Mədəniyyət Nazirliyi: “Kitab yayımı işində müəlliflərin mənafeyi gözlənilməlidir”

Mədəniyyət Nazirliyi: “Kitab yayımı işində müəlliflərin mənafeyi gözlənilməlidir”
2 iyun 2015
# 15:35

Kulis “Əli və Nino” mağazalar şəbəkəsinin bəzi müəlliflərin kitablarının satışında yaratdığı süni əngəllərə münasibət bildirməsi üçün Mədəniyyət və Turizm Nazirliyinin Kitab dövriyyəsi və nəşriyyatlarla iş şöbəsinə müraciət edib. Şöbənin məsələ ilə bağlı Kulisə verdiyi rəyi təqdim edirik.

Bəzi hallarda yanlış təəssürat informasiyanın azlığı və yaxud gerçəkliyi özünün arzuladığı kimi görmək düşüncəsi əsasında formalaşır.

Azərbaycanda Sovet dönəmində bütün rayonlarda, qəsəbələrdə, bir çox iri kəndlərdə, xüsusən Bakı şəhərində yüzlərlə kitab mağazaları fəaliyyət göstərib. Mağaza da dövlətə məxsus idi, onun içində satılan kitab da.

Ötən əsrin 90-larında baş verən ictimai-siyasi hadisələr dalğasında bu kitab mağazaları öz funksiyasını qoruya bilməyib sıradan çıxdılar. Çünki kitabın arasını açan, üzünə baxan yox idi. Əslində müstəqillik anlayışı baxımından həmin dövrdə, həmin kitab dükanlarında sərgilənən kiril əlifbalı kitabların ən azı yarıdan çoxunu yararsız, hətta ziyanlı kitablar saymaq olar. Sonrakı illərdə ölkəmizdə gedən sürətli və geniş miqyaslı quruculuq işləri, nəşriyyat sahəsinin dövlət asılılığından xilas olub sərbəst fəaliyyət göstərməyə başlanması təbii ki, kitabın yeni yayım məkanlarının yaranmasına da meydan açdı. Bu səbəbdən ölkədə kitab satışı yoxdur deyənlər, ən azı məsələni şişirdirlər. Hazırda konkret olaraq Bakı şəhərində böyük ticarət mərkəzlərində, dəftərxana ləvazimatı satan mağazalarda kitab satışı həyata keçirilir. Bakının mərkəzi küçələrində sərbəst fəaliyyət göstərən kitab mağazalarını necə danmaq olar?! Bu mağazaların böyük əksəriyyəti özəldir. Bu o deməkdir ki, kitaba maraq əsaslı dərəcədə yüksəlib. Mağazaların artımı, kitab yayımı sahəsində təklif və tələb prinsipinin ildən-ilə məhz reallığı əks etdirdiyini kim inkar edə bilər? Ədəbiyyatımız da inkişaf edir. Son illər dərsliklərin yüksək məzmunu və ona uyğun poliqrafiya ilə nəşri sahəsində böyük intibah baş verib. Müəlliflərin adları, işıq üzü görən kitablar o qədər çoxdur ki, hamısını yadda saxlamaq olmur. İnternet, virtual məkan nə qədər hökmranlığa can atsa da kitab nəşri yayımı ildən-ilə daha da genişlənir. Dövlət ümumi inkişaf prosesini dəstəkləyir, nəşriyyatların, kitab yayımçılarının təşəbbüslərini kulturoloji və maddi dəstəklə müdafiə edir. Amma hansısa icra orqanı deyə bilməz ki, kimsə kitab mağazası yaratsın, yaxud yaratmasın, deyə bilməz ki, hansı mağazada hansı kitab satılsın, yaxud oxucu bu kitabı alsın, o birini yox...

Hazırda Azərbaycanda kitab yayımı dünyanın bir çox inkişaf etmiş ölkələrinə mütənasib şəkildə inkişaf edir. Əlbəttə, kitab yayımı işi, bütün hallarda müəlliflərin mənafeyi gözlənilməklə daha da genişlənməli, yeni, modern kitab mağazaları, mütaliə klubları, kitab evləri yaradılmalıdır. Çünki söhbət cəmiyyətin özünü idarəsində olduqca zəruri bir məsələdən – biliyin, intellektual sərvətlərin insanlara çatdırılmasından gedir.

# 1659 dəfə oxunub

Oxşar xəbərlər

Qızı Çaplinlə evləndi, oğlu intihar etdi... - Dördqat Pulitser və Nobel mükafatçısı

Qızı Çaplinlə evləndi, oğlu intihar etdi... - Dördqat Pulitser və Nobel mükafatçısı

16:55 27 noyabr 2025
Avropa simvolizminin siması - Onu niyə “müasir Dante” adlandırırdılar?

Avropa simvolizminin siması - Onu niyə “müasir Dante” adlandırırdılar?

15:11 27 noyabr 2025
"Alman romantizminin son cəngavəri"  adlandırılan yazıçı

"Alman romantizminin son cəngavəri" adlandırılan yazıçı

18:18 26 noyabr 2025
Macar modernist poeziyasının rəmzi - Ona niyə alim-şair deyirdilər?

Macar modernist poeziyasının rəmzi - Ona niyə alim-şair deyirdilər?

17:23 26 noyabr 2025
İngilis dilini öyrənmək istəyirdi, dramaturq oldu - Ejen İonesko qurtuluşu nədə görürdü?

İngilis dilini öyrənmək istəyirdi, dramaturq oldu - Ejen İonesko qurtuluşu nədə görürdü?

14:00 26 noyabr 2025
"Pul kisəsi" ilə evləndi,  Servanteslə rəqabət apardı... -  XVI əsrin ən eşqbaz şairi

"Pul kisəsi" ilə evləndi, Servanteslə rəqabət apardı... - XVI əsrin ən eşqbaz şairi

14:00 25 noyabr 2025
Ana səhifə Yazarlar Bütün xəbərlər