writer1

Elçin Hüseynbəyli

Məqalə sayı

65
clock12:54 calendar-gray 25 Avqust 2015 view-gray120 dəfə oxunub
view-gray120 dəfə oxunub

Araba sürən oğlanın futbol həvəsi

Elçin HÜSEYNBƏYLİ

Mən topu sevirəm. O, mənim uşaqlıq arzum, sevdam və əbədi dostumdur. Bəlkə ona görə ki, top kürə formasındadır, günəşi, ayı xatırladır. Ya bəlkə nənələrimizin üstündə kökə bişirdiyi sacı...

Hər nədisə top cəlbedicidir. Əvvəllər, uşaqlar körpə olanda evimizdə rəngbərəng rezin toplar olardı. Sonra topların keyfiyyəti və ölçüsü dəyişdi. Özü də tez-tez yoxa çıxırdılar. Uşaqlar meydançada oynadıqdan sonra onları başqa top həvəskarlarına verirdilər. Və təbii ki, top geri qayıtdırdı. Yəqin yumru olduğu üçün məhlə uşaqları arasında dövrə vurur, dığırlana-dığırlana bu məhlədən o biri məhləyə keçirdi...

Səksəninci illərin sonlarında Moskvadan vətənə qayıdarkən bir torba top almışdım. Qonşu uşaqlarının hamısına çatardı, çatdı da. Hətta tələbə dostum dedi ki, səni alverçi bilib saxlayacaqlar. Bu qədər top almaq olar. İndi həmin uşaqlar böyüyüb yekə kişi olublar, öz uşaqlarına özləri top alırlar və hər dəfə məni görəndə onlara top aldığıma görə minnətdarlıq edirlər, yəqin mən olmayanda da xatırlayırlar...

Bu günlərdə maraqlı mənzərəylə qarşılaşdım. Arabayla satlıq meyvə-tərəvəz daşıyan cavan bir oğlan məhlə uşaqlarının futbol oynamasına tamaşa edirdi. Meydança bir qədər hündürdəydi. Birdən top dığırlanıb oğlana tərəf gəldi və həmin oğlan sevinclə, arabanı da əlindən buraxmadan, yoxuşu qalxa-qalxa topa tərəf getdi və onunla oynaya-oynaya uşaqlara yanaşdı, hətta bəzilərini aldatmaq da istədi, birini keçib qapıya zərbə vurdu, top qapıdan keçdi, uşaqlar əl çaldılar, oğlan sevindi, sonra yenidən arabasını darta-darta yola düzəldi. O, oğlanın bir gözü topdaydı. Yəqin o da mənim kimi futbol oynamaqdan doymamışdı. Uşaqlıqda biz tərəflərdə top çətin tapılırdı. Onu yalnız şəhərdən alıb gətirirdilər. Top uşaqların ən müqəddəs kultuna çevrilmişdi.

Axşamüstü otdan qayıdanda qulağımız səsdəydi, topun səsini eşitmək üçün hazır idilər, onu eşidən kimi sevinirdilər. Mən çox vaxt arabanı eşşəkdən açmırdım da, eləcə həyətdə qoyub cumurdum Şama. Futbol meydançası Şamdaydı. Yeri gəlmişkən deyim ki, Şam “şəm” sözündəndir və subasar deməkdir.

Şam dedim, Qüds (Yerisəlim) yadıma düşdü. 2013-cü ildə Qüdsün ən hündür yerində, İsrail Milli Kitabxanasının qarşısında olarkən ilk dəfə göyün də yumru olduğunu görmüşəm, gümbəzin qübbəsinə oxşayırdı. Hər tərəfi dövrələmişdi. Yer üzünün ən hündür nöqtəsi olmasa da, bizim dayandığımız təpəlikdən göyə baxanda onun dairəvi olduğu dəqiq bilinirdi. Yəqin elə yerin qübbəsi ordaydı. Bəlkə də ona görə ki, bura dinlərin (islam, xaçpərəstlik və iudaizm) birləşdiyi qutsal məkandır.

Dedim axı, top mənim üçün (elə uşaqlar üçün də) bir kultdur...

REKLAM

Yazarın digər yazıları

Xəbər lenti

Bizi belə öldürdülər - Şəhriyardan yeni şeir
22:45 25 Fevral 2020
Həyat kredonuza çevriləcək aforizmlər
21:01 25 Fevral 2020
İncəsənət Muzeyində ustad dərsləri keçirilib
19:00 25 Fevral 2020
Küçələrdə hər kəsi əyləndirən rəssam - Fotolar
18:25 25 Fevral 2020
Ceki Çan koronavirusa yoluxdu? - Açıqlama
17:47 25 Fevral 2020
Əzab nədir, sevgilərin sonrası? - Yeni şeirlər
17:09 25 Fevral 2020
Röya pulsuz konsert verəcək
16:30 25 Fevral 2020
Özbəkistanda Haqverdiyevin 150 illiyi ilə bağlı tədbirlər keçiriləcək
15:53 25 Fevral 2020
Qızı vardımı, ölümünə səbəb nə oldu, mirası kimə qaldı? - Xalq artistinin müəmmalı həyatı
15:14 25 Fevral 2020
Rəssamımız dünyanın ən böyük surrealizm sərgisində
14:40 25 Fevral 2020
Bəxtiyar Vahabzadənin şeirləri Koreya dilində
14:08 25 Fevral 2020
"Cəhənnəmdə 8 gün"ün premyerası oldu
13:34 25 Fevral 2020
Qadın repçi "Məkkənin qızları" mahnısına görə həbs olundu
12:57 25 Fevral 2020
Qara günü fürsət bilənlər: Maska oğruları
12:15 25 Fevral 2020
Müslüm Moqamayev adına beynəlxalq müsabiqə keçiriləcək
11:43 25 Fevral 2020
Tarix müəlliminin kədəri... - Cavid Zeynallıdan yeni hekayə
11:03 25 Fevral 2020
"Yazıçılar Birliyi Anarın və Fikrət Qocanın müdafiə komitəsinə çevrilib" - Müsahibə
10:19 25 Fevral 2020
Koronavirusu arzulayan azərbaycanlılıar
10:14 25 Fevral 2020
Musiqiçimiz Böyük Britaniyada konsert verəcək
09:42 25 Fevral 2020
Möhlət - İsi Məlikzadənin hekayəsi
09:00 25 Fevral 2020