Film çəkdi, tualet kağızında məktub aldı

Film çəkdi, tualet kağızında məktub aldı
4 iyul 2015
# 08:30

Kulis.az “Ən qalmaqallı filmlər” layihəsində İsveç rejissoru İnqmar Berqmanın 1963-cü ildə ekranlaşdırdığı “Səssizlik” filmini təqdim edir.

Dünya kinosunun klassik əsərlərindən biri hesab olunan “Səssizlik” rejissorun "Tanrının Səssizliyi" (“Güzgüdə olduğu kimi”, “Qış işığı”) trilogiyasına daxildir.

Film iki bacının münasibətindən bəhs edir. Qatarda iki bacı - Ester, Anna və Annanın oğlu Yuhan hardansa evlərinə dönürlər. Xəstə olan Esterin tutmaları onları məcbur edir ki, yarı yolda hansısa naməlum şəhərdə ensinlər. Rejissorun uydurduğu bu şəhər Timoka adlanır. Berqmanın sözlərinə görə bu, eston sözüdür və təxmini mənası "cəllada məxsus" deməkdir.

Onlar yarıboş oteldə qalırlar. Otelin dəhlizləri sonu olmayan labirinti xatırladır. Baş qəhrəmanların heç biri şəhərədki əhalinin dilini anlamır. Yuhan Lermontovun “Zəmanəmizin qəhrəmanı” əsərini oxuyur. O da, anası Anna da darıxır.

Bacılar demək olar ki, danışmırlar, onların arasında ünsiyyət çətinliyi yaşanır. Eyni zamanda onlardan hər biri Yuhanın sevgisini qazanmaq istəyir. Böyük bacı Ester xəstədir, onun üzündə yorğunluq, ölüm qorxusu və bacısına qibtə hissi var. Bəzən isə bu qibtə nifrətə çevrilir.

Anna naməlum şəhərdə darıxdığından veyillənir, yolda tanış olduğu ofisiantla oteldə oğlunun onları müşahidə etməsini bilsə də sevişir.

Bu səhnəni Berqman yozuma açıq qoyur. Annanın davranışını bacısına etiraz kimi də, sadəcə şəhvətini söndürmək kimi də qəbul etmək olar.

Ester isə tənhadır, yataqda uzanır, siqaret çəkir, içir, masturbasiya edir və özünə, sağlam bacısına, bütün dünyaya nifrət edir. Esterin normal ünsiyyət qurduğu yeganə adam otelin xidmətçisidir.

Küçədə tankın görünməsi iki bacı arasında emosional müharibənin metafordur.

“Səsszilik” filmi ilə Berqman qərara aldı ki, bir müddət “ədəbiyyatçılıqdan”, çoxqatlı dialoqlardan uzaqlaşıb, sırf təsvirə üstünlük versin. Bununla da o, əsas teması olan “Tanrının susması”na yeni yanaşma təklif edir: “Tanrı bizimlə danışmır, çünki o, mövcud deyil”

Filmdəki uydurlumuş, müharibənin dağıtdığı şəhər obrazı Berqmanın xatirələrinə əsaslanır. Və bu, şəhər təsviri ilə də o, tənhalığın ekzistensial vəziyyətini modelləşdirib.

İki bacı bir yerdə olsa da boşluq hiss edir və bu boşluq o qədər güclüdür ki, hətta seksual emosiyalar belə onu ovundura blmir, sözlər yaşamağa mane olur. Berqmanın dediyinə görə, filmin yaranmasına macar bəstəkarı Bela Bartokun “Orkestr üçün konsert” əsəri təkan verib.

“İlk fikrim bu idi ki, filmi dramaturgiyanın yox, musiqinin qanunlarına əsasən çəkim. Assosiativ ritmik təsirlə, əsas və əlavə motivlərlə... Filmdə Bartokdan qalan yeganə şey başlanğıcdakı boğuq, aşağı ton və qəfil gurulutu oldu.. Və bir də məni həmişə naməlum şəhər heyran edib... Əvvəlcə presonajları qoca və gənc kişi kimi vermək istəyirdim... Sonra mən birdən İnqrid Tulin (Ester) və Hunnel Lindblumda (Anna) iki nəhəng qütbün maraqlı təzadını gördüm. Filmdə bacılar artıq bir- birilə danışa bilmirlər... Burda katalizator rolunu balaca oğlan Yuhan oynayır, o, mərkəzi fiqurdur, çünki hər iki qəhrəman ona münasibətdə ən yaxşı cəhətlətini bürizə veirir”.

İsveç sosioloqu Y.İzrael filmi mürtəce adlandırıb. Onun fikrincə “Səssizlik” seksin hər hansı təzahürünə ikrah aşılamaq bacarığına malikdir.

Fransız yazıçısı Alen Rob-Qriye Berqmanın filmi ilə Antonioninin “Özgələşmə trilogiyası” arasında paralel aparır. Onun trilogiyasında da qəhrəmanlar seksdə belə ekzistensial tənhalıqdan və həyatın mənasızlığından çıxış yolu tapa bilmirlər.

İsveçli şair-publisist Ulof Lagerkransın fikrincə, burda əsas məsələ cinsi yaxınlıq yox, ruhun vəziyyətidir. Bu vəziyyət isə bizim hamımızı çulğalayan ümidsizlikdir və biz bacılar kimi bizə yad olan dünyada yaşayırıq. Bununla da film ümumiyyətlə insanın dünyadakı vəziyyətindən danışır: “Torpaqdan yaranan torpağa da getməlidir". Bu faciəni dərk edərək bizə yalnız ayrılmış qısa vaxtdan istifadə edərək hisslərimizin, həzzimizin arxasınca qaçmaq qalır. Bu gözəl və təmiz filmdir... Bu, bizim dəhşətli tənhalığımızın əhvalatıdır.

Berqmanın yaradıcılığının araşdırıcısı Yorn Donner “İblisin üzü” kitabında yazır: “Səssizilk” də trilogiyanın digər iki filmində olduğu kimi aktual ictimai problemlərə yalnız dolayısı ilə toxunulur”.

Müasir İsveç cəmiyyətində iqtisadi faktorun rolu arxa plana sıxışdırılıb. Maddi təminata çatandan sonra yalnız bir sosial-estetik məsələ həll olunmamış qalır - insanın əxlaqi tarazılıq, onun ruhi harmoniyası məsələsi. Bu məsələni həll etmək cəhdi heç vaxt nəzərə çarpan nəticəyə gətirməyib, çünki mükəmməllik və xoşbəxtlik insanın uydurduğu xəyaldır. Berqman bir daha onun filmlərində əsas - hakimiyyət uğrunda məsələyə qayıdır (söhbət burda sosial sferadan yox, insanlar arasında individual münasibətlərdən gedir). O, burda xristian simvolikanın istifadəsindən imtina edir. Anna deyir ki, atamız öləndə Ester yaşamaq istəməyib. Atası Esterə iradəsini təlqin etdiyi kimi, Ester də Annanı idarə etmək istəyir. Filmin sonunda Ester ölür, Anna onun nəzarətindən xilas olsa da, yenə xoşbəxt ola bilmir”.

Filmin ekranlara çıxması ilə ətrafında səs-küy yarandı. Əsas səbəblərdən biri publikanını adət etmədiyi ayrı-ayrı səhnələrdəki açıqlıq və insest mövzusuna eyham idi.

Filmin nümayişindən sonra Berqman istifadə edilmiş tualet kağızı parçasında yazılmış anonim məktub alıb.

Fransada film prokata qısaldılmış versiyada çıxdı. Filmdən “ictimai əxlaqı təhqir edən səhnələr” kəsilmişdi.

Sovet tənqidçiləri isə Berqmanı latent faşizmdə və insana nifrət etdiyinə görə tənqid etmişdilər.

# 1986 dəfə oxunub

Oxşar xəbərlər

Qardaşını və oğlunu şəhid verən yeganə Xalq yazıçımız - Sabir Əhmədlinin göz yaşları…

Qardaşını və oğlunu şəhid verən yeganə Xalq yazıçımız - Sabir Əhmədlinin göz yaşları…

12:00 17 aprel 2024
Marqaret Etvudun fantastika yazmaq istəyənlərə 7 məsləhəti

Marqaret Etvudun fantastika yazmaq istəyənlərə 7 məsləhəti

15:00 16 aprel 2024
Fərqli şeylərin sirli şəkildə qovuşması  - "Sevgi şəhəri" haqqında

Fərqli şeylərin sirli şəkildə qovuşması - "Sevgi şəhəri" haqqında

13:00 16 aprel 2024
"Qış fəsli üşüyür ciblərində..." - Ümid Nəccarinin şeirləri

"Qış fəsli üşüyür ciblərində..." - Ümid Nəccarinin şeirləri

18:00 15 aprel 2024
Övlad həsrəti ilə yaşayan şair - Ədəbiyyatımızın kədərli dəqiqələri

Övlad həsrəti ilə yaşayan şair - Ədəbiyyatımızın kədərli dəqiqələri

17:00 15 aprel 2024
Boynumda üşüyən öpüş yerləri - Fəridənin şeirləri

Boynumda üşüyən öpüş yerləri - Fəridənin şeirləri

12:00 14 aprel 2024
# # #