news-inner
clock08:30 calendar-gray 18 Sentyabr 2014 view-gray2114 dəfə oxunub
view-gray2114 dəfə oxunub

Bukmekerlər nə deyir: Nobeli kim qazanacaq? TƏHLİL

Böyük Britaniyanın “Ladbrokes” bukmeker kontoru 2014-cü il Nobel Ədəbiyyat mükafatına namizədlərə pul qoyuluşunun əmsallarını açıqlayıb. Kulis.az -ın “Ladbrokes” bukmeker kontorunun saytına istinadən verdiyi xəbərə görə, Nobeli qazanmağa ən şanslı namizəd 6.00 əmsalla son 10 ilin dəyişməz “qalibi” yaponiyalı yazıçı Haruki Murakamidir (Yaponiyalı yazıçıya qoyuluş edən şəxslər oqalib gəldiyi təqdirdə hər dollara görə 6 dollar qazanacaq-F.M).

Keniyalı yazıçı Nquqi va Thionqo 7.00 əmsalla 2-ci, əlcəzairli Assia Djebar 11.00 əmsalla 3-cü pillədə yer alıb. Belarus Svetlana Aleksijevitj, amerikalı Joyce Karol Oates və norveçli Con Fosse 13.00 əmsalla müvafiq olaraq 4, 5 və 6-cı yerləri bölüşürlər.

Suriyalı Adonis (Əli Əhməd Səid Əsbar), çex Milan Kundera və amerikalı Filip Rot hərəyə 17.00 əmsalla 7, 8 və 9-cu sırada qərarlaşıblar.

İllərdir siyahıda var-gəl edən macar Peter Nadas 21.00 əmsalla onluğu tamamlayır.

İtaliyalı Umberto Eko (34.00), israilli Amos Oz (34.00), britaniyalı Salman Rüşdi (51.00) və amerikalı Bob Dilan (51.00) onluqdan kənarda qalıblar.

İsveç Kral Akademiyasının 1901-ci ildən təqdim etdiyi Nobel Ədəbiyyat mükafatı keçən il kanadalı yazıçı Elis Munroya verilb.

Mükafatın builki qalibinin adı oktyabrın 6-da açıqlanacaq.

***

Son illərin bukmeker kontorlarının təqdim etdiyi əmsallarla hərəkət etsək şəriksiz favorit H.Murakamidən sonra, 2-ci yerdə qərarlaşan şəxsin Nobeli qazanacağı qənaətinə gələ bilərik. Eynən Mo Yan və Elis Munroda olduğu kimi. Onlar H.Murakimini qarabaqara izləyirdilər. Nəticədə mükafatı da onlar qazandılar.

“Ladbrokes” bukmeker kontorunun mətbuat katibi Aleks Donohue isə əksəriyyətin pul qoyuluşlarını H.Murakimidən sonra 2-ci yerdə qərarlaşan, 33.00 əmsaldan 7.00 əmsala qədər böyük sıçrayışla irəliləyən keniyalı yazıçı Nquqi va Thionqoya etdiyini söyləyib. Ancaq hər il H.Murakamini qalibiyyət kürsüsünə daşıyan bukmeker kontorları 2-ci pillədəki keniyalının adını nəyə görə bu qədər qabardır? Bax bu addım insanların beynini qarışdırır.

Yuxarıda dediyim kimi, A.Donohuenin sözlərinə və son illərin praktikasına inansaq keniyalı yazıçının qalib gələcəyi heç kimdə şübhə doğurmur. Bəlkə də bukmeker kontorları oyun həvəskarlarının praktikadan çıxış edərək 2-ci sıradakı keniyalı yazıçıya qoyuluş edəcəyindən duyuq düşüb? Və qabaqlayıcı addım kimi, Nquqi va Thionqonun qalibiyyətini önə çəkir? Hər şey mümkündür. Belə olan halda isə, son illərin dəyişməz favoriti H.Murakimi unudulur və arxa plana keçir.

Son illər Nobel Ədəbiyyat mükafatının qaliblərinin adını eşidənlər – istər sanballı yazıçılar, istər sıravi oxucular olsun, ağız büzürlər. Böyük kütlənin Nobeli haqq edən şəxslərə verilməməsi fikri dəyişməz olaraq qalır. Görəsən, İsveç Kral Akademiyası diqqətləri H.Murakiminin üzərindən götürməklə və keniyalı yazıçının qalib gələcəyini tirajlamaqla nüfuzunu bir xeyli itirmiş Nobel Ədəbiyyat mükafatının əzəmətini bərpa etmək istəyir?

Hər halda, nə desən olar. Amma bu məsələdə bukmeker kontorlarının da marağı yox deyil. Bir düşünün, qumarı oynadan qazanır axı... Burada İsveç Kral Akademiyası və bukmeker kontorlarının birlikdə hərəkət etməsi də diqqətdən qaçmır. Axı hansı bukmeker kontoru konkret qalibin adını çəkib, pul itirmək istəyər? Heç keniyalı yazıçıya verilən 7.00 əmsalı da kiçik rəqəm deyil. Keniyalı variantının arxasında H.Murakimiyə verilən əmsalı gün keçdikcə daha da kiçiltmək və gələcək qalibə daha az pul qoyuluşları qəbul etmək niyyəti də dayana bilər. Məhz son illərin praktikası bunu deyir. Hər dəfə bağlı qapılar arxasından Haruki Murakaminin adının səslənəcəyini gözləyən nə qədər insan yanılıb?! Bu yaxın tarixin söhbətidir. Son nəticədə yaponiyalı yazıçı dekabrda qələbə nitqi ilə çıxış etməyə keçən illərə nisbətən daha yaxındır.

Digər tərəfdən Nobel Ədəbiyyat mükafatı heç vaxt ard-arda qadınlara təqdim edilməyib. Nəzərə alaq ki, keçən il mükafatı qadın qazanıb. Həm də Yaponiyaya düz 20 ildir ki, Nobel Ədəbiyyat mükafatı verilmir. Sonuncu dəfə Yaponiyadan Nobel Ədəbiyyat mükafatını 1994-cü ildə Kenzaburo Oe qazanıb. Bu fakt da H.Murakaminin qələbəsini şərtləndirən amil sayıla bilər.

Keniyanın Afrika ölkəsi olduğunu nəzərə alsaq, Nobel Ədəbiyyat mükafatı sonuncu dəfə, 2003-cü ildə Cənubi Afrika Respublikasından olan yazıçı Con Maksvell Kutzeeyə verilib. O cümlədən, son iki Nobel Ədəbiyyat mükafatı Çin və Kanadaya verilib ki, bu 2 ölkə tarixlərində ilk dəfə bu mükafata sahib olub. Keniyanın da adı ilk dəfə siyahıya əlavə oluna bilər.

Nquqi va Thionqo 1977-ci ildə həbs olunub, inqilabçıdır, diktatura əleyhinə romanlar, hekayələr yazıb. O, bir növ demokratiya carçısıdır. Belə olan halda isə keniyalı yazıçı Nquqi va Thionqonun da Nobel olimpinə qalxması başa düşüləndir.

Çoxları isə Adonisin qələbəsini daha real görür. Ancaq 2011-ci ildə “Ərəb baharı”-nın tüğyan etdiyi bir vaxtda mükafatı isveçli şair Tomas Tranströmerə uduzan suriyalının şansları o qədər də yüksək deyil. Bəlkə, o, Bəşər Əsədi söysün?! Artıq gecdir...

Bax belə, Nobel Ədəbiyyat mükafatının verilməsinə sayılı günlər qalır. Bircə qalır bağlı qapılar arxasından ədəbiyyatın qalib gəlməsi xəbərini gözləmək...

Oxşar xəbərlər

Xəbər lenti

Azərbaycanlı alimin kitabı Avropa dillərində nəşr olunacaq
18:37 09 İyul 2020
Uşaqlar üçün tamaşa
17:56 09 İyul 2020
Təranə Vahidin Türkiyədə çap olunan hekayəsi: "Durna adam"
17:15 09 İyul 2020
Qızını ərə verən atanın ölümü
16:26 09 İyul 2020
İspaniyada Haqverdiyevə həsr olunmuş poçt markaları buraxıldı
15:47 09 İyul 2020
Qadına görə başına bəla gələn məşhurlar
15:08 09 İyul 2020
Məşhur sənətçi prezidentliyə namizəd olacaq
14:19 09 İyul 2020
Yaltaqlıq ən perspektivli valyutadır - Qorxmaz Quliyev yazır...
13:30 09 İyul 2020
Uşaq təbəssümü
12:53 09 İyul 2020
Qorxu və təşviş insanı necə formalaşdırır? – Nazlı Əmirova ekzistensializmdən yazır...
12:30 09 İyul 2020
Bəhram Bağırzadənin həyat yoldaşı: "Hələ danışa bilmir"
11:48 09 İyul 2020
Cinsi yanğısını Facebookda söyüşlə soyudanlar
11:19 09 İyul 2020
Son 200 ilin ən yaxşı qəzəli – Mətn
10:46 09 İyul 2020
Elton Conun şərəfinə sikkə hazırlandı
10:09 09 İyul 2020
Sovet ordusunda üsyan edib almanlar tərəfə keçən azərbaycanlı - Amerikadan yazırlar...
09:01 09 İyul 2020
Moskvada teatrlar avqustun 1-dən açılır
18:54 08 İyul 2020
Uşaq tabutunda basdırılan kişi - Günel Natiqdən yeni hekayə
18:22 08 İyul 2020
Son 10 ilin ən yaxşı qorxu filmləri - Siyahı
17:49 08 İyul 2020
Venesiya Film Festivalı əvvəlki qaydada keçiriləcək
17:10 08 İyul 2020
Qarabağda “iki” alıb, sinifdə qaldığım Vətən - Ramiz Qusarçaylıdan şeirlər...
16:23 08 İyul 2020