writer1

Mirmehdi Ağaoğlu

Məqalə sayı

543
clock14:31 calendar-gray 18 İyun 2015 view-gray100 dəfə oxunub
view-gray100 dəfə oxunub

Paolo Koelyonun "kitab" məsləhəti

Paolo Koelyonun “Kimyagər” əsəri çox sadə pritça üzərində qurulub. Məzmunu belədir. Çoban yuxusunda görür ki, uzaq bir yerdə, qədim bir məbədin dağıntıları altında xəzinə gizlənib. Yuxudan ayılıb səfərə yollanır. Çoban gəlib həmin yerə çatana yaxın bir adamla qarşılaşır. Həmin adama yuxusunu, səfərinin məqsədini danışır. Adam ona gülür, deyir ki, adam da bir yuxuya görə o qədər yol qət edər? Nolsun, mən də eynən sənin kimi yuxu görmüşdüm. Görmüşdüm ki, sənin o gəldiyin yerdə yatmışam və altımda xəzinə var.

Çoban barmağını dişləyir. Başa düşür ki, xəzinə elə öz vətənində, üstündə yatdığı daşın altında imiş.

Sözümün canı. Mənzərə göz qabağındadır. Bakının özündə kitab mağazaları tapmaq çətin, qəliz məsələdir. O ki qaldı rayon yeri ola. Bəs, rayonlarda, əyalətdə kitaba, oxumağa həvəsi olanlar nə eləsinlər? Necə oxusunlar? Bunun üçün Bakıyamı gəlməli? İnsafən, ayda kitablara 20-30 manat xərcləmək də kasıb adam üçün ağırdır. Bəs nə etməli?

Yaşadığınız rayonlarda, düz elə burnunuzun ucunda böyük bir xəzinə gizlənib. Yetər ki, Əlibaba kimi o xəzinə mağarasının qapısından içəri girəsən. Onda dünyanın bütün zənginlikləri gözlərinin qabağında canlanacaq, əlyetən olacaq. Bunun üçün isə bircə şəxsiyyət vəsiqəsi bəs edər.

Rayon ictimai kitabxanalarını deyirəm. O kitabxanalarda nələr yoxdur. Sovet dövründə kiril əlifbasında çap olunmuş kitabların yeni nəşri, Nobel mükafatçılarının seçmə əsərləri, Müasir yazıçılar və başqaları. Bu nəşrlərin içində Saramaqo da var, Sinkler Luis də, Folkner də, Herman Hesse də, Tomas Mann da, Nəcib Məhfuz da, Qoldinq də, Toni Morrison da, Orhan Pamuk da, Xulio Kortasar da, Jorj Amadu da. Hələ mən neçəsinin adını çəkmədim.

Artıq heç bir bəhanə yeri qalmır. Azərbaycan dilində tərcümə yoxdur demək keçmir. Bir adam bu seriyalardan çıxan kitabları oxusa bəs edər, hələ artıq da qalar. Özü də çox sadə; pul ödəmədən, yoxsulluqdan, ehtiyacdan şikayətlənmədən. Şəxsiyyət vəsiqəni ver, kitabı al, oxu, qaytar. Vəssalam. Bu qədər sadə. Burda daha bəhanə keçmir.

XX məşhur Amerika sosioloqlarından olan Erik Xoffer uşaq yaşlarından kor idi. Mövsümi fəhləlik edib şəhər-şəhər gəzən atasından başqa heç kəsi yox idi. Oğlunu da özü ilə getdiyi şəhərlərə aparırdı. Erik yeniyetmə yaşına çatanda gözləri açılır. O, qorxur ki, birdən gözləri yenidən tutular. Ona görə də əlinə nə keçirsə oxumağa başlayır.

Atası öləndən sonra onun kimi şəhər-şəhər gəzib fəhlə işləyir. Getdiyi hər şəhərdə mərkəzi kitabxanaların yanında ev kirayələyir. Və bütün boş vaxtların kitabxanalarda keçirir. Gözlərinin yenidən tutulacağından qoxran Erik vəhşi kimi, dayanmadan, acgözlüklə oxuyurdu. Kasıb idi deyə heç universitetə də girə bilməmişdi. Amma bunların heç birini dərd eləmirdi. İctimai kitabxanalar onun böyük sosioloq olmağına bəs elədi.

Di, haydı, şəxsiyyət vəsiqəni də götür, yallah!

Paylaş

REKLAM

Yazarın digər yazıları

Xəbər lenti

Üzü günə qalan evlər - Tanımadığımız şairdən seçmə şeirlər
15:01 15 Noyabr 2019
Rəfael və Coşqun "Şabaş"a görə qadın paltarı geyindi
14:20 15 Noyabr 2019
Bakı Slavyan Universitetində Şərif Ağayarla görüş keçirilib - Fotolar
13:45 15 Noyabr 2019
"APA-Group"a daxil olan saytların vahid mobil tətbiqi istifadəyə verilib
13:08 15 Noyabr 2019
Facebookda rekord qıran ata və qızı ilə söhbət – Video
12:15 15 Noyabr 2019
Ziya Bünyadov: “İsa Hüseynov yolunu azmışdı” – Bilmədiyimiz gerçək
11:30 15 Noyabr 2019
Qarabağı qaytaran türk futbolçu
10:43 15 Noyabr 2019
"Nu, poqodi"nin yeni seriyaları gəlir
10:20 15 Noyabr 2019
“Paris Notr-Dam kilsəsi” tamaşası təqdim olundu
09:50 15 Noyabr 2019
Topu başında aparan kapitan, alnından zəka fışqıran redaktor, müğənnini həbsdən buraxdıran müxbir... – Şərif Ağayar APA-dan yazır...
08:59 15 Noyabr 2019
Bu gün vəfat edən şairin son müsahibəsi: “Şeirimi Süleyman Rüstəmin adına çıxardılar”
21:01 14 Noyabr 2019
"Tanınmış ailənin övladlarından uzaq gəzirəm" - İlqar Xəyal
18:40 14 Noyabr 2019
Bu mahnılarımızdan hansı plagiatdır? - Video
18:00 14 Noyabr 2019
Mədəniyyət xadimlərinə fəxri adlar verilib - Sərəncam
17:42 14 Noyabr 2019
“Kazbek” tüstülədən xumar gözlülər...” – Yazıçılar meyxanadan danışdılar
17:30 14 Noyabr 2019
Noyabr ayı üçün ən çox gözlənilən filmlər
16:50 14 Noyabr 2019
Rəşad Məcidin kitabı Türkiyədə təqdim olunacaq
16:17 14 Noyabr 2019
Nəsimiyə həsr edilmiş şeir müsabiqəsinə yekun vurulub
15:37 14 Noyabr 2019
Azərbaycanlı şair vəfat etdi
14:54 14 Noyabr 2019
Onun adını oğlunun baş daşına niyə yazmadılar? – Rəmiş haqqında inanılmaz faktlar
14:41 14 Noyabr 2019