Qadınlar niyə ağılsızdır?

Qadınlar niyə ağılsızdır?
21 iyun 2017
# 10:34

“Əgər bütöv bir cinsin ən görkəmli nümayəndəsinin belə incəsənətdə həqiqətən də böyük, dahicəsinə və orijinal bir şey yaratmadığını, yaxud dünya üçün əbədi dəyərə malik olan heç bir töhfə vermədiyini nəzərə alsaq, qadınlardan nə isə fərqli bir şey gözləmək olmaz. Bu, rəsmə münasibətdə daha da pisdir; bu sənətin texnikası bizim olduğu qədər onlar üçün də əlçatandır. Ona görə də bu sahədə daha səylə çalışırlar. Amma yenə də fəxrlə göstərə biləcəkləri bir əsər yoxdur; çox sadə bir səbəbə görə ki, gərəkli və rəsm üçün birbaşa vacib olan düşüncə obyektivliyi qadınlarda çatışmır. Onlar həmişə subyektiv olanın üzərində vurğu edirlər. Buna görə də sıradan qadınların rəsmlərə ümumiyyətlə həssaslığı yoxdur: çünki “təbiət heç vaxt hoppanmır”. Hələ Uarte 300 ildir məşhur olan kitabı “Elmlərə yönəlik qabiliyyətlərin tədqiqi” əsərində iddia edir ki, qadınlar daha yüksək qabiliyyətlərə malik deyillər.”

Bunlar Artur Şopenhauerin “Qadın haqda qeydlər”indəndir. Tək bu deyil, zaman-zaman ciddi fikir adamları, filosoflar yazıçılar qadın mövzusuna belə rasist yanaşmalar ortaya qoyublar. Və müasir fikir, yazı adamları, “o boyda filosofun” yazdıqlarını bir əsas kimi tirajlayıblar. Amma tək qadın məsələsidirmi? Faşizmə nə qədər yazıçı haqq qazandırdı? Ya ki quldarlığa? Artur Rembo qul ticarəti işinə qoşulmamışdımı? Amma bu o demək deyil ki, quldarlıq düzgündür ya da faşizm mütərəqqi idi.

Amma tənqid tənqiddir. Hər necə olursa olsun. Bir qayda olaraq belə bəsit tənqidlər nəticəyə əsaslanır: Elm, ədəbiyyat, fəlsəfə sahəsində ortaya ciddi nəticə qoymuş qadınlar barmaqhesabı qədər azdır. Və bu nəticəyə əsaslanan “ifşaedici” tənqidə görə, bu qadının bioloji olaraq “yarımçıq” məxluq olmasına, bədii və analitik təfəkkürünün olmamasına, təbiətən müdriklik və düşüncədən qıtlıq çəkdiklərinə görədir.

Nəticəyə əsaslanan tənqid səbəbləri görməzdən gəlir və rasizmə, seksizmə, bəsitliyə yuvarlanır, cəmiyyətdə onsuz da hökmran olan maskulinizmə bəraət qazandırır. Əlbəttə ki, ən azı 23 əsr tamhüquqlu insan saymadıqları məxluqdan inkişaf göstəriciləri axtarmaq səmimi yanaşma deyil.

Açıram Aristotelin “Poetika” kitabını. Bu teatr mütəxəssisləri üçün vacib sayılan kitablardandır. Bir yerdə eramızdan əvvəl 5-ci əsrdə, demokratiyanın çiçəklənməyə başladığı Yunanıstanda yaşamış müəllifin belə bir qeydini oxuyuram: “Qəhrəman o zaman xarakterə çevrilir ki, sözdə və əməldə hansısa bir keyfiyyət qazansın, məsələn nəciblik. Sonuncu hər bir kəsə aid ola bilər. Hətta qadın və qul da nəcib ola bilir, halbuki, hər ikisi aşağı, alçaq məxluqlardır”. Qəbilə və xalqların adətlərindən misal gətirmirəm. Mədəniyyətin, demokratiyanın çiçəkləndiyi qədim Yunanıstandan hesablamağa başlayıram 23 əsri.

E.Reklyunun “İnsan və torpaq” kitabından belə bir hissə oxumuşdum: Qədim kannibalist tayfalarda kahinin dini mərasimdən sonra yeyilmək üçün seçdiyi kök qəbilə üzvü seçilən andan sonra özünə insan kimi yox, yeriyən ət parçası kimi yanaşırmış, hətta bədənilə bişirmək üçün tərəvəz də toplayırmış.

Göstərilən münasibətin insanın özünə olan münasibəti dəyişməsi haqda parlaq bir misaldır. XX əsrin ikinci yarısında səs hüququ qazanan qadın elmə, mədəniyyətə, incəsənətə nə töhvə verib sualına beləcə cavab vermək olar: o öz bədəni ilə bişirmək üçün tərəvəz yığdığı üçün elə də çox töhfə verə bilməyib. Gərək bağışlayasınız. Bu qeyri-ciddi suala məhz belə cavab lazımdır...

Yeni dalğanın kinorejissoru Jan Lük Qodarın “xalq hakimiyyətə gəlir” film ideyası bir fantaziya olaraq gələcəkdən yox, tarixdən xəbər verir: “Birinci hissə: hakimiyyəti sosialistlər ələ keçirir. İkinci hissə: Sosialistləri qadınlar devirir. Üçüncü hissə: qadınları uşaqlar devirir. Dördüncü hissə; uşaqları heyvanlar devirir...

# 2146 dəfə oxunub

Oxşar xəbərlər

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

13:20 7 noyabr 2024
Seyid Əzimi kim qətlə yetirmişdi?

Seyid Əzimi kim qətlə yetirmişdi?

17:00 15 oktyabr 2024
Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

11:30 23 sentyabr 2024
Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

12:00 19 sentyabr 2024
Qarabağı hansı uşaqlar azad etdi?

Qarabağı hansı uşaqlar azad etdi?

13:14 14 sentyabr 2024
Baboşun villasından alimin zirzəmisinə

Baboşun villasından alimin zirzəmisinə

15:00 26 avqust 2024
# # #