writer1

Samirə Əşrəf

Məqalə sayı

154
clock11:58 calendar-gray 23 Oktyabr 2014 view-gray1473 dəfə oxunub
view-gray1473 dəfə oxunub

Əl çəkin toy adətlərindən

Məsələ burasındadır ki, ziyalı dostlar #toylarayoxdekampaniyasını başlamazdan əvvəl də mən bu məqaləni yazmağı düşünürdüm. Çünki toy adətinin yaratdığı olmazın çətinliklər məni də narahat edirdi.

Əvvəla bu xüsusda səmimi olmaq üçün birinci öz toy-düyünümü xatırlamaq istəyirəm. On bir il geriyə qayıtsam, qarşımda xeyli əcaib mənzərələr açılır. Dəfələrlə düzələn təmtəraqlı məclislər, elçilik, nişan, xınayaxdı, həftə hamamı və sair kimi olmazın məşəqqətli mərasimlər zəhləmi tökmüşdü. Üstəlik də həmin ərəfədə sağ qulağım bərk ağrıyırdı, müalicə alırdım. Həkim demişdi ki, kar qalmaq ehtimalın var. Bir sözlə fikrim qalmışdı qulağımdakı ağrıların yanında. Sizi inandıram ki, həmin əndrabadi mərasimlərdə yalan olmasın bir vedrə tər tökmüşdüm. İnsafən də o vaxtlar indiki kimi belə dilli-dilavər deyildim. Çox üzüyola, fağır adamıydım. Başıma qapazı vurub çörəyimi istənilən qayınana əlimdən ala bilərdi.

Əlqərəz azərbaycanlı toyu həngaməsi bütün gənc qızlar kimi mənim də həyatımdan qırmızı bel bantı kimi fırlanıb keçmişdi. İndi fikirləşirəm ki, bu vaxtkı ağlım olsaydı, həmin adət-ənənələrin hamısını əlimin arxası ilə süpürüb atardım taleyin “korzinka”sına. Nəyə lazım idi o boyda təmtəraq hələ də anlamıram. Nəysə özüm haqqında bu qədər dəvə tərifi məncə kifayət edər. Keçək məsələnin bu biri tərəfinə.

Mənə elə gəlir ki, biz burda nə qədər özümüz yolub uçursaq da, bu toy məsələsinin kökü adidən adi məişət məsələlərinə gedib çıxır. Hər şey ondan başlayır ki, kimsə pis-yaxşı ailə qurub evlənir. Sonra oğuldan qızdan allah payı dünyaya gəlir. Daha sonra onlar iməkləyir, qaçır, böyüyür, bağçaya gedirlər. Yəni ailədəki uşaqlar bağçaya qədər bütün prosesləri çox rahat və təbii üsullarla yerinə yetirirlər. Birinci, ikinci sinifə gedəndə də o qədər göz qorxudan problemlər yaranmır. Elə ki, qızların camalı, oğlanların vüqarı inkişaf etməyə başlayır, vəssalam. Başlanır təxminən sadalayacağım formada suallar qırıcı kimi valideynlərin üstünə yağmağa. Qızın və ya oğlun necədə oxuyur? Universitetə daxil oldumu? İstəyəni və ya istədiyi varmı? Toyu nə vaxtdı, hardadı? Və sair... Bir ömür boyu bitməyəcək sındırıcı, əzici suallar... İnanın ki, lap birinci gündən bu sualların hamısı bircə şeyə xidmət edir. Azərbaycan toyuna!

Bizim məmləkətdə hamı öz həyatını həmin suallar yağdıran qohumun-qonşunun, xatirinə qurur. Heç kim balasının səmimi xoşbəxtliyi üçün çalışmır. Hamı elə fikirləşir ki, qohumun-qonşunun ağzı yumulsa, valideynlər hamının yanında üzüağ, alnıaçıq olsa onların övladları da xoşbəxtliyə nail olacaq. Nə olur, olsun təki onların işi rast getsin. Kimsə onlara ağızucu salam verməsin.

Beləcə bu qeyri-səmimi ab-hava ilə oğul evləndirib, qız ərə verirlər. Sonra başlayırlar it zülmü ilə qazandıqları pulları göyə sovurmağa. Bu pul sovurma məsələsində isə ərləri işləyən, özləri evdarlıq edən qadınlar daha bacarıqlıdılar. Ona görə ki, onlar həmişə havayı yeməyə, nəyə gəldi pul xərcləməyə öyrəşiblər. Yəni belə işlərdə təcrübəlidilər. Hamı başlayır hələ beş-altı aydan sonra olacaq toyun hazırlığını görməyə. Paltar tikdirənlər, saçını min cürə rəngə boyayanlar, dırnaqlarının üzərində abstrak incəsənət nümunələri yaradanlar qarışırlar bir-birinə. Elə ki, toy günü gəlib çatır bütün bu arzu və istəklər daha şiddətli forma alır. İnsafən bu məslələrdə kişilər ikinci planda qalır, qırmızı bayraq yenə də qadınların əlində olur. Onlar birnəfər kimi axışırlar gözəllik salonlarına. Yanmış saçların iyi dırnaqlardakı lakların iyinə qarışır. Sir-sifətləri əndazədən çıxır. On bir illiyi güclə bitirən gözəllik ustaları qadınların sifətlərinə necə toy tuturlarsa, salondan çıxanda doğmaca ərləri belə onları tanımır. Salonlarda da ki, antisanitariya baş alıb gedir. Bir süngərlə əlli arvadın üzünə krem çəkib bəzəyirlər. Bir az krem, bir az da tuş yaxırlar kipriyə, qaşa kasıbın bir həftəlik dolanışıq pulunu qatlayıb qoyurlar ciblərinə.

Bir dəfə hansısa salona zəng vurub makiyajın qiymətini xəbər almışdım. Mənə yüz manat məbləğ demişdilər. İnanın, bir həftə havalı kimi gəzib-dolaşmışdım. Ona görə yox ki, mənim o makiyaja verəcək pulum yox idi. Həm də ona görə ki, insan bu qədər də vicdansız olmaz!

Sözümün canı odur ki, qızlar, oğlanlar əl çəkin bu lazımsız toy adət-ənənələrindən. Xoşbəxtlik nə bəyaz gəlinlikdə, nə həmin gəlinliyin belinə bağlanan qırmızı kəndirdə, nə “Azərbaycanda ala qarğa bala çıxartmaz deyən” Nadir Qafarzadənin aparacağı toy məclislərində, nə də həmin məclisdə baş verən əttökən əhvalatlardadır. Vallah bu qədər həngamənin heç birinin sizin xoşbəxtliyinizə qram da dəxli yoxdur.

REKLAM

Yazarın digər yazıları

Xəbər lenti

Məşhur meyxanaçı: "O işlə təkcə meyxanaçılar məşğul deyil ki" - Video
17:01 19 Sentyabr 2020
Rejissormuzun filmi Beynəlxalq Turizm Filmlər Festivalının qalibi oldu
15:51 19 Sentyabr 2020
Bitlz qrupu haqqında kitab çap olundu
14:41 19 Sentyabr 2020
Mənə möcüzə kimi görünən ədəbi hadisə - Elçin yazır...
13:30 19 Sentyabr 2020
Dörd min ildi dustağam - Adil Şirinin şeirləri
12:20 19 Sentyabr 2020
Dovlatovun heç yerdə çap olunmamış şeiri sərgiləndi
11:05 19 Sentyabr 2020
Respublika Uşaq kitabxanası yeni layihəsinin ilk mövzusunu Milli Musiqi Gününə həsr edib
09:59 19 Sentyabr 2020
Mətbəxdə cazibəsini itirən qadının dramı
09:00 19 Sentyabr 2020
Üzeyir Hacıbəyovun felyetonu: “Cin”
21:01 18 Sentyabr 2020
Açıq havada premyera oldu – İlk dəfə
19:01 18 Sentyabr 2020
Onlar "Ginnesin rekordlar kitabı"na daxil oldular - Fotolar
18:40 18 Sentyabr 2020
"Arşın mal alan" Bolqarıstan teatrında səhnəyə qoyuldu
18:00 18 Sentyabr 2020
Sarı camış - Kamal Abdulladan yeni hekayə
17:22 18 Sentyabr 2020
Azərbaycanın “Avroviziya-2021”də iştirakı təsdiqləndi
16:38 18 Sentyabr 2020
Üzeyir Hacıbəylinin xatirəsi anıldı
15:51 18 Sentyabr 2020
Dostunun qızıl saatını oğurlayan Vüqar, ərindən iyrənən Validə... – Səriyyə xala iş başında
15:10 18 Sentyabr 2020
“Qalatasaray”ın qələbəsinə sevinən kölə təfəkkürü – Sərdar yazır...
14:32 18 Sentyabr 2020
İntim görüntülərlə şantaj olunan qadın nə etməlidir?
13:39 18 Sentyabr 2020
Mədəniyyət Nazirliyi: "Fəxri adlara namizəd olanları müstəqil komissiya seçəcək"
13:10 18 Sentyabr 2020
Şabanın adı filmlərinin çəkildiyi küçəyə verilib
12:47 18 Sentyabr 2020