news-inner
clock09:00 calendar-gray 08 Avqust 2015 view-gray299 dəfə oxunub
view-gray299 dəfə oxunub

Evli kişi ilə eşq yaşayan qadına Amerika qadağası

Kulis.az “Ən qalmaqallı filmlər” layihəsində İsveç rejissoru Vilqot Şyömanın “Hər şeyi bilmək istəyirəm-sarı” filmini təqdim edir.

Şyöman 1924-cü ildə Stokholmda fəhlə ailəsində doğulub. Stokholm universitetini bitirən Şyöman qəzetdə teatr və ədəbi tənqidçi kimi çalışıb.

Sonradan dahi İsveç rejissoru İnqmar Berqmanın assistenti olub. O, “Berqman film çəkir” sənədli filminin müəllifidir.

1962-ci ildə lentə alınan filmdə rejissor iş başında çəkilib və ssenarinin yazılışından tutmuş premyeraya kimi bütün proses öz əksini tapıb.

1962-ci ildə Şyöman “Məşuqə” adlı ilk bədii filmini çəkir. Film bir qadının eyni zamanda iki kişi ilə münasibətini təsvir edir.

Rejissorun iki il sonra çəkdiyi “491” filmində isə bir qrup gənc fahişəni təhqir edir, onu alçaldır, itlə cinsi akta məcbur edirlər.

“Bacı və qardaşın üçün yataq, 1782” filminin əsasında isə bacı və qardaş arasında insest münasibətləri dayanır.

Şyömanı məşhurlaşdıran isə Lena Nyumanın baş rol oynadığı, 1967-ci ildə ekranlaşdırdığı “Hər şeyi bilmək istəyirəm-sarı” filmi oldu.

Bir il sonra isə rejissor onun davamını “Hər şeyi bilmək istəyirəm- mavi”ni çəkdi.

“Hər şeyi bilmək istəyirəm” filmi janrına görə film bədii-sənədlidir.

Filmin qəhrəmanı iyirmi iki yaşlı tələbə Lena dünyada baş verən hadisələr haqda məlumatları toplayır, otağında İspaniya diktatoru Frankonun şəklini asır, onun hakimiyyətdə olduğu günləri qeyd edir.

“Hər şeyi bilmək istəyirəm” onunla başlayır ki, Lena Şyömana onun filmində baş rol oynamaq istədiyini deyir. Sonra ekrana sənədli kadrlar gəlir. Lena Stokholmun küçələrində sorğu keçirir, sakinlərə müxtəlif suallar ünvanlayır: “İsveçdə sinfi sistem mövcuddurmu? Kişi və qadınlar işə düzələrkən bərabər imkanlara malikdirlərmi? Cəmiyyəti dəyişmək üçün nə etmək lazımdır? İsveçə hücum olarsa necə qorunmaq olar?” və s.

Lena müasir cəmiyyət haqda hər şeyi bilmək istəyir. O, əxlaqi, siyasi, sosial, seksual azadlıqla bağlı araşdırma aparır, Vyetnam müharibəsi əleyhinə nümayişdə iştirak edir.

Sonra Lena müxtəlif tanınmış adamlardan müsahibə götürür: şair Yevgeni Yevtuşenko, isveçli siyasətçi Ulof Palme. Təsəvvüründə insan haqları müdafiəçisi Martin Lüter Kinqlə vacib problemlərdən danışır.

Filmin maraqlı epizodlarından biri Lenanın İspaniyaya turist kimi gedən isveçlilər arasında sorğu keçirməsidir. O, müxtəlif təbəqələri təmsil edən adamlardan Franko haqqında suallar verir, diktatura rejimində istirahətin necə olduğunu soruşur: ”Franko haqda, onun siyasi rejimi haqda nə düşünürsüz? Ölkədə diktatura rejiminin olması sizi narahat eləmir? Bu ölkəyə istirahətə getdiyiniz üçün xəcalət çəkmirsiz?”. Respondentlər suallardan yayınmağa çalışırlar. Sonra Lena İspaniyaya turist səfərlərini boykot edən aksiyaya qatılır.

Lena eyni zamanda evli kişi ilə eşq macərası yaşayır, onlar hər yerdə sevişir: balkonda, küçədə, kral sarayında, ağacda.

“Hər şeyi bilmək istəyirəm” İsveç kinosunun cəsarətli filmlərindən biridir. Həm də kino dilinə görə maraqlıdır.

Nəql içində nəql texnikasının (kino içində kino) istifadə olunduğu filmdə müsahibələr sənədlidir.

Nəqlin bədii hissəsi birdən qırılır, sənədli hissələrə keçid edilir və ya çəkiliş qrupu göstərilir.

Amerika yazıçısı Norman Meylerə görə, bu ekran əsəri onun gördüyü ən əhəmiyyətli filmlərdən biridir. Filmdə qaldırılan problemlərdə, sol ideyalarda, obrazın konsepsiyasında, strukturda bilərəkdən edilmiş nizamsızlıqda, mövzu və üslub çoxölçülüyündə J.L.Qodarın filmlərinin təsiri duyulur. Müəllif çoxsaylı, kəskin sosial-siyasi, ictimai, əxlaqi məsələləriqaldırır.

İlk dəfə ekranlara çıxanda film haqqında onlarla məqalə yazıldı. “London Financial Times”, Time”, “The New York Times”, “Variety” kimi qəzetlərdə tənqidçilər filmin dünya kinosuna təsiri barədə qızğın mübahisələr edirdi.

“Hər şeyi bilmək istəyirəm” İsveçin əsas kino mükafatı sayılan “Guldbagge” mükafatını alıb.

Açıq səhnələrə görə Amerikada qadağan olunub.

Amerikanın Boston, Kanzas-Siti, Baltimor və s. şəhərlərində filmin nümayişinə yasaq qoyulub. Kaliforniya, Miçiqan, Pensilvaniya və digər ştatlarda o, məhkəmə işinin predmeti olub. Alabama ştatında isə filmin nümayiş olunduğu kinoteatrın nümayəndəsi həbs edilib.

Mütəxəssislər filmin sosial dəyərini qeyd etsələr də, bir çox məhkəmələr onu “ədəbsizlik”, ”əxlaqsızlıq” dəyərləndirərək qadağanı götürməyiblər.

Şyöman 2006-cı ildə vəfat edib.

Sevda Sultanova

Oxşar xəbərlər

Xəbər lenti

Qarabağda mina təmizləyənlərdən film çəkildi - Video
17:28 27 Yanvar 2021
Bizim keçmişimiz əl-ələ gəzir - Elvin Bakiroğlunun yeni şeirləri
16:46 27 Yanvar 2021
Di Kaprio ABŞ prezidentinə açıq məktub yazdı
16:01 27 Yanvar 2021
Fərhad Bədəlbəyli: “Bülbülün həyətinə girəndə qorxdum” – Şuşa söhbəti
15:18 27 Yanvar 2021
Çində "Nizami irsi" layihəsinə strat verildi
14:46 27 Yanvar 2021
Klassikanı niyə oxumalıyıq?
14:01 27 Yanvar 2021
Psixoloq: “Media intihar xəbərlərində ehtiyatlı olmalıdır” – Müsahibə
13:20 27 Yanvar 2021
Balaca ifaçımız beynəlxalq mükafat aldı
12:41 27 Yanvar 2021
Valları rekord qırdı, ailəsini atıb "müqəddəs ata" oldu, rahibəylə eşq yaşadı - Azərbaycanlı şairin qeyri-adi həyatı
11:58 27 Yanvar 2021
İki gündən bir ağlaşma quran sənətçilər
11:29 27 Yanvar 2021
“Uşağın duası” işıq üzü gördü
11:09 27 Yanvar 2021
90 yaşlı aktyor ata oldu
10:43 27 Yanvar 2021
Tofiq Bakıxanov “Şərəf” ordeni ilə təltif edilib
10:16 27 Yanvar 2021
Samirə Əşrəfə ağır itki üz verib
10:06 27 Yanvar 2021
Təbrizli yazar: “Nizamini məqbərədən çıxarıb xalqın həyatına qaytarmalıyıq” – Müsahibə
09:01 27 Yanvar 2021
“Ulduz” jurnalının yeni nömrəsi işıq üzü görüb
19:20 26 Yanvar 2021
Nizami ilə bağlı müsabiqə elan olundu - Şərtlər
18:42 26 Yanvar 2021
Dəlisov yellərə məndən salam de - Natiq Əlisoyun şeirləri
17:29 26 Yanvar 2021
O, çayxana filosofudur - Nabokovdan Sartr haqqında sərt sözlər
16:44 26 Yanvar 2021
Harri Potter serial olur
16:08 26 Yanvar 2021