news-inner
clock08:30 calendar-gray 25 Sentyabr 2014 view-gray1902 dəfə oxunub
view-gray1902 dəfə oxunub

Lenini bəyənməyən inqilabçı qadın

1877-ci ildə “Qolos” qəzetində 6 dekabr 1876-cı ildə gənclərin mitinqdə iştirak etdiyinə görə katorqa işlərinə məhkum edilən inqilabçı narodnik Boqolyubovun Kazan soboru meydanında qırmanclanması xəbəri yayıldı. Bu zaman bu növ cəzalar çarın əmri ilə ləğv edilmişdi, ancaq Peterburqun icra hakimiyyətinin sədri Trepov, Boqolyubov onu görəndə papağını çıxartmadığı üçün bu yola əl atmışdı. Rusiyada o zaman bu məsələ böyük səs-küyə səbəb olmuş, ən məşhur hüquqşünasların tənqidinə tuş gəlmişdi.

24 yanvar 1878-ci il səhəri Peterburqun icra hakimiyyəti binasına, Trepovun qəbuluna bir qız gəldi. Bir neçə dəqiqədən sonra Trepovun sinəsində üç güllə var idi... Atəş açan qız heç yerə qaçmadı. Bu, Vera Zasuliç idi.

Vera Zasuliç 1849-cu ildə əslən polyak olan yoxsullaşmış dvoryan ailəsində, Smolensk quberniyasının Mixaylovka kəndində dünyaya göz açmışdı. Üç yaşında olanda atası öldü, anası onu daha imkanlı qohumlarına verməli oldu. Daha sonra Vera Moskvada pansiona qəbul olundu və ev müəlliməsi diplomunu aldı. Sonra Peterburqda nəşriyyatlarda işlədi.

Burada o, inqilabi ideyalarla maraqlandı, bu dairələri qoşuldu. 1869-71-ci illərdə “Neçayev işi” ilə bağlı həbs edildi, sonra Novqorod və Tverdə sürgün həyatı yaşadı. Oradan da çar rejiminin qadağan etdiyi ədəbiyyat yaydığı üçün daha uzağa, Kostromaya sürgün edildi.

1875-ci ildə polis nəzarəti altında Ukraynada, Xarkovda yaşayan Vera, Bakuninin anarxizm ideyalarını qəbul etdi və “Cənub üsyançıları” qruplaşmasına daxil oldu. Onlar, insanlar ayağa qalxsın deyə hər metoda əl atırdılar. Əvvəllər narodniklər “xalqın içinə gedirdilər”, xalq isə onları anlamırdı, hətta polisə satırdı (bu haqda Turgenev “Xam torpaqlar” əsərində ətraflı yazır). İndi isə onlar çar adından yalan manifestləri xalq arasında yaymağa çalışırdılar. Amma yenə heç nə alınmadı və Zasuliç Peterburqa qaçmalı oldu...

O, paytaxtda narodkinlərin “Torpaq və tələb” («Земля и воля») adlı fraksiyasına qoşuldu və Gertsenin Avropada yaratdığı “Azad rus nəşriyyatının” jurnallarını yaymaqla məşğul oldu.

Trepovun bir qız tərəfindən güllələnməsi xəbəri bütün ölkəyə yayılmışdı. Bütün jurnal və qəzetlər bundan yazırdılar. Onun təhqir olunmuş Boqolyubovun guya sevgilisi olmasını da deyirdilər. Əslində isə Boqolyubov və Zasuliç heç vaxt bir-birlərini görməmişdilər.

Suiqəsd baş verən gün Peterburq dairə məhkəməsinin sədri 34 yaşlı Anatoliy Fyodoroviç Koni seçilmişdi. Bu, hər şeyi tam deyişəcək və bütün dünyaya səs salacaq prosesin başlanğıcı idi.

İlk çətinliklər dövlət ittihamçısının seçimində oldu. V. A. Jukovskiy və hüquqşünas və şair S. A. Andreyevskiy işin siyasi motivli olmasına işarə edərək, birmənalı olaraq ittihamçı olmaqdan imtina edirlər. Nəhayət, dövlət ittihamçısı Peterburq dairə məhkəməsinin prokurorunun dostu K. İ. Kessel seçildi.

Vera Zasuliçin vəkili isə keçmiş prokuror Pyotr Akimoviç Aleksandrov oldu. O, Vera Zasuliç üçün hər şeyi edəcəyini bildirmişdi...

31 mart 1878-ci ildə, səhər saat 11-də məhkəmə başladı. Vera 15-20 il katorqa ilə cəzalandırıla və bütün əmlakı müsadirə oluna bilərdi. Məhkəmə zalı tamam dolmuşdu.

Güllə yaraları almış Trepov xəstəxanada olduğundan məhkəmədə iştirak etməyəcəkdi. Özünü günahkar hesab edib-etməməsi sualına cavab olaraq Vera, “Mən boynuma alıram ki, Trepova atəş açmışam, onun buna görə ölüb-ölməməsinin mənim üçün heç bir fərqi yox idi” dedi.

Vəkil Aleksandrov jüriyə müraciət edərək, dedi: “Biz ilk dəfə burada belə bir qadın görürük. Elə bir qadın ki, etdiyi cinayətdə nə şəxsi intiqam, nə şəxsi maraq olub. Biz elə bir qadın görürük ki, etdiyini cinayət onun bədbəxtlik qardaşı olan adamın ideyası uğrunda törədilib. Onun etdiyi sizə nə qədər dəhşətli görünsə də, motivlərində dürüstlük və adilliyi görməmək mümkün deyil”.

Onun çıxışı bir çox Rusiya qəzetlərində yazıldı, tərcümə edildi və Avropada da maraq yaratdı.

Zasuliç son sözdən imtina etdi. Hakim Koni isə jüriyə məsləhətlər verdi. O, Zasuliçi günahkar hesab etmirdi. Bununla o, böyük riskə gedərək, bütün karyerasını sual altında qoyurdu.

Hakim Koni qərarı açıqladı və “günahkar deyil” dedi. Zal alqışlardan titrəyirdi. Zasuliç dərhal azad edildi və sadə insanlar onu qucaqlamağa başladılar. Bütün Avropa və ABŞ mətbuatı bu haqda yazırdı. Vəkil Aleksandrov və hakim Koni qəhrəmanlara çevrildilər. Amma hakimiyyət sevinənlər arasında deyildi.

Çarizmin saray yazıçısı knyaz Meşerski proses haqqında yazırdı: “Zasuliçin bəraət qazanması sanki dəhşətli bir yuxuda baş verirdi, heç kəs anlaya bilmirdi ki, necə monarxiyanın məhkəməsində hakimiyyətin yüksək rütbəli xidmətkarının bu cür alçaldılması və müxalifətin həyasız qalibiyyəti baş verdi”.

Qərar apelyasiyaya şikayət olundu. Ancaq Zasuliç tezliklə Rusiyanı tərk etdi və İsveçə getdi. Zasuliç öz mübarizəsini davam etdirdi və Avropada marksistlərə qoşuldu.

Sonralar hakim Koni uzun illər boyu təzyiqlərlə üzləşdi və 1900-cu ildə karyerasını bitirdi. O, 1927-ci ildə, ahıl yaşında dünyasını dəyişdi. Ölümündən əvvəl o, “mən həyatımı elə yaşadım ki, heç nəyə görə utanmayım” dedi. Onun yas mərasiminə minlərlə adam qatıldı.

Zasuliç 1899-cu ildə Rusiyaya qeyri-qanuni qayıtdı. 1903-cü ildə menşeviklərin rəhbərlərindən birinə çevrildi.

1917-ci ildə baş verən Oktyabr inqilabından sonra dərin depressiya yaşadı. O, bu inqilabı demokrat burjua inqilabının qarşısını alan əksinqilab kimi qiymətləndirirdi. Bolşevik Lenin rejimini “çar rejiminin güzgüdəki əksi” hesab edirdi. 1918-ci il aprelində açıqca bolşevik rejimini tənqid etmişdi. Lenin isə onu “buna baxmayaraq böyük inqilabçı” hesab edirdi. Ömrünün sonuna yaxın onun kimi bolşevik rejimini qəbul etməyən keçmiş narodnik Deyçlə söhbəti zamanı Zasuliç “yaşamaq ağırdır, yaşamağa dəyməz” deyirdi... 1919-cu ilin qışında Zasuliçin evində baş vermiş yanğından sonra o, bərk xəstələndi və dünyasını dəyişdi.

Öz memuarlarında keçmiş narodnik Lev Tixomirov Zasuliçi belə təsvir etmişdi: “Onun nihilist görkəmi vardı. Özü çirkli, saçları daranmamış olardı, cırılmış, sökülmüş paltarlarda gəzər, bəzən isə ayağı yalın olardı. Ancaq qəlbi qızıldan, təmiz və parlaq idi, səmimi idi. O, çox oxuyurdu. Onunla söhbət etmək çox maraqlı idi”.

BəhruzSəmədov

news-inner-user

15823 məqalə

Oxşar xəbərlər

Xəbər lenti

Mübariz Örəndən yeni hekayə: İlıq
21:00 13 İyul 2020
Nərgiz İsmayılovanın yeni monoqrafiyası nəşr olundu
18:44 13 İyul 2020
Bollivud ulduzu koronavirusa yoluxdu
18:02 13 İyul 2020
Payızda vağzala getməyəsən... - Poetik etüdlər
17:36 13 İyul 2020
Mirmehdi Ağaoğlunun Türkiyədə hekayələr kitabı çap olundu
17:18 13 İyul 2020
On beş ilin salamı – Kənan Hacı yazır
16:39 13 İyul 2020
Bu gün “Vətən borcu” filminin premyerası olacaq
15:51 13 İyul 2020
Tənqidin sərhədləri - Qismətin Tomas Eliotdan tərcüməsi...
15:10 13 İyul 2020
Məşhur müğənni kitab yazdı
14:25 13 İyul 2020
Koronavirusa həsr olunan film çəkilir
13:37 13 İyul 2020
Elvis Preslinin nəvəsi intihar etdi
12:56 13 İyul 2020
Qanıyla torpağa “Qarabağ” yazan, son nəfəsdə şikəstə oxuyan, mina ilə tankın altına sürünən Azərbaycan əsgəri – Müharibə əhvalatları
12:15 13 İyul 2020
Ötən günün müharibə həyəcanı - Samirə Əşrəf yazır...
11:37 13 İyul 2020
Gevorkovun bacısı qızı ilə gəzən azərbaycanlı – Mahir yazır...
11:05 13 İyul 2020
Məşhur rəsm əsəri 22 milyon dollara satıldı
10:30 13 İyul 2020
Yazıçımızın hekayəsi Gürcüstan ədəbiyyat portalında
09:34 13 İyul 2020
“Mücrü” jurnalının baş redaktoru: “Ayağım nəşriyyata düşərli olmadı” – Müsahibə
09:00 13 İyul 2020
Xalq artisti koronavirusa yoluxdu
14:28 12 İyul 2020
Qızını ölən qızının həyat yoldaşına verdi, oğlu intihar etdi, nəvəsi güllələndi... – Axundov haqqında inanılmaz faktlar
12:15 12 İyul 2020
Anar özünün ən uğurlu hekayəsini seçdi – Mətn
11:44 12 İyul 2020