Dini fanatizmin zəhərlədiyi şagirdlər

Dini fanatizmin zəhərlədiyi şagirdlər
1 may 2019
# 14:12

Kulis.az Səhər Əhmədin “Dinə doğru yox, fanatizmə qarşı” yazısını təqdim edir.

Son günlər orta məktəblərdə din dərslərinin keçirilməsi xəbərinə cəmiyyət müxtəlif reaksiya verməkdə davam edir. Və qəribəsi də odu ki, ən çox etiraz edən iki bir-birinə əks olan zümrə ateistlər və ilahiyyatçılardı. Ateistlər təbii olaraq, öz övladlarının dini bilgiylə yüklənməsindən, ilahiyyatçılar isə öz növbəsində dinin yanlış tədris olunmasından narahatdır.

Burda qızıl orta mövqeyini nəzərə alıb hər iki tərəfə izah eləmək lazım gəlir:

1. Orta məktəblərdə ilahiyyat dərslərinin keçirilməsi yox, “Həyat bilgisi” fənninin daxilində dinlərin tarixini öyrənmək təklif olunur.

2. Bu, əgər tədris düzgün keçirilərsə, şagirdləri dinə yönəltməkdən daha çox, fanatizmdən uzaqlaşmağa hesablanıb və ya hesablanmalıdır.

Maddələrin sayını istənilən sayda artırmaq mümkündür, ümumilikdə isə onu deyək ki, dini fanatizm, müxtəlif zərərli təriqətlər onsuz da məktəblərimizə daxil olub, bunun qarşısını almaq üçün şagirdlərə sağlam dini biliklər verilməsi dinin üstündəki qadağa cazibəsini və sehrli pərdəni qaldırmaq deməkdi. Əlbəttə, ailədən düzgün istiqamət almış məktəblilərin buna ehtiyacı olmaya bilər, ona görə də ziyalıların, ateistlərin bu məsələyə münasibəti birmənalıdır.

Lakin söhbət evdən yanlış dini bilgilərlə doldurulmuş, fanatizmin artıq zəhərlədiyi, təriqətlərin qurbanı olmağa hazır olan övladlarımızdan gedir, körpə yaşlarında hicab geyinməyə məcbur edilən, bütün ramazan ayı boyu parta arxasında ac oturan tifillərdən. Onları qorumaq, düzgün yönəltmək üçün hansısa tədbirə çoxdan ehtiyac var, istər bunun adını “elmi ateizm” qoyun, istər “din tarixi”.

Fanatizmə, cəhalətə qarşı gözəl əsərlər yazmış klassiklərimiz dini təhsil almışdılar, amma çağdaş dövrdə din adı altında dəhşətli hadisələr törədənlər dünyəvi təhsil alanlardı.

O, artıq başqa məsələdir ki, bu işin təşkili, dərslik, proqram, kadr məsələsi zərgər dəqiqliyi tələb edir.

Övladına düzgün tərbiyə verməyə intellekti çatan valideynlər, gəlin ancaq öz balalarımızı düşünməyək, öz balalarımızın yaşayacağı toplumu da saflaşdırmağa çalışaq.

# 3096 dəfə oxunub

Oxşar xəbərlər

Tənqid darıxan insanın ucuz əyləncəsidir

Tənqid darıxan insanın ucuz əyləncəsidir

12:00 19 aprel 2025
Hardadır o nazirliklər, birliklər, ittifaqlar?

Hardadır o nazirliklər, birliklər, ittifaqlar?

21:00 14 aprel 2025
"Cəmiyyətdə  danabaşlaşma halları çoxalmağa başlayıb"

"Cəmiyyətdə danabaşlaşma halları çoxalmağa başlayıb"

18:15 9 aprel 2025
Allah o qədər bikar deyil

Allah o qədər bikar deyil

17:00 7 aprel 2025
Mehriban Ələkbərzadə nə edib?

Mehriban Ələkbərzadə nə edib?

15:00 7 aprel 2025
Dövrümüzün Mirzə Cəlili Elgiz Əkbər

Dövrümüzün Mirzə Cəlili Elgiz Əkbər

12:00 7 aprel 2025
#
#
# # #