Bu aşk böylə bitər, yoxsa bitməz?

Bu aşk böylə bitər, yoxsa bitməz?
25 iyun 2013
# 09:50

“Bu aşk böylə bitəməz”, “ Keçər dövran belə qalmaz” , Bu da gələr, bu da keçər” deyə-deyə ömür keçir, “aşk bitir”, dövran öz işində.

Ədəbiyyat insanların uydurmasıdır, sadəcə. İnsanlar “mutlu son” arzusuna məhkumdurlar, ümid onlar üçün ağrıkəsicidir.

Həyat ədəbiyyat deyil, burda razvyazka yoxdur, hadisələr yüksələn xətt üzrə inkişaf edib, düyünlər sürətlə açılmır.

Hələ də “atın önündə ət, itin önündə ot”. Ət də narazı, ot da. At da peşman, it də.

Və hansısa ağ atlı oğlan gəlib atla itin önündəkiləri dəyişdirməyəcək. Çünki həyat adlı ssenarinin müəllifini mövzunu tam açmaq, ideyanı həll etmək elə də düşündürmür. Biz öz insan ağlımızla bu müəllifi anlayacaq gücdə deyilik. Həyatımız dolaşıq suallara cavab axtarmaqla keçir.

Görəsən, Tanrı atın önünə ət qoymadan öncə onu otun varlığına niyə inandırır, bəlkə o yazığa özünün ətyeyən olduğunu bilmədən yaşamaq daha asan olardı...

“Babək” filminin qəhrəmanının bu sözlərini çox sevirəm:

“Mən Afşinə demişdim ki, son anda mənə Bəzz qalasının xarabalıqlarını göstərsin, o, mənə səni-bu miskin varlığı niyə göstərir?”

Maraqlıdı. Bəzz qalası və miskin varlıq. Azadlıq və zindan. Sevgi və ayrılıq. At və ot. Bir sözlə, antiteza. Yəni, bədii təzad. Görəsən, bu həyatın müəllifinə niyə bu qədər tünd bədii ifadə vasitəsi lazım olub?!

Yenə də unutdum. Həyat ədəbiyyat deyil axı, onu tam anlayıb təhlil etmək heç kimə nəsib olmayıb.

“Bu aşk böylə bitəməz”, “ Keçər dövran belə qalmaz” , Bu da gələr, bu da keçər” deyə-deyə ömür keçir, “aşk bitir”, dövran öz işində. Bir də ayrılırıq ki, öz məqsədimizdən çox uzaq düşmüşük. Olduğumuz yer olmaq istədiyimiz yerdən xeyli aralıdı.

Sanki yanlış bir qatara minib, son stansiyada ayılırsan ki, tamamilə yanlış istiqamətə gəlib çıxmısan. Geriyə isə yol yoxdur.

# 2528 dəfə oxunub

Oxşar xəbərlər

İsmayıl qurbanı əhvalatının müasir versiyası

İsmayıl qurbanı əhvalatının müasir versiyası

12:00 6 iyun 2025
Bu nə iş idi başıma gətirdin, mələk oğlum?

Bu nə iş idi başıma gətirdin, mələk oğlum?

12:00 2 iyun 2025
Röyanın Kannda nə işi var?

Röyanın Kannda nə işi var?

14:30 24 may 2025
Kütlə həmişə kütdür

Kütlə həmişə kütdür

12:00 11 may 2025
Messi, Ronaldo, yoxsa Lamin Yamal...

Messi, Ronaldo, yoxsa Lamin Yamal...

10:59 7 may 2025
Tənqidçi sadə söz adamıdır, başqa heç nə...

Tənqidçi sadə söz adamıdır, başqa heç nə...

11:00 27 aprel 2025
# # #