Pozğun kimdir: Enrikenin fanatı, yoxsa...

Pozğun kimdir: Enrikenin fanatı, yoxsa...
20 iyun 2016
# 10:46

Dünən dünya şöhrətli müğənni Enrike Aqilesiyas Formula-1 çərçivəsində keçirilən konsert proqramı ilə Bakıdakı fanatları ilə görüşdü.

Konsertin başlamasından bir saat keçmədi ki, bütün sosial şəbəkələrdə balaca, cılız qızcığazın ifaçının üstünə atılma səhnəsinin əks olunduğu video paylaşılaraq müzakirəyə qoyuldu.

Videoda azyaşlı qız uşağı səhnəyə atılaraq öz kumirini qucaqlayır. Müğənni isə bütün dünya ölkələrində verdiyi çoxsaylı konsertləri zamanı yaşadığı və artıq adət etdiyi bu rəftarı görər-görməz fanatına sarılır. Onları ayırmağa gələn boynuyoğun mühafizəçilər müğənni ilə xeyli söz güləşdirir, Enrike balaca fanatını onlara vermir.

Bu xoşagələn, səmimi mənzərənin müzakirə olunduğu səhifələrə nəzər saldım. Elə bildim, gənc nəsil bu balaca qızın böyük cəsarətini dəstəkləyəcək, ona təriflər yağdıracaq. Əvəzində ağlasığmaz tənqidlər, iyrənc təhqirlər gördüm.

Cəmiyyətimizin özündən fərqli və daha cəsarətli insanlara qibtə ilə yanaşdığını bilirdim, amma azyaşlı, emosional qızcığazın ailə üzvlərini, mənliyini, nəslini, varlığını bu qədər təhqir edə biləcəyimiz ağlıma gəlməzdi.

İctimai qınaq budurmu? Niyə bizim ictimai qınağımız bu qədər şikəst və xəstədir?

“Azərbaycan qızına yaraşmaz” yazan adamın profilinə girirəm. Bəyəndiyi səhifələr içində “Azərbaycan xanımı adına ləkə olan” bütün müğənnilərin səhifələri var. Niyə? Məgər qeyrət anlayışı sürüşkəndir? Şəkil dəyişə bilir? Kumirinin qucağına atılan uşağa pozğun deməyə necə dilləri gəlir?

Adını bilmədiyim o kiçik qız, yəqin ki, uşaqlıqdan Enrikenin mahnılarını dinləyir. O qız, yəqin ki, illərdir kumirinin Bakıya gələcəyi xəyalı ilə yaşayır. Enrikeyə toxunmaq, onunla təmasda olmaq o qızın balaca dünyasının ən böyük arzusu olub. İndi siz ona nə qədər iyrənc damğalar vursanız da onun vecinə deyilsiniz. Çünki o, öz arzusunu reallaşdırıb. Sizsə, öz arzularınızı kənara qoyub başqalarının həyata keçən arzularının paxıllığını çəkirsiniz.

Bu, ictimai qınaq deyil, bu ictimai natamamlıqdır!

Yıxılana balta çalmazlar deyib atalar. Burda yıxılan – çox olsanız da, sizsiniz – oxumadığınız bədii kitablarla, tamamlamadığınız təhsillə, sahib olmadığınız dünyagörüşünüzlə, cılız və çərçivəli kiçik dünyalarınızla.

Allah köməyiniz olsun.

# 2786 dəfə oxunub

Oxşar xəbərlər

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

13:20 7 noyabr 2024
Seyid Əzimi kim qətlə yetirmişdi?

Seyid Əzimi kim qətlə yetirmişdi?

17:00 15 oktyabr 2024
Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

11:30 23 sentyabr 2024
Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

12:00 19 sentyabr 2024
Qarabağı hansı uşaqlar azad etdi?

Qarabağı hansı uşaqlar azad etdi?

13:14 14 sentyabr 2024
Baboşun villasından alimin zirzəmisinə

Baboşun villasından alimin zirzəmisinə

15:00 26 avqust 2024
# # #