nə deyəcəyimi bilmədim, gözlərinin içinə baxdım ağlamaqdan qıpqırmızı olmuşdu. Əlləri əsirdi. Səsini birtəhər eşidirdim, həmin an yol boyu düzülmüş işıq dirəklərindən və maşınların səsindən diksinirdim. Sanki gördüklərim və eşitdiklərim mənə hansısa təhlükədən xəbər verirdi, amma onunla razılaşdım, çox sakit şəkildə və nəzakətlə: “Buyurun, buyurun mən sizi dinləyirəm” - dedim.

Məhəlləmizin qarşısında ayaq saxladım, o, hələ də susurdu. Bir neçə dəqiqə sonra evimə çatdığımı və hələ də onu gözlədiyimi sanki hiss etdi və birdən danışmağa başladı.

Üzünü ilk dəfə gördüyüm, üst-başı dağınıq, gözləri yaşla dolu sərxoş bir insan, təxminən həmyaşıd olardıq. Mənimlə nə danışmaq istədiyi həmin an artıq çox maraqlı idi. Amma mənə nədən danışacağını heç təsəvvür də etmirdim. Nə qədər danışdısa o qədər də ağladı.

Boğazını arıtlayıb qəfil danışmağa başladı.

- Uşaq idim, hələ heç nəyi dərk etmirdim. Hansı ölkədə, hansı şəhərdə yaşayıram? Kimlərlə yaşayıram? Nə edirəm? Mən heç nə bilmirdim. Məktəbə yeni getdiyim illərdə necə olmuşam elə dördüncü sinifdə oxuyanda da eyni ağılda idim. Hər şeydən xəbərsiz və sakit. Heç dostum yox idi, evdə də tək idim. Valideynlərimlə də danışmazdım. On bir yaşım vardı. Məhəlləyə düşmədiyim üçün hər gün evdə danlanırdım. Onlar mənim uşaqlarla oynamağımı, deyib-gülməyimi istəyirdilər, amma mən onları anlamırdım. Hə, anlamırdım...

Günlərin biri məhəlləmizin qarşısında oturub, evimizin pəncərəsinə baxırdım. Pəncərədən anam mənə baxırdı. Bilirdim ki, evə gedəndə deyəcək: “Niyə uşaqlarla oynamırdın?” Qonşuluqda yaşayan bir oğlan vardı, hər dəfə məni görəndə zarafat edərdi. Məndən çox böyük idi. Hər kəs sakit uşaq olduğum üçün mənimlə belə olurdu. Həmin gün yenə yanıma gəlib, mənimlə zarafatlaşdı sonra bilmirəm necə oldusa razılaşdım, anamdan icazə alıb məni öz bağlarına apardı.

Bağları böyük idi, mən orada çox gəzsəm azardım. Əlim ağacda olan meyvələrə çatmazdı, ağaca çıxa bilməzdim. Ona görə özü mənə hansı meyvə əlinə keçsə ağacdan dərib verirdi . Bağın içində gəzişməyə başladım, çox gəzmədim axırda onun yanına getdim. Hər tərəf ağac və otluq idi. Bağın bitdiyi yer...

Bunları danışıb yenə bir qədər susdu, amma çox narahat idi, sonra nə danışacağını sanki unutmuşdu. Ətrafa göz gəzdirdi, sonra sağ əli ilə göz yaşını silib, yenidən danışmağa başladı.

- O, mənim gözümün qarşısında soyundu, penisini əlinə alıb oynatmağa başladı. Bilmirdim nə baş verir, sadəcə onu izləyirdim. Sonra əlimdən tutub penisinə doğru çəkdi və onun kimi eləməyimi istədi. Sakitcə durub onun üzünə baxırdım, nə edəcəyimi bilmirdim. Sonra mənə qışqırdı. Qorxdum. Nə dedisə etməyə başladım. Həmin gün heç nə düşünmədim, nə dedisə etdim və evimə getdim.

Sonralar məni nə vaxt məhəllədə gördüsə bağa aparırdı. Qorxudurdu, nə iləsə qorxudurdu. Bu qorxumu bilib, mənə hər şey elətdirirdi. Bəlkə də heç danışmayan, həmişə susan biri olduğumu bilib məndən istifadə edirdi.

Heç nə dərk etmirdim sadəcə nə deyirdi sakitcə edirdim. Bu işi çox etdi. Mən də artıq anlamağa başlayırdım. Bir dəfə zorla penisini ağzıma saldı, sonra həmişə elə etdirdi. Hər şey dəyişirdi, o etdiklərini dəyişdikcə mənim də düşüncələrim dəyişirdi.

Bunları danışdıqca mən gözümü sağa-sola gəzdirir, eşitdiyim mövzuya yüklənə bilmirdim. Hərdən bu danışdıqlarını niyə danışır deyə düşünürdüm? Hərdən hər şeyin içkinin təsirindən olduğunu, sabahı bu danışdıqlarından utanacağını da düşünürdüm. Amma susurdum, bəzən elə şeylər danışırdı ki, özümü itirirdim. Oradan getmək, o insanı qovmaq istəyirdim, amma nəsə məni saxlayırdı...

Davam edir:

- Mən artıq ondan çox qorxurdum amma qorxum çoxaldıqca o etdiklərini çoxaldırdı. Bir dəfə məni bərk döydü. Bəzən evimizdən gəlib götürürdü. Anam və nənəm o insanın məni çox istədiyini düşünür və nəhayət mənim məhəllədə bir insanla dostluq etdiyimi görüb sevinirdilər. O vaxtlar atamın olmamasını çox da hiss etmirdim taa ki, böyüyüb qəbrini görənə qədər.

Hə, sonra ona bir neçə nəfər də qoşuldu və o nə edirdisə eynisini eləyirdilər mənə. Hamısı da məndən iyirmi yaş böyük insanlar. Hə iyirmi, bəlkə də iyirmi beş, otuz. Mən indi anlayıram, amma o zamanlar onların mənə qarşı niyə qəddar olduqlarını anlamırdım...

Bütün bunlar sonra olmadı, heç biri mənə yaxın durmadı. Hər biri heç nə olmamış kimi yanımdan ötüb keçər, arada zarafat edərdi. Sanki bunları bir neçə ay yatıb yuxuda görmüşdüm.

Böyüyüb bu yaşa çatana qədər o hadisələr sanki olmamışdı, heç yadıma düşmürdü arada o insanları görəndə yadıma düşürdü, amma bütün olanları xatırlamırdım.

İki ildi onları heç görmürəm, çünki buraya işləməyə gəlmişəm, bundan qabaq da hərbidə olmuşam.

***

Çətin idi, həmişə uşaqkən zorlanan insanların haqqında xəbər eşidəndə onların faciəsini qəbul edə bilmirəm. Bu ölkədə daha çox qızlar təcavüzə məruz qalır, istər böyük, istər kiçik yaşlarında. Həmin an isə qarşımda uşaqkən zorlanmış, sakit, kimsəsiz, sərxoş bir oğlan başına gələn hadisələri mənə danışırdı. Bəzən danışıb sözünü bitirə bilmirdi, bəlkə də sərxoşluq onu çox danışmağa qoymurdu, ona görə qısa danışdı.

O, birdən nəsə yadına düşmüş kimi qəfil qamətini düzəldib həyəcanla və diri səslə mənə sual verdi və cavabımı gözləmədən yenidən özü danışmağa başladı.

- İndi bilirsən niyə ağlayıram?

- Bilirsən ?

- Çünki indi öz həyatımı düşünürəm. Mən həmin olanlardan sonra dərslərimi oxumadım, məktəbdən qaçdım. Yuxarı siniflərə çatanda isə məktəbə heç getmədim. Mən böyüyüb həmişə məhəllədən sinif yoldaşlarımdan uzaq düşdüm. İndi o məhəllədə yalnız anam var.

Həmişə bu olanlardan kiminsə xəbər tutmasını istəməmişəm, amma bunu indi anlayıram. Mən heç kimi sevmədim, anama nifrət elədim, nənəmə nifrət elədim. Atamı mən uşaqkən öldüyü üçün daha çox qınadım. Mənim heç nəyim olmadı, heç kimim olmadı. Demək ki, mən həmişə o hadisələrin təsirində olmuşam. Onunla bağa getməzdim deyə-deyə özümü qınayardım, indi isə yüz kişinin evinə girirəm. Hamısı da onun kimi hərəkət edir mənimlə, hamısı da onun kimi təhqir edir məni. İşləri bitəndən sonra isə qovurlar, bəzən zorla lazımsız əşya kimi bayıra atırlar. Çox şeyə məcbur edirlər, hətta özüm də özümü təhqir edirəm, nələrəsə məcbur edirəm. İndi mənim heç kimim yoxdur...

Gözlərində bir qəddarlıq var idi, danışdıqca üz mimikaları dəyişir əl-qol hərəkətləri daha da çoxalırdı. Əsəbi idi, getdikcə daha çox əsəbiləşirdi.

Dərin nəfəs alıb, sonra nəsə demək istədim, amma sözləri unutdum. Yenə ətrafa göz gəzdirib fikrimi dağıtmaq, eşitdiklərimi unutmaq istəyirdim. Mənim başım özümə qarışmışdı, sanki birdən ayıldım. O sözlər yenə təkrarlanırdı. “Məni bağışla, məni bağışla... Mən səni belə təhqir etməməli idim, mənim buna haqqım yoxdur!”

Bu qədər danışdıqdan sonra mən sadəcə ona bir sual verə bildim və cavabımı alandan sonra o insanı itirdim. Bəli həqiqətən itirdim. O, getdi, tez bir zamanda ətrafdan yox oldu və hələ də o insanı məhəllədə görə bilmirəm. Mən bir neçə dəfə onu səslədim, amma məni rədd elədi, izacə vermədi yaxınlaşım. Sonra mən də fikrimdən döndüm, onu gözümdən itənə qədər yerimdə durub izlədim.

Yalnız o sözləri təkrar etdiyi zaman mən sözünü kəsib sual verə bildim:

- Axı kimi təhqir etmisən, kim səni bağışlasın?

Cavabı isə bütün bu danışdıqlarından daha ağır oldu:

- Özümü!

Yolda maşınlar azalmışdı, küçə bomboş idi. Artıq külək də sərtləşmişdi amma mən bu dəfə küləyi hiss etmirdim. O isə çoxdan yoxa çıxmışdı, bütün olanlarda özünü günahkar bilən insan...

news-inner-user

16044 məqalə

Oxşar xəbərlər

Xəbər lenti

Feysbuk məşhur yumor ustasının hesabını bağladı - Yəhudi düşmənçiliyinə görə
18:57 04 Avqust 2020
Məşhur romana çəkilən serialın ilk görüntüləri yayıldı - Foto
18:02 04 Avqust 2020
III Beynəlxalq Animasiya Festivalına daxil olan filmlərin siyahısı açıqlandı
16:21 04 Avqust 2020
Gözyaşardıcı qazlar elektron ağlamaqdır vətən üçün - Güneyli şairin şeirləri
15:18 04 Avqust 2020
Rənglərə aldanan uşaqlar – Cavanşir Yusifli müharibə hekayələrindən yazır...
15:14 04 Avqust 2020
Pelevinin yeni kitabı bu tarixdə nəşr olunacaq
14:28 04 Avqust 2020
Bəy qızını qaçıran, üç övladını itirən, on dörd il sürgündə qalan Xalq artisti - Səməd Vurğun onun həyatını necə xilas etdi?
13:22 04 Avqust 2020
Anar Nağılbazı kim öldürdü?
12:33 04 Avqust 2020
"YARAT" uşaqlar üçün sərgi açdı
11:50 04 Avqust 2020
Selfi çəkərkən tarixi abidəni qırdı
10:58 04 Avqust 2020
Məşhur yazıçının hekayəsinə film çəkilir
10:10 04 Avqust 2020
Ataqamdan yeni hekayə: Dişlək alma
09:00 04 Avqust 2020
Azərbaycan rəssamlarından Kazanda "Məxməri etiraflar"
17:03 03 Avqust 2020
Kim unudub məni yol ayrıcında? - Zərdüşt Şəfinin anım günü
15:58 03 Avqust 2020
Heyvanlar nə vaxtdan qurbana çevrildi? - Qurbanetmə aktının yaranması
14:53 03 Avqust 2020
Şəhid generalımız haqqında kitab nəşr edildi - Pulsuz paylanacaq
13:48 03 Avqust 2020
Şon Penn özündən 31 yaş kiçik qızla gizlin evləndi
13:08 03 Avqust 2020
Ramiz Rövşənin "Yenə bu şəhərdə üz-üzə gəldik" şeirinə rok yazıldı - Video
12:05 03 Avqust 2020
Məşhur aktyor dünyasını dəyişdi
11:14 03 Avqust 2020
Azərbaycan bəstəkarının musiqisi ABŞ festivalında səsləndirildi
10:33 03 Avqust 2020