Qızıyla evlənən rejissor: “Şöhrət, pul, yaltaqlıq, heyranlıq...”

Qızıyla evlənən rejissor: “Şöhrət, pul, yaltaqlıq, heyranlıq...”
5 dekabr 2014
# 09:00

Kulis.az rejissor Vudi Allenin həyatdan öyrəndiklərini təqdim edir.

Bilmirəm məni kim hesab edirlər. Yəqin ki, qəribə bir nüsxə sayırlar.

Aktyorlar daha cəlbedici layihələr arasında fasilələr olanda mənimlə işləyirlər. Stiven Spilberqlə, yaxud Marin Skorseze ilə eyni vaxtda hansısa aktyora zəng etsək, o mənim yanım gəlmək haqda heç fikirləşməyəcək. O, on milyonluq işi bitiribsə, avqusta qədər boşdursa, ona iyunda zəng vursam, razılaşar.

Əgər özümə tatu elətdirsəm, orda “ANA” yazdıraram.

Komediya ilə faciə arasında yeganə fərq ondadır ki, komediyada insanlar faciənin öhdəsindən gəlməyin yoluna tapırlar. Düzdü, yumor bütün həyati problemlərə cavab ola bilməz, amma o yaraya vurulan plastr kimidir. Hər halda bu yaralı gəzməkdən daha yaxşıdır.

Mən çox məhdud aktyoram. Ancaq iki rol oynaya bilirəm. Ya intellektual, ya da əclaf.

Mən kino ilə məşğul olmağa başlayanda məni çox yaxşı şeylərin gözlədiyin düşünürdüm: şöhrət, pul, yaltaqlıq, heyranlıq... Amma bir neçə filmdən sonra başa düşürsən ki, həyatın elə əvvəlki kimi qalıb. Problemlərinin hamısının elə səninlə qaldığını başa düşürsən.

Qayğısızlıq... Laqeydlik – bunlar mənə ziddi şeylərdir. Mən indi də əqidəli pessimistəm. Mən hələ də insanları alçaqlara və miskinlərə bölürəm.

Mən tez-tez bir illik məzuniyyət götürmək haqda düşünürəm. Amma məni həmişə vicdan əzabı basır. Çünki ətrafımda film çəkməyim üçün pul vermək istəyən adamlar həmişə olur. Mən də fikirləşirəm, nə qədər ki verirlər, çəkmək lazımdır.

Komediya oynamaq üçün anadangəlmə xüsusiyyətlər olmalıdır. Komediya aktyorları həmişə faciəvi rollarda oynamağı bacarıblar. Amma ən yaxşı dramatik obrazları yaradanlara baxsaq - məsələn, Marlon Brando kimi –komediya onlarda rahatlıqla alınmır.

“Doqma” müəlliflərinin mövqeyi mənim xoşuma gəlir. Bu əsl spartasayağıdır. Düşünürəm ki, onların ideyaları özlüyündə gözəldir, amma hər şey ideyaları bəyan edən rejissorun istedadından asılıdır. Əgər yaxşı film çəkibsə, bu əladır. Pis film çəkibsə, bu heç də digər pis filmlərdən yaxşı demək deyil.

Müasir kinoda mənim təsirimlə çəkən rejissor yoxdur. Hər yanda Frensis Ford Koppolanın, Skorsezenin, Oliver Stounun təsiri altında olan gənc rejissorlar görürəm. Amma mənim təsirim altında olanın tanımıram.

Mənbə: “Esquire”

# 2060 dəfə oxunub

Oxşar xəbərlər

Soyuq mərmər, dəfn sükutu, daşlaşmış kədər... - Andrea Mantenyanın "Ölü Məsihə ağı"sı

Soyuq mərmər, dəfn sükutu, daşlaşmış kədər... - Andrea Mantenyanın "Ölü Məsihə ağı"sı

13:30 13 sentyabr 2026
Rəsmlərin musiqi ilə vəhdəti - Arif Məlikov onu narahat edən sualların cavabını tapmağı bacarıbmı?

Rəsmlərin musiqi ilə vəhdəti - Arif Məlikov onu narahat edən sualların cavabını tapmağı bacarıbmı?

10:00 13 sentyabr 2026
Yaxınlarını nasist ölüm düşərgələrində itirən yazıçı - O, niyə "dərkolunmaz varlıq" motivini yaratdı?

Yaxınlarını nasist ölüm düşərgələrində itirən yazıçı - O, niyə "dərkolunmaz varlıq" motivini yaratdı?

15:00 12 sentyabr 2026
Bəs niyə sözlərin ayrılıq dadır?.. - Rüstəm Behrudinin şeirləri

Bəs niyə sözlərin ayrılıq dadır?.. - Rüstəm Behrudinin şeirləri

14:00 12 sentyabr 2026
Saflıq və uşaqlıq travmasına hiperrealist şərh - Qotfrid Helnvaynın "“Zərərsizlərin pıçıltısı” tablosu

Saflıq və uşaqlıq travmasına hiperrealist şərh - Qotfrid Helnvaynın "“Zərərsizlərin pıçıltısı” tablosu

12:05 12 sentyabr 2026
Xəyanətin kətan üzərində təsviri - Nikolay Abilqorun "Hamlet və anası" tablosu

Xəyanətin kətan üzərində təsviri - Nikolay Abilqorun "Hamlet və anası" tablosu

14:00 11 sentyabr 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər