“Mənim qəhrəmanım” adlı Milli Komiks Kitabı müsabiqəsi elan edildi

“Mənim qəhrəmanım”  adlı Milli Komiks Kitabı müsabiqəsi elan edildi
17 aprel 2026
# 12:00

Mədəniyyət Nazirliyi və “Ədibin Evi” 14-17 yaşlı gənclər arasında “Mənim qəhrəmanım” adlı Milli Komiks Kitabı müsabiqəsi elan edib.

Kulis.az xəbər verir ki, müsabiqənin şərtlərinə əsasən təqdim edilən işlər Azərbaycan dilində, emosional təsirə malik, animasiya üçün potensialı olan, minimum 8, maksimum 20 səhifə həcmində, yeni, orijinal və yaradıcı qəhrəman obrazını ifadə edən qrafik hekayə olmalıdır.

Məktəblilər müsabiqədə fərdi və ya iki nəfərlik heyət (ssenari müəllifi + rəssam) kimi qatıla bilərlər.

2026-cı ilin mayın 1-dən sentyabrın 1-dək davam edəcək işlərin qəbulu zamanı müəlliflər hekayələrini ad, soyad, əlaqə məlumatı ilə birgə PDF fayl şəklində [email protected] ünvanına göndərməlidilər.

Müsabiqənin münsiflər heyətinə Mədəniyyət Nazirliyi və “Ədibin Evi”nin ekspertləri daxildir. Qalibləri mükafatlar və işlərdən birinin qısa animasiya filminə çevrilməsi imkanı gözləyir.

Azərbaycan Respublikasının Mədəniyyət Konsepsiyasının tətbiqi tədbirləri çərçivəsində elan edilən müsabiqədə gənclər komiks və qrafik hekayəçilik üslubunda mədəni məzmun yaratmağa təşviq edilir. Mətn və təsvirin sintezi bədii təfəkkürü və vizual savadlılığı inkişaf etdirir. Bu kimi müasir ifadə vasitələrilə formalaşan qəhrəman obrazları milli ruhu gücləndirir, Azərbaycanın müasir, dinamik və yaradıcı kimliyini gələcək nəsillərə ötürməyə dəstək olur.

“Mənim qəhrəmanım” Milli Komiks Kitabı Müsabiqəsi gənclərə öz həyatlarında, tarixdə, ailədə və ya xəyallarında gördükləri qəhrəman obrazını yaradıcı şəkildə təqdim etmək imkanı verir. Onlar istər tarixi şəxsiyyət və ya milli obraz, peşə sahibi (müəllim, həkim, valideyn, könüllü və s.), istərsə də uydurma və ya fantastik qəhrəman, dəyərləri təcəssüm etdirən obraz yarada bilərlər. Hekayə müəllifin şəxsi baxışını və yaradıcılığını əks etdirməlidir.

# 1054 dəfə oxunub

Oxşar xəbərlər

2026-cı ilin ən qorxulu filmi bəlli oldu

2026-cı ilin ən qorxulu filmi bəlli oldu

10:30 24 oktyabr 2026
İlyas Əfəndiyevin  xatirəsi Bakı Bələdiyyə Teatrında yad edildi

İlyas Əfəndiyevin xatirəsi Bakı Bələdiyyə Teatrında yad edildi

18:40 23 oktyabr 2026
Filmlərin xronometrajında artım qeydə alındı

Filmlərin xronometrajında artım qeydə alındı

18:20 23 oktyabr 2026
Türkmənistanda BMT Günü münasibətilə Azərbaycan xüsusi stendlə təmsil olundu

Türkmənistanda BMT Günü münasibətilə Azərbaycan xüsusi stendlə təmsil olundu

18:00 23 oktyabr 2026
Sumqayıt Dövlət Dram Teatrında premyera - “Sürgün sevgi”

Sumqayıt Dövlət Dram Teatrında premyera - “Sürgün sevgi”

17:30 23 oktyabr 2026
Ayasofiyanın  memarlığından ilhamlanaraq hazırlanan geyim London muzeyində

Ayasofiyanın memarlığından ilhamlanaraq hazırlanan geyim London muzeyində

17:00 23 oktyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər