news-inner
clock15:10 calendar-gray 16 Sentyabr 2014 view-gray1737 dəfə oxunub
view-gray1737 dəfə oxunub

Əzabları da şirin idi o sevginin, göz yaşları da-“90-lar" layihəsi

90-ları xatırlayanda içimdə şirin və acı xatirələr bir-birinə qarışır. Həm gülümsəyir, həm kədərlənirəm. Hönkür-hönkür ağladığım, qəhqəhə ilə güldüyüm anlar olur.

90-lar mövzusunda zaman-zaman yazmışam. 90-lar özü yazdırıb, yaşadıqlarımız, gördüklərimiz yazdırıb. Bu dəfə Qanturalı yazdırır. Nələr düşmür yada, nələr yaşamadıq ki... Hər şey bir yana, bir ömürdə, məhz 90-cı illərdə iki ictimai formasiya gördük, birindən o birinə keçdik.

Ona qədər uşaqlıq, yeniyetməlik idi və biz 1 Mayı, 9 Mayı, Oktyabr İnqilabını bayram edirdik, parada gedirdik. Əllərimizdə sovet bayrağı, dilimizdə “Qoy, həmişə sülh olsun”, “Bütün ölkələrin proletarları birləşin”, “XXVII qurultayın qərarlarını həyata keçirək” kimi şüarlar.

“Kəndimiz”, “Dəli Kür”, “Sülhə gəlin, ey insanlar” mahnılarını parada gedərkən, özfəaliyyət kollektivlərində ifa edir, evdə Co Dasseni, “Modern Tokinq”i, Alla Puqaçovanı, (xüsusən də “Milliyon roz”, “Starınnıe çası”) dinləyirdik.

Sovet filmlərini çox sevərdik, hamımız Mixaylo, Banivur, Zoya Kasmedanyanskaya, Ovod, Ştirlis, “Burada üfüqlər sakitdir” filmindəki starşina, yaxud həmin 9 qızdan biri olmaq istəyirdik. Filmlər bizə müharibəni də sevdirmişdi, Sovet ölkəmiz qədər. Elə bilirdik müharibələr elə həmin filmlərdəki kimi romantikdir-orda ölmək də gözəldir.

Elə deyilmiş, bunu da bizə 90-lar göstərdi. Göstərdi ki, müharibə işğal olunmuş torpaqlar, tapdanmış namuslar, şəhid məzarlıqları, yetim qalmış balalar, övladlarını itirmiş gözüyaşlı ata-analar, qanın su yerinə axıdılması, nəhayət bütün bunların fonunda ədalətsizlikdir. Bəşəriyyətin ən böyük ədalətsizliyi. Bununla belə tələbəliyimizin ilk illərində müharibəyə getmək üçün ərizə də verdik. Qəhrəman olmaq, düşməni torpaqlarımızdan qova bilmək gücümüzə əmin idik, belə tərbiyə olunmuşduq. Təzadlı Sovet dönəmində böyümüşdük. Həm humanist, mərhəmətli idik, həm də düşmənə amansız. Bizim üçün sülh önəmli idi, həm də işğalçı dövlətdə yaşayırdıq. Azadlığı, beynəlmiləlçiliyi əlində şüar edən, amma həm də başqa millətlərin azadlığını, dilini, dinini əlindən alan bir imperiyanın vətəndaşları idik.

Bütün bu qovhaqovun, təzadların, qıtlığın, sıxıntının, çörək növbələrinin, bir millət arasında müxtəlif yönlərə parçalanmanın içində həm də sevirdik, sevgimiz saf və romantik idi. Konkret cavab lazım deyildi biz sevdiyimiz adamdan, onu illərlə xəyal edib, arzusuyla yaşayırdıq və sadəcə sevirdik. Əzabları da şirin idi o sevginin, göz yaşları da. Sevgimizi yalnız Sezen Aksunun “Bəlalım”, Barış Mançonun “Unutamadım”, İbrahim Tatlısəsin “Hasret qaldım”, Fateh Ərkoçun “Ellerim bomboş” mahnıları ilə ovudurduq. Şənlənəndə həm Oleq Qazmanovun “Eskadron” mahnısına oynayardıq, həm də Sezen Aksunun “Şinanay”ına.

Yanağında nar çiçəyi

Sən qızların ən göyçəyi

Sən ellər gözəlisən

“Sevil” mahnısı da sevimlilər siyahısında idi, yaxşı diskoteka mahnısıydı.

Bu diskoteka üçün yararlı yeganə Azərbaycan mahnısı idi. Əslində, artıq daha çox türk mahnılarına meyl yaranmışdı. Bu siyasətdə də belə olmağa başlamışdı, amma siyasətdən yazmayacam. Lənətə gəlsin bütün dövrlərin siyasəti, xüsusən də 90-ların iyrənc, kimlərinsə mənafeyi xalqın, millətin, dövlət mənafeyindən üstün tutulan siyasi gedişi.

Həddən artıq patriot idik. 20 yanvarı ona görə şərəflə yaşadıq. Cavanşir Quliyevin “Əsgər marşı” bizi birbaşa Qarabağa aparmağa qadir idi, hərçənd əti, yağı talonla, çörəyi növbələrlə alırdıq.

Həmin o vətəni sevəcək ürəyimiz vardı. İndi hər şey var, heç nə talonla deyil, vətən sevgisindən qeyri, çox təəssüf ki.

90-larda tələbəlik yaşamaq bir başqa zövqi-səfa oldu. Qanlı-qadalı, amma sevgili, səmimi, isti, bütün riyakarlıqlardan uzaq insani münasibətlər vardı. Çantamızdakı son qəpiyi dostumuza verərdik, çünki dostluqlar real idi. Soyuducuda qalan son bəhməz bulantısını bankanın dibindən siyirib çəkdiyimiz çörəyi otaqda və hətta üzbəüz otaqdakı qızlarla bölüb yeyərdik. Çox qısa bir vaxtda avtobuslarda pulsuz gedib-gəldik, tələbə biletimiz göstərməklə. Oğlanların qızları göz-bəbəkləri kimi qoruduqları vaxtlar idi. Qrup yoldaşları olan qızlara başqa ali məktəbin, yaxud küçədən keçən oğlanlar söz belə deyə bilməzdi. Qrup oğlanlarımızla kinoya gedərdik. O qədər etibar edirdik onlara ki, oğlanların girişi qadağan olunan tələbə yataqxanamızda komendantla dil tapıb qrup oğlanlarımızı dəvət edib yeni ili birlikdə qarşılayardıq. Cəbhədə döyüşən Laçınlı Həmidə də icazə almışdıq komandirindən, süfrəyə əl uzatmadan onun çatmasını gözləyərdik. Səhərə yaxın Bakıya çatmışdı, bizim yeni ilimiz gəlmişdi artıq, Həmidi əlimizdən alacaq həmin il. Şəhid yalnız o, deyildi bizim üçün. Günümüz Şəhidlər Xiyabanında keçərdi. Sinif, qrup yoldaşlarımız, əzizlərimiz vardı orda.

90-ı xatırlayanda içimdə şirin və acı xatirələr hamısı bir-birinə qarışır. Həm gülümsəyir, həm kədərlənirəm. Hönkür-hönkür ağladığım, qəhqəhə ilə güldüyüm anlar olur. Elə yaşadığım 90-larda olduğu kimi.

Oxşar xəbərlər

Xəbər lenti

“Qara dul qadın” filminin premyerası təxirə salındı
18:41 24 Sentyabr 2020
Bəxtin gətirmirsə, deməli...
18:04 24 Sentyabr 2020
Mən ki Allah deyiləm, uşaqları aldadım... – Yeni imza
17:25 24 Sentyabr 2020
Nərgiz Cəlilovaya yeni vəzifə verildi
16:43 24 Sentyabr 2020
Qəbul imtahanında hönkür-hönkür ağlayan qız - Ayxan Ayvaz yazır
16:01 24 Sentyabr 2020
“Yaş keçəndə yuxular da əzab verir” - Cavanşir Yusifli ilə ad günü söhbəti
15:20 24 Sentyabr 2020
Qarabağ icmasında Şərif Ağayarla görüş keçirilib
14:25 24 Sentyabr 2020
Bu məşhurların övladları ali məktəbə qəbul olundu - Siyahı
14:06 24 Sentyabr 2020
Ebru Gündeşin atası vəfat etdi
13:12 24 Sentyabr 2020
Tələbəsinə evlənmək təklifi etdi, bacısı qızını imtahandan kəsdi, müəllimlər ona salam vermədi – Vurğun Əyyubdan maraqlı faktlar
12:30 24 Sentyabr 2020
Sənə saxladığım duzlu öpüşlər... - Şeir
12:11 24 Sentyabr 2020
Kukla Teatrı "Çəkməli pişik" tamaşasını onlayn nümayiş etdirəcək
11:30 24 Sentyabr 2020
Universitet müəllimimə yazdığım sevgi məktubu
10:52 24 Sentyabr 2020
Məşhur müğənni vəfat etdi
10:27 24 Sentyabr 2020
Gənc şairin ilk kitabı çap olunub
09:42 24 Sentyabr 2020
Səməd Vurğun 50 yaşında ölməyibmiş – Filosof yazır...
08:58 24 Sentyabr 2020
Məmməd Aslana halallıq - Şərif Ağayar yazır...
20:57 23 Sentyabr 2020
"Qəlbimin palitrası"ı təqdim olunacaq
18:51 23 Sentyabr 2020
10 ilə çəkilən film - Video
18:12 23 Sentyabr 2020
Atamın gələ bilmədiyi günlərdən çıx gəl - Fəridədən müharibə şeirləri
17:29 23 Sentyabr 2020