Sən Vətənsən

Sən Vətənsən
20 iyun 2017
# 12:35

Kulis.az tanınmış yazıçı Elçin Hüseynbəylinin əsgər məktubunu təqdim edir.

Salam, əsgər! Mən əsgər məktubları yazmazdan əvvəl onları oxumuşam. Məndən qabaq dörd qardaşım vardı. Məktublar ənənəvi başlayırdı: Əvvəla, birinci salam! İkinci salamdan sonra mənim əhvalımı xəbər almaq istəsəniz, mən sağ və salamatam, sizin də sağ və salamat olmağınızı təbiətin var qüvvəsindən arzu edirəm...Təxminən beləydi. Özüm əsgər olanda məktuba yaradıcı yanaşırdım, onu bir neçə hissəyə bölürdüm. Əvvəlcə şəxsi xəbər verirdim, sonra rəsmi xəbərə keçirdim, lap axırda mədəniyyət xəbərlərini və hava proqnozunu çatdırırdım. Mən Sibirdə xidmət eləmişəm: piyada qoşunlarında. Soyuğun, aclığın, darıxmağın, qorxunun nə olduğunu yaxşı bilirəm. Məndən olsaydı, sənə deyərdim ki, ölümdən qorx və bunu etiraf eləməkdən çəkinmə. Hamı ölümdən qorxur. Bəziləri onun mahiyyətini sona qədər anlamır, bəziləri öləcəyinə inanmır, bəzilərisə sadəcə axmaqdır. Ölümdən qorxmaq zəiflik əlaməti deyil. Sadəcə ölməmək üçün öldürməlisən! Müharibənin qanunları belədir. Düşməndən qorx. Çünki o məkrlidir... Silah yalnız döyüş meydanında işlətmək üçündür. Silah hücumdan çox, müdafiə üçün düşünülüb. Sən əlində silah vətəni, bizi qoruyursan. Bizimlə birlikdə bəşəriyyətin bir hissəsini. Silahsıza əl qaldırma. Uşaqları, qocaları və qadınları qoru. Səninlə yad dildə danışan sənin düşmənin demək deyil. Sənin torpağına soxulanın da hamısı düşmən deyil, sadəcə nə elədiyini bilməyənin birisidir. Ona görə də “nə etdiyini biləndən yox, bilməyəndən qorx deyiblər.” Vətəni qoru, axı vətən də səni qoruyur. Bil ki, vətən yaxşıların çiynində ucalır. Yaxşı əsgər vətənin özü deməkdir. Biz sənə və vətənə güvənirik! Sən vətənsən, əsgər, Vətən!

20.06.2017

Qeyd: Siz də Azərbaycan əsgərinə ürək sözlərinizi yazmaq istəyirsinizsə, esgeremektub.com saytına daxil olun və məktubuzu yazın. Məktublarınız 26 iyun – Silahlı Qüvvələr Günündə əsgər və zabitlərimizə çatdırılacaq.

# 2567 dəfə oxunub

Oxşar xəbərlər

Qarabağı hansı uşaqlar azad etdi?

Qarabağı hansı uşaqlar azad etdi?

13:14 14 sentyabr 2024
Baboşun villasından alimin zirzəmisinə

Baboşun villasından alimin zirzəmisinə

15:00 26 avqust 2024
"Elə bildim, narkoman olmuşam..." - İlham Əziz

"Elə bildim, narkoman olmuşam..." - İlham Əziz

17:25 2 avqust 2024
Səkinə dayıqızı naynay

Səkinə dayıqızı naynay

13:00 1 avqust 2024
Vida məktubu

Vida məktubu

16:30 25 iyul 2024
Çöpçülük ilahi vergidir, yoxsa fırıldaq?

Çöpçülük ilahi vergidir, yoxsa fırıldaq?

15:00 25 iyul 2024
# # #