Məşhur yumorist haqqında qiyabi həbs qərarı çıxarıldı

Məşhur yumorist haqqında qiyabi həbs qərarı çıxarıldı
24 aprel 2026
# 15:20

Moskvanın Basmannı məhkəməsi Rusiyada xarici agent kimi tanınan Semyon Slepakov barəsində qiyabi həbs qərarı çıxarıb.

Kulis.az xəbər verir ki, bu barədə paytaxt məhkəmələrinin mətbuat xidmətinin teleqram kanalında məlumat yayılıb.

İki aylıq həbs təhlükəsi

Qərar bu gün – 2026-cı il aprelin 24-də çıxarılıb. Ekstradisiya və ya deportasiya olunacağı təqdirdə Slepakov Rusiya hüquq-mühafizə orqanlarına təhvil verildiyi andan etibarən iki ay müddətinə həbs edilə bilər. Həmçinin onun Rusiya ərazisində faktiki saxlanıldığı andan etibarən də həbsi mümkündür.

"Xarici agent" qaydalarını pozmaqda ittiham olunur

Qeyd edək ki, aprelin 9-da məlum olmuşdu ki, yumorist və musiqiçi Semyon Slepakov barəsində Moskvada prokurorluq yoxlamasının materialları əsasında cinayət işi açılıb. Sənətçinin cinayət məsuliyyətinə cəlb edilməsinə səbəb kimi xarici agentlər haqqında qanunvericiliyin dəfələrlə pozulması göstərilib. İstintaqın gedişatı Moskva prokurorluğu tərəfindən xüsusi nəzarətə götürülüb.

İstintaq materiallarına əsasən, sənətçi il ərzində iki dəfə xarici agentin fəaliyyət qaydalarını pozub və buna görə inzibati məsuliyyətə cəlb edilib. O, Rusiyanı tərk etdikdən sonra sosial şəbəkələrdə məcburi xəbərdarlıq qeydi əlavə etmədən paylaşımlar yayımlayıb.

Xatırladaq ki, 2025-ci ilin sonlarında yayılan xəbərlərə görə, tələbatın azalması səbəbindən Slepakov korporativ tədbirlərdəki çıxışları üçün qonorarını 5,6 milyon rubldan 4,5 milyon rubla qədər endirməyə məcbur olmuşdu.

# 1165 dəfə oxunub

Oxşar xəbərlər

Devid Villiams qalmaqalı böyüyür – Nəşriyyat ört-basdır ittihamı ilə üz-üzədir

Devid Villiams qalmaqalı böyüyür – Nəşriyyat ört-basdır ittihamı ilə üz-üzədir

14:17 25 noyabr 2026
Məşhur plartforma süni intellektlə hazırlanan mahnıları kataloqdan çıxardı

Məşhur plartforma süni intellektlə hazırlanan mahnıları kataloqdan çıxardı

13:46 25 noyabr 2026
“Macquarie” lüğəti ilin sözünü seçdi - “Pervert glasses” nə deməkdir?

“Macquarie” lüğəti ilin sözünü seçdi - “Pervert glasses” nə deməkdir?

13:14 25 noyabr 2026
Varoluş - Yeni hekayə

Varoluş - Yeni hekayə

12:27 25 noyabr 2026
Efiopiyaya 5 əsrlik dini əmanətlər qaytarıldı

Efiopiyaya 5 əsrlik dini əmanətlər qaytarıldı

12:03 25 noyabr 2026
Buker mükafatına namizəd olmuş yazıçının yeni romanı

Buker mükafatına namizəd olmuş yazıçının yeni romanı

11:01 25 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər