news-inner
clock11:38 calendar-gray 02 İyul 2015 view-gray86 dəfə oxunub
view-gray86 dəfə oxunub

Bronte bacıları - uşaq oyunundan ədəbiyyata

Şərqdə qədimdən-qədim bir məsəl var: “Uşaq valideynindən çox cəmiyyətə oxşayar.” Səhv etmirəmsə Həzrəti Əlinin fikridir. Ola bilsin bu fikir Şərqdə keçərlidir. Və ola bilsin Şərqdə bir insanın yazıçı kimi formalaşmasında cəmiyyətin rolu böyükdür.

Qərbdə isə məsələ bir az başqa cürdür. Bax, elə buna görə də hansı böyük, tanınmış bir qələm adamının keçmişini araşdırırsan, bioqrafiyasını oxuyursan görürsən ki, ailəsində əvvəldən ədəbiyyata, sözə xüsusi münasibət, hörmət olub. O yazıçıların formalaşmasında, yazmasında ailələrinin, ailə təhsilinin, evlərinin divarları boyu düzülmüş kitab rəflərinin xüsusi rolu olub. Bəlkə elə buna görədir ki, bizim bu balaca Şərq ölkəsində yeniyetmə bir adam ailəsinə yazıçı-şair olacağını dedikdə ona barmaqarası baxırlar. Üzünə deməsələr də ürəklərdə yanıb yaxılırlar ki, vəssalam, uşaq özünü qələmə həsr edib bədbəxt oldu, gözünün nuru, bədəninin təpəri qalmayacaq. Bütün nəsil də həmin o ədəbiyyat aşiqi nümayəndəyə barmaqarası, korafəhm, yarıtmaz kimi baxar.

Qərbdə isə ailələr uşaqlarına hələ lap körpəlikdən yazı vərdişlərini aşılayar, onlarda ədəbiyyata xüsusi sevgi, maraq oyadarlar. Stiven Kinq uşaq olanda evlərinin zirzəmisində qardaşı ilə “mətbəə” düzəldiblərmiş. Orda qəzet “çap” edib həftəsonu yığışan ailə üzvlərinə, qonşulara satarlarmış. Bu qəzetdə ailə söhbətləri, uşaqların uydurduğu əhvalatlar, qəsəbənin həftəlik xronologiyası yer alarmış. Balaca Stiven heç mənə o uşaqların düzəltdiyi qəzetlərə pul verən dayılar, xalalar, qonşular maraqlıdır.

Onlarca belə misal çəkmək mümkündür. Bizsə yalnız biri ilə kifayətlənək.

Bronte bacıları. Necə oldu ki, Bronte ailəsinin üç qızı adlarını ədəbiyyat tarixinə yaza bildilər?

Patrik Brontenin altı uşağı vardı. Həyat yoldaşı öləndən sonra ata Bronteyə uşaqlara baxmaq çətinləşmişdi. Buna görə də uşaqların ikisini internat məktəbinə verməyə məcbur olmuşdu. Amma onlar öləndən sonra ata Bronte qorxuya düşüb uşaqlarının evdə saxlamağa məcbur oldu. Buna görə də mərhum arvadının bacısını çağırtdırmışdı. Keşiş olan Bronte bir qədər çətin, sərt adam olsa da evində böyük kitabxanası vardı. Elə bu da balaca Şarlotta, Emili, Anna və qardaşları Bronvelə günlərini keçirmək üçün bəs edirdi. Amma bu kitabxana yetim qalmış uşaqların təkcə başlarını qatmaq üçün vasitə olmayacaqdı. Bu kitabxana sayəsində üç bacının üçü də məşhur yazıçı olacaqdı. Bircə qardaşları Bronvel bu zənginlikdən öz payını ala bilmədən dünyadan nakam köçdü.

Kiçik Brontelərə gələcəklərini müəyyənləşdirməkdə başqa varlıqların da köməyi oldu. Bunlar taxtadan düzəldilmiş rəngli əsgər fiqurları idi. Bu fiqurları ataları səfərdən qayıdanda almışdı. Normalda uşaqlar əsgər fiqurları ilə “müharibə-müharibə” oynayarlar. Amma kiçik Brontelərin oxuduqları kitablar onların xəyal dünyalarını o qədər genişlətmişdi ki, onlar öz təxəyyüllərini “savaş meydanları”nda deyil, böyük-böyük dünyalarda sınaqdan keçirmək qərarına gəlirlər.

Beləliklə Emili ilə Anna birləşib Qondal, Şarlotta ilə Bronvel isə Angria adlı dünya yaradırlar. Əsgərlər isə o iki dünyanın sakinləri idilər. Qondalın çaylarından südlə bal, Angrianın çaylarından isə qan axırdı. Deməli dünyalardan biri Xeyiri, digəri Şəri təmsil edirdi. Uşaqlar bu iki fantastik dünya haqqında oyunlar qurmaqla kifayətlənmədilər, onlar bu iki dünya haqqında nağıllar, hekayələr yazmağa başladılar. Hər dəfə bir hekayə bitəndən sonra vərəqləri üst-üstə yığıb ondan kitab düzəldirdilər. Kitabın üz qabığı üçün konfet qutularının kordon qapağından istifadə edirdilər. Vərəqləri yapışdırandan sonra kitabın üstünə adlarını yazmağı da unutmurdular. Uşaqlar böyüyüb həddi-buluğa çatana qədər Qondal və Anqriadan bəhs edən yüzlərlə belə kitab düzəltdilər.

Uşaqların yazdığı bu kitablar atalarının kitabxanasında öz yerini alır, neçə-neçə yazıçı-şairin kitabı ilə yanaşı dururdu. İllər keçəcəkdi, Şarlotta da, Emili də, Anna da öz həqiqi kitablarını yazacaqdı.

Düzdür, bir ara kitab yazıb çap etdirməyin heç də asan olmadığını da həyat onlara öyrədəcəkdi. Məsələn, Şarlottanın “Professor” adlı ilk romanı altı nəşriyyat tərəfindən geri qaytarılacaqdı. Buna baxmayaraq bacılar yazmaqdan vaz keçməyəcək, öz uşaqlıq vərdişlərini davam etdirəcəkdilər.

Beləliklə “Ceyn Eyr”, “Uğultulu təpələr”, “Aqnes Qrey” kimi romanlar yazacaqdılar. Uşaqlıqda əyləncə üçün, baş qatmaq üçün elədikləri iş onları dünyada tanıdacaq, adlarını ədəbiyyat tarixinə yazacaqdı.

news-inner-user
Mirmehdi Ağaoğlu

537 məqalə

Paylaş

Oxşar xəbərlər

Xəbər lenti

Aktyorumuz beynəlxalq mükafat aldı
18:47 20 Avqust 2019
Maestro Niyazinin xatirəsi anılıb
18:06 20 Avqust 2019
Oxuduğuma görə məni döyürdülər
17:34 20 Avqust 2019
AYB sədrliyinə namizəd olan gənc: “Bizə təhdid mesajı gəlib”
16:33 20 Avqust 2019
Xan Şuşinski birinci arvadının istəyi ilə özündən 30 yaş cavan qız almışdı – Maraqlı Faktlar
15:34 20 Avqust 2019
Məşhur sovet rejissoru xəstəxanaya yerləşdirildi
14:16 20 Avqust 2019
Filmimiz daha bir beynəlxalq uğura imza atıb
13:38 20 Avqust 2019
Qızlar 14 yaşında ərə getsin! – Ayxan Ayvaz yazır...
12:33 20 Avqust 2019
Anardan Firudin Qurbansoya etiraz gəldi
12:01 20 Avqust 2019
Ədəbiyyat insanı əqli inkişafdan saxlayır
11:22 20 Avqust 2019
"İmtahan" serialının Eldarı insult keçirdi
10:25 20 Avqust 2019
Atalığının döyə-döyə öldürdüyü Murad
10:21 20 Avqust 2019
Yeni beynəlxalq teatr festivalı təsis olunub
09:32 20 Avqust 2019
“Hamilə qadın görəndə ikrah hissi keçirirəm”
09:00 20 Avqust 2019
Brodski: sürgündə xanımı ilə, mühacirətdə xanımsız
21:00 19 Avqust 2019
Qazaxda Xalq şairi Mirvarid Dilbazinin xatirəsi anılıb
18:52 19 Avqust 2019
“Sonuncu Pərdə” filminin ilk tizeri yayılıb - Video
18:31 19 Avqust 2019
“Sosium” yenidən APA TV-nin efirində
17:44 19 Avqust 2019
Cinə inanan adam Nəsimini anlaya bilməz – Yazarlardan Firudin Qurbansoya sərt cavab
17:07 19 Avqust 2019
Maestronun xatirəsi anılacaq
16:22 19 Avqust 2019