Eh, nə qədər günahkar havalara köklənib bu çarpayı...

Eh, nə qədər günahkar havalara köklənib bu çarpayı...
26 aprel 2013
# 07:45

***

Sənə bir etiraf borcu qalıb dilimin ucunda,
hər dəfə qara gözlərinə baxanda
kilidlənir dodaqlarım,
yarımçıq söndürdüyüm siqaretlə
sönür içimdəki arzu,
başqa sözlər gəlir dilimə,
ovcundan su içən quşa dönürəm,
həkim seansıdır sənlə hər görüş,
amma sən deyənə əməl etmirəm,
hələ də gizlicə səni sevirəm...

***

İçimdə azad sevginin
çölündə məhbus kimiyəm,
xeyrimə işləmir zaman...

İçimdə azad sevginin
çatmayan havası sənsən,
saçlarını yellədən özgə havadı amma...

İçimdə azad sevginin
qəfəsində quş kimiyəm,
içimdəki qapının
qulpu çöldən qırılıb,
içimlə çölümün arasında
didərgin hisslərim
sənin əlinlə vurulur...

İçimdə gizlədə bilmirəm gözlərimi,
gözlərimdən vurma barı,
əllərim zəifləyib,
gözlərimi tuta bilmir...

***

qanadı qırılaydı arzuların,
uçdular uçuruma sarı,
taleyin ovcunda bir ovuc dən imiş
ümid dediyin,
sən mənə ümiddən bir addım yaxın,
sən mənə arzudan on addım gensən...
nəfəsimlə ölçürəm
uçurumun boyunu,
sən baxma üzü aşağı,
nəfəsim səni çəkər,
qaliblər rəhm etməz qurbanına...

qanadı qırılaydı arzuların,
onların ardınca uçdum bu nəfəs ilə...

Unutduğum yerdə

Yaşanmamış mövsüm kimi
qəfil gəldin,
qışın gözlərinə gün düşən çağı...
unutduğum yerdə yaxaladın məni,
küncdəki çarpayıya baxıb doldu gözlərin,
eh, nə qədər günahkar
havalara köklənib bu çarpayı...
məni eşqə
bir məhkumu edama çəkər kimi çəkmişdin,
hər gün səni xatırlaya-xatırlaya
unutmaq istəyirdim günahlarımı,
günahların heç vaxt
unudulmadığını bilə-bilə...
günahım bir evdi,
özüm ev dustağıyam,
qayıdıb gəlmisən,
neyləyə billəm?..
bağla qollarımı bu çarpayıya,
cəzalandır məni, günah mələyi...

# 2476 dəfə oxunub

Oxşar xəbərlər

Messi, Ronaldo, yoxsa Lamin Yamal...

Messi, Ronaldo, yoxsa Lamin Yamal...

10:59 7 may 2025
Tənqidçi sadə söz adamıdır, başqa heç nə...

Tənqidçi sadə söz adamıdır, başqa heç nə...

11:00 27 aprel 2025
İndiki yazıların çoxunu o qəzet-jurnalların qapısından buraxmazdılar - Fəxri Uğurlu

İndiki yazıların çoxunu o qəzet-jurnalların qapısından buraxmazdılar - Fəxri Uğurlu

10:00 26 aprel 2025
Tənqid darıxan insanın ucuz əyləncəsidir

Tənqid darıxan insanın ucuz əyləncəsidir

12:00 19 aprel 2025
Hardadır o nazirliklər, birliklər, ittifaqlar?

Hardadır o nazirliklər, birliklər, ittifaqlar?

21:00 14 aprel 2025
"Cəmiyyətdə  danabaşlaşma halları çoxalmağa başlayıb"

"Cəmiyyətdə danabaşlaşma halları çoxalmağa başlayıb"

18:15 9 aprel 2025
#
#
# # #