news-inner
clock16:47 calendar-gray 16 Fevral 2015 view-gray152 dəfə oxunub
view-gray152 dəfə oxunub

İlahi Söz könlünü oxşasın...

Rafiq Hümmətin yubileyinə sözardı

Fevralın 13-də telefon açdım, əlli yaşını təbrik elədim. Xəttin o başında eşidilən səs-küydən bildim ki, dostlar yenə bir yerdədilər - Qarayazıda, yaşıl palıdın hənirinə sığınan “Məkan" da. Həmişə olduğu kimi: Afiq Muxtaroğlu, Zərgər Musa, Bəhram Mehdi. Cambul Məmmədlinin, Tapdıq Yolçunun səsini isə bu gün eşitmədim. Sağollaşandan sonra Kulis.az -da dəyərli nasir Nəriman Əbdülrəhmanlının uğurlamasında Rafiq Hümmətin müsahibəsini oxudum. Beş-altı il Bakıda yaşayıb şəhərli ola bilməməyini dilə gətirib, özü demişkən, canım-qardaşım Rafiq. Daha demir ki: Bakının havası mənə “düşmədi".

Bakının havası sənə düşmədi,
...uğur dilədilər dərman əvəzi.
Sözünün üstündə Tiflisin adı,
Adına yazıldı fərman əvəzi.

Çoxları bilmədi ki, bir şeirində yazdığın kimi, “Vətəndən vətənə sürgün olundun". Bu sürgündə sən itirsən də Borçalı-Tiflis ədəbi mühiti, öz içlərisində perik düşmüş Söz əhli, ağız birliyinin səmtini itirmiş ədəbi mühit qazandı. Əlli yaşımın gündöyər-döyməz vaxtında ilk kitabımın işıq üzü görməsində nələr etdiyini dostlar yaxşı bilir, məndən xəbərsiz “Ulduz” jurnalında silsilə şeirlərimin çap olunduğunu da Tiflisdən bir müjdə kimi sən ismarlamadınmı Az bir vaxtda neçə şeir kitabının, ədəbi almanaxların, Üç yüz əlli ilin-Borçalı Ədəbi-əbədi Abidəsinin, gürcücə-Azərbaycanca “Koroğlu” dastanının, “Min bir bayatı”mızın işıq üzü görməsində nələr etdiyinin fərqində olmasalar da, biz o çətin yaşantılarının şahidi deyilikmi.


Sən Bakıdan getsən də, adın-dadın dostların dilində, ürəyində öz urvatlı yerində yurd saldı, qardaş.

Maddi sıxıntıların ağırlığı, qayğıların çəkilməz həddə gəlib dirənməsi, üzünə gülüb, arxanca yüz oyundan çıxan xəbislərin nankorluğu səni heç vaxt içindən əyilməyə, halallığından dönməyə vadar edə bilmədi, çünki səni ilahi Sözün halallığı qoruyurdu. Yoxsa sözün başına ip salanlar, səni könüllərinin bulanıq suyunda yuyub-carlayıb və yalanların kəndirinə sərərdilər. Yoxsa sığal yerinə göz yaşlarını öpən, tərini silən sillələrin ağrısını çəkə bilərdinmi?

Qamsaxurdiya dönəmində kəndlərimizin sıxıntılı vaxtlarında Tapdıq Yolçuyla bizim kəndə gəlib bağlı qapılarda işıqların yandırılmasını təşkil etməyiniz bu gün də Təhlə çökəyində böyük hörmətlə anılır. Bir də ki, məndən çox sən Təhləli olmaq haqqını qazanmısan, o çökəyin bütün xeyir-şər işlərində orda olmusan. Keçən ilin sonu kənddə olanda yemək vaxtı tələsdiyimi görüb böyük bacımın dediyi sözlər heç yadımdan çıxmır: “Bacın ölsün, yeməyini rahat yesən, Rafiq qaçmır ki...” Söz adlı halal ocağın ətrafına dostları yığmaq haqqını Tanrı sənin könlünə həvalə etməyibmi, bu ucalıqda səninlə bir cərgələnmədikmi?

“Yeni Azərbaycan” qəzetinin ədəbiyyat əlavəsində iyirmi illik fasilədən sonra şeirlərimi çap etdirməyin məni ədəbi mühitdə tanıtdı. Beləcə tanış olduq. Elə həmin vaxtlar Nəriman Əbdülrəhmanlı və mərhum Eyvaz Əlləzoğluyla sənin xeyirxahlığınla tanış oldum. Bu gün söz adına hardasa dostların dilində adım hallanırsa, buna görə sənə və Nəriman Əbdülrəhmanlıya minnətdaram.


Nə isə... Doğum gününlə əlaqədar könlümdən keçənləri yazmaq istədim, bilmirəm alındımı. Özün də bilirsən ki, yazı yazmaq mənlik deyil. Həmişə yorulanda könlünü ilahi Söz oxşasın!
Söz köməyin olsun!

Sən dön Nurafiz ol, mənRafiq Hümmət..

Yaş ötür, içimiz yol olur aha,
Güman yüz yerədir, umud Allaha.
Zamana ağ bayraq qaldırıb daha -
Düşüb saçlarına dən, Rafiq Hümmət.

Qayanı çatdadır tər gülün ahı,
Hakimi qul eylər vergülün ahı.
Yüz yerə yozular bir könül ahı,
Tapılmaz bu dərdə tən, Rafiq Hümmət.

Yaralı Vətənin harasındasan?
Yurda can qoyanlar sırasındasan.
Mələk tək dostların arasındasan,
Şeytan səndən gəzir gen, Rafiq Hümmət.

Biz ki, əl açmadıq paya, donluğa,
Qaynayıb-qarışaq bircə anlığa.
Çoxunu mat qoyaq bu heyranlığa -
Sən dön NURAFİZ ol, mən RAFİQ HÜMMƏT

news-inner-user

17203 məqalə

Oxşar xəbərlər

Xəbər lenti

Fuad Poladov: "Bir qız zəng vurub evimizə deyib ki, Fuadı Rostovda öldürüblər" - Müsahibə
09:01 05 Dekabr 2020
Beynəlxalq müsabiqədə şəhidlərimiz yad edildi - Ukraynada
20:05 04 Dekabr 2020
"Italyansayağı xoşbəxtlik" tamaşası onlayn nümayiş ediləcək
19:30 04 Dekabr 2020
Aydın sabahların dostu
18:56 04 Dekabr 2020
Sirlərin bədii və elmi sərgüzəştləri – Elçin yazır...
18:10 04 Dekabr 2020
Azərbaycanlı rejissor qəhrəmanlarımızdan film çəkmək üçün müraciət etdi
17:35 04 Dekabr 2020
Şəhid dənizçilərə kitab həsr olunacaq
17:10 04 Dekabr 2020
Xudayar Yusifzadə və bütün Şəhidlərimizin ruhuna: Vətən yaxşıdır
16:28 04 Dekabr 2020
"Ulduz" jurnalının yeni nömrəsi Qarabağa həsr olundu
15:46 04 Dekabr 2020
Bizim üçün ölümə gülə-gülə gedən 2783 adam
15:03 04 Dekabr 2020
Qadın yazarın yeni kitabı işıq üzü gördü
14:19 04 Dekabr 2020
Kamal Abdulla: “Mənim üçün ad günü kədərli gündür” - Müsahibə
13:37 04 Dekabr 2020
Koronavirusa qarşı qələbə vaksini - Ayxan Ayvaz yazır...
13:01 04 Dekabr 2020
Aqşin Yenisyey: “Bundan sonra hər gün “sayğı duruşu”nda dayanacağıq”
12:23 04 Dekabr 2020
Anar Vətən müharibəsindən danışdı: “Arzu edirəm ki...”
11:50 04 Dekabr 2020
Bir dəqiqə sükut... Gəmi siqnalı... – Günün şeiri
11:16 04 Dekabr 2020
Avropada şeir festivalında olan Ramil Əhməd: “Xalqımıza qarşı çox böyük sevgi gördüm”
10:45 04 Dekabr 2020
Mən də gedim komandir... – Döyüşçü-şair şəhid olan dostlarına şeir yazdı
10:15 04 Dekabr 2020
Bu gün şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad ediləcək
09:45 04 Dekabr 2020
Daşları yuxarıdan-aşağı maşının üstünə yağdırdım - Bircənin romanı
09:01 04 Dekabr 2020