Şərifə dəstək yazısı

Şərifə dəstək yazısı
6 iyun 2013
# 10:30

Xalq yazıçılarımız iməcilik təşkil edib xalq yazıçısı olmayan Şərif Ağayarı “Yazıçılar Birliyi” deyilən “məbəddən” hərifləyib qovanda evdə uzanıb adı ölkəmizdə it dəftərində belə olmayan Rudolf Dreikursun bu cümlələrini oxuyurdum: “Həyatımızı və ətrafımızdakı adamların davranışını dəyişdirməyin yolu özümüzü dəyişdirməkdi”. Qəzetdən zəng edib bu məsələyə münasibət soruşan olmasaydı, bəlkə də, xəbərim olmayacaqdı, amma dəqiq bilirəm ki, Şəriflə Rudolf bir-birilərini tanımırlar, hətta tanısalar da, Şərif yüz qramdan sonra bir bəhanə tapıb Rudolfu mütləq döyəcəkdi.

Şərif Ağayar imzasının qədrini öz canından uca tutan beş-altı yazarımızdan biridir. O, tipik Azərbaycan yazıçısıdır. Məsələn, o, ana obrazını elə təsvir edər ki, hamımızın anası ağlar qalar. Onunla çox dalaşmışıq, amma həmişə hansısa misranın, cümlənin uğrunda. Yaşca balaca olsam da, həmişə ona deyirdim ki, bizim xalq yazıçılarının üzərində bir balaca işləsən bunlardan əntiqə Stalin qayırmaq olar.

O, sözü hətta vətənindən də uca tutan bir yazardı. Amma görün xalq-malq yazıçıları onu hansı sözünə görə “məbəddən” qovublar.

Şərif Ağayar: “Fikrət Qoca mənim üçün maraqsız insan və maraqsız şairdir. Doğrudur, hamı kimi onu da oxumuşam, ancaq mən istəyən və mən bilən ciddi ədəbiyyatın həndəvərində bu adda adam yoxdur”.

Xalqaloşkalar: “Repressiya Şərif Ağayarın Fikrət Qocanı təhqir etməsidir: “77 yaşlı bir insan haqqında ölüb demək repressiya deyil? Bu alçaqlıq nümunəsidir və alçaq adamla da məhz bu cür rəftar etmək lazımdır. Alçaq adamın Yazıçılar Birliyində yeri yoxdur. O bir dəfə alçaqlıq etmişdi və biz onu çıxartmışdıq”.

Belə çıxır ki, Yazıçılar Birliyindən 200 manat təqaüd alan Şərif Ağayar alçaqdı, amma 30 ildir orada “ədəbiyyat banditliyi” ilə məşğul olan xalqaloşkalar müqəddəs insanlardı.

Və mən Şərif Ağayara demək istədiyim kəlmə budur: “Kişinin qoluna qandalı da gərək kişi vursun!”.

# 4922 dəfə oxunub

Oxşar xəbərlər

Messi, Ronaldo, yoxsa Lamin Yamal...

Messi, Ronaldo, yoxsa Lamin Yamal...

10:59 7 may 2025
Tənqidçi sadə söz adamıdır, başqa heç nə...

Tənqidçi sadə söz adamıdır, başqa heç nə...

11:00 27 aprel 2025
İndiki yazıların çoxunu o qəzet-jurnalların qapısından buraxmazdılar - Fəxri Uğurlu

İndiki yazıların çoxunu o qəzet-jurnalların qapısından buraxmazdılar - Fəxri Uğurlu

10:00 26 aprel 2025
Tənqid darıxan insanın ucuz əyləncəsidir

Tənqid darıxan insanın ucuz əyləncəsidir

12:00 19 aprel 2025
Hardadır o nazirliklər, birliklər, ittifaqlar?

Hardadır o nazirliklər, birliklər, ittifaqlar?

21:00 14 aprel 2025
"Cəmiyyətdə  danabaşlaşma halları çoxalmağa başlayıb"

"Cəmiyyətdə danabaşlaşma halları çoxalmağa başlayıb"

18:15 9 aprel 2025
#
#
# # #