İlə 19 roman? Ah... Dəhşət!!!

İlə 19 roman? Ah... Dəhşət!!!
5 fevral 2014
# 13:19

Vaqif Yusifli Cavid Zeynallının “Leyla” romanı haqda məqalə yazıb. Hər şeydən qabaq bu yazını stajlı tənqidçinin gənc yazıçıya qarşı diqqəti kimi anlamaq lazımdır.

Bu yazının hansısa mülahizələri, ümumi ruhu, forması ilə bağlı mübahisə etmək də olar, lakin bizim diqqətimizi son dərəcə qəribə görünən bir cəhət cəlb etdi.

Tənqidçi uzaqdan da görükən bir təlaşla yazır:

“Hesablamamıza görə son yeddi ildə (2007-2013) müasir Azərbaycan nəsrində 120-dən artıq roman yaranmışdır və belə çıxır ki, hər ilə nə az, nə çox, 17 roman düşür. Bu, əlbəttə, böyük rəqəmdir, hətta Azərbaycan romanının bütün mərhələləri üçün ən yüksək bir nəticədir”.

Yazıçılar Birliyinin 1500 üzvü var, onların yarısının yazıçı olduğunu düşünsək bu 750 edir.

Üstəlik, nə qədər yazıçı da AYB üzvü deyil, bununla belə ədəbi prosesdə çox aktiv iştirak edirlər. Misal üçün Pərviz, Seymur Baycan, Aqşin, Nərmin Kamal.

İndi 800 yazıçı il ərzində 17 roman yazırsa bu çoxdurmu?

Nərmin Kamalın Kulis.Az-da çap edilmiş “Roman epidemiyasının faydaları” məqaləsini oxumağı Vaqif bəydən xahiş edərdim.

Zəngin fakturayla, dərin mülahizələrlə zəngin olan bu məqalədə bəzi statistik məqamlar da var.

Misal üçün Fransada 2007-ci ildə 727 roman, 2008-ci ildə 676 roman, 2009-cu ildə 659 roman. 2010-cu ildə 734 yeni roman çap edilib.

(2008-ci ildə fransız yazıçısı Jan-Mari Qustav Leklezio Nobel Ədəbiyyat mükafatına layiq görülüb.)

Fransanın əhalisi keçən il 65 milyon təşkil edib ki, bu da Azərbaycandan 7 dəfə çoxdur.

Amma Azərbaycanda bir ildə yazılan romanların sayı Fransa statistikası ilə müqayisədə çox gülünc görünür.

Tənqidçinin narahatlığının səbəbləri bizim üçün anlaşılan deyil.

Əlbəttə ki, bu romanların keyfiyyəti ilə bağlı şübhələrə dalmaq mümkündür və tənqidçinin əsas işi də bundan ibarətdir.

Bu gileyi ağacları qorumaq niyyəti ilə bir ekoloq səsləndirsəydi biz ona haqq verməsək belə başa düşərdik...

# 4070 dəfə oxunub

Oxşar xəbərlər

16 yaşlı qızı qaçıran axund kimə güvənir?

16 yaşlı qızı qaçıran axund kimə güvənir?

12:37 21 iyun 2025
Pampers dərdi və bərbər

Pampers dərdi və bərbər

10:00 14 iyun 2025
İsmayıl qurbanı əhvalatının müasir versiyası

İsmayıl qurbanı əhvalatının müasir versiyası

12:00 6 iyun 2025
Bu nə iş idi başıma gətirdin, mələk oğlum?

Bu nə iş idi başıma gətirdin, mələk oğlum?

12:00 2 iyun 2025
Röyanın Kannda nə işi var?

Röyanın Kannda nə işi var?

14:30 24 may 2025
Kütlə həmişə kütdür

Kütlə həmişə kütdür

12:00 11 may 2025
# # #