Məktəbin məzara atdığı Elina

Məktəbin məzara atdığı Elina
11 aprel 2019
# 11:03

Elina ilə bağlı məktəb, səhiyyə, din öz sözünü deyib. Yəni məktəb, xəstəxana, məscid. Növbə dövlətindi. Yəni prokurorluq, məhkəmə və məhbəsin.

AR CM Maddə 125.: Özünü öldürmə həddinə çatdırma

Təqsirkardan maddi, xidməti və ya sair cəhətdən asılı olmuş zərərçəkmiş şəxsi onunla amansız rəftar etmə, onun ləyaqətini mütəmadi olaraq alçaltma, ona hədə-qorxu gəlmə yolu ilə özünü öldürmə və ya özünü öldürməyə cəhd həddinə çatdırma — üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Bəlkə də Elina böyüyüb yaxşı həkim, ya da elə yaxşı müəllim olacaqdı. Dövləti təmsil edən həkimlər və müəllimlər onu öldürməsəydilər. Məktəbin xəstəxanaya, xəstəxananın da məzara atdığı Elina...

Allah tez -tez insanlara özünün varlığını sübut etməyə borclu deyil. Çünki inanclılar Onu qəlblərinin gözü ilə hər an görə bilirlər. Amma dövlət, ürəklə-könüllə dərk edilən məsələ deyil. Dövlət hər addımda öz vətəndaşına varlığını sübut etəmkdə və "mən sənin arxandayam" mesajı verməkdə borcludur.

Əgər bu ölkədə doğrudan da islahatlar gedirsə, indi vətəndaşın o islahatlara inamının taleyi həm də bu qızcığazın ölümü ilə bağlı günahkarların cəzalandırılmasından asılıdır ("Müəllimlər”in və "həkimlər”in).

Şəxsən mən inanmaq istəyirəm ki, bu məsələ obyektiv həllini tapacaq, günahkarlar cəzalanacaqlar.

Ən azı ona görə ki, nə bu qızcığaz erməni dəyirmanına su tökürdü, nə də o direktor (eləcə də Elinanı incitdiyi iddia olunan oğlan - 11-ci sinif şagirdi) və o həkimlər keçmiş milli təhlükəsizlik naziridilər...

Yəni məzara gedən gedib, qalıb həbsxanaya getməli olanlar.

Əks halda belə hadisələr yenə olacaq, necə ki, əvvəllər olub:

Xəstəxanaya jurnalist düşdü, həkimlər dedi yoxlamışıq, heç nəyi yoxdu. 2 gündən sonra jurnalist öldü. Həkimlər bir-birinin üstünə atdılar günahı. Məlum oldu ki, adam xəstəxanaya qəbul ediləndə müayinə olunmaybmış.

İndi də eyni hadisə məktəbli ilə baş verdi.

Birinci hadisədə həkimlər cəzalansaydı, ikinci hadisə olmazdı. Həkimlər heç olmasa, tutulmaqdan qorxub məsuliyyətli olardılar. Ölməzdi o uşaq. Halbuki bu ikinci hadisə də deyil.

Dövlətin həbsxanasında narkoman da, rüşvətxor məmur da, jurnalist də olar əlbəttə. Amma həkim də, müəllim də olar. Burda ayıb bir şey yoxdur.

Yəni, məktəblisi özünü pəncərədən atan cəmiyyətin müəlliminin, həkiminin həbsxanaya atılmaması ayıb olmalıdır.

P.S. Google də "Elina" yazdım. Xeyli gözəl xanım şəkli çıxdı. Heç biri də məktəbli deyildi. Hamısı böyük idi yəni. Bircə 162 saylı məktəbin sevib bağrına basaraq öz şagirdinə çevirə bilmədiyi və pəncərəsindən atıb böyüməsinə imkan vermədiyi Elinadan başqa...

Mənbə: https://www.facebook.com/ilqar.rasul

# 5769 dəfə oxunub

Oxşar xəbərlər

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

13:20 7 noyabr 2024
Seyid Əzimi kim qətlə yetirmişdi?

Seyid Əzimi kim qətlə yetirmişdi?

17:00 15 oktyabr 2024
Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

11:30 23 sentyabr 2024
Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

12:00 19 sentyabr 2024
Qarabağı hansı uşaqlar azad etdi?

Qarabağı hansı uşaqlar azad etdi?

13:14 14 sentyabr 2024
Baboşun villasından alimin zirzəmisinə

Baboşun villasından alimin zirzəmisinə

15:00 26 avqust 2024
#
#
# # #