Bu yazarlardan özünüzü qoruyun

Bu yazarlardan özünüzü qoruyun
13 mart 2018
# 13:14

Onlar hər yerdə var. Hər sahədə. İnsanları boğaza yığmaqdan, iyrəndirməkdən zövq alırlar.

Öz məhdud, motal iyi verən təfəkkürləri ilə hadisələrə münasibət bildirirlər.

Onların arasında tanınan, sayılıb-seçilən, istedadlı hesab etdiyimiz yazarlar da var.

Adını düzgün yaza bilmədiyi şairi öz ağlı ilə yıxıb sürüməyi könül bulandırır. Hər şeyə lağ-lağı kontekstindən yanaşır. İntellektual, ziyalı, savadlı, danışanda ağzından dürr tökülən insanlara qəzəbini mənasız yumoru ilə bildirən bu adamlar hamının zəhləsini tökməklə məşğuldur.

Bu “motalitet” təfəkkürlü düşür ortalığa və hər havaya qol qaldırır. Şitlik eləyir, murdar niyyətlə kimisə hədəfə alır. Ləyaqətlə davranmaq əvəzinə ağrılı məsələləri barmağına dolayır, hamının adından danışır. Guya bu, bütün ictimai-siyasi hadisələrin başında dayanır, hər şeyi yaxşı bilir və adamları ayıltmaq istəyir. Halbuki öz kif qoxan nəfəsi ilə ortalığı iyləndirir.

Başa düşmürsən, bu adamın dərdi nədir? Bəzən özünü cəmiyyətin ağrılarına yanan biri kimi təqdim edir, ancaq hadisələrə bildirdiyi münasibətlə əslində onları aşağılayır. Bu “motalitet”ə görə heç kim kitab oxumamalıdır, filmə baxmamalıdır. “Hahahah”, lağ-lağı onun istinad nöqtəsidir. Harda belə bir adam gördü, söykəndiyi yumora güvənib onu aşağılamağı özünə məqsəd seçir.

Kənardan baxanda həssas olmayan adam deyər ki, əşşi, zarafat edir də, nə işiniz var. Halbuki onun hər məclisdə, hər məkanda hadisələrə yalançı ironiya ilə münasibət bildirməyi ona inananları səhv yola aparır. Nəyinsə uğrunda mübarizə aparanları barmağına dolamaq, əvəzində cəmiyyətin yaltaq dediyi adamı guya camaatdan acıq çıxmaq məqsədilə göylərə qaldırmaq onun ləyaqətindəki və tərbiyəsindəki qüsuru göstərir.

Özü bu adamları aşağılayır, təhqir edir, ona bir söz deyəndə isə and-aman eləyir ki, ay camaat, mən öz fikrimi bildirdim, niyə mənə hücum edirsiniz. Düşüncəsi budur: “Mən həqiqəti deyirəm, qaragüruh həqiqətə qarşıdır. Kütlənin əlinə keçmək necə də dəhşətlidir”.

Guya kütlə bunu başa düşməyib, guya kütlə bunun səviyyəsində deyil. Sanki kütlə ancaq yalanı dəstəkləyir. Özü bir kitab üzü açmayan, ordan-burdan bir-iki söz əzbərləyən bu tiplərin əsas istinad nöqtəsi budur: “Siz bilməzsiniz, mən bilərəm”.

Onlar bəzən qəhrəman kimi görünmək istəyər, bəzən isə yaltaq. Və bütün bunları açıq-aşkar sərgiləməkdədirlər. Yaltaqlığı isə qəbul etmirlər. Düşünürlər ki, onlar həqiqəti deyiblər. O həqiqət isə yalan donu geyinib təbəssümlə bizi ələ salır.

Bu adamlardan xilas yolu onların yolu ilə getməməkdir. Oxuyan, nəyinsə uğrunda mübarizə aparanlar barmaqla sayılacaq qədərdir. İmkan vermək olmaz ki, bu tiplər həmin mütərəqqi insanları barmaqlarına dolasın. Onları hər yerdən qovmaq lazımdır. Hər yerdən. Bir istedadları var, başlarımıza çıxıblar. İstedadlı olmaq ayrı şeydir, həyasız olmaq isə tamam ayrı.

Özünüzü bu adamlardan qoruyun!

# 2409 dəfə oxunub

Oxşar xəbərlər

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

13:20 7 noyabr 2024
Seyid Əzimi kim qətlə yetirmişdi?

Seyid Əzimi kim qətlə yetirmişdi?

17:00 15 oktyabr 2024
Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

11:30 23 sentyabr 2024
Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

12:00 19 sentyabr 2024
Qarabağı hansı uşaqlar azad etdi?

Qarabağı hansı uşaqlar azad etdi?

13:14 14 sentyabr 2024
Baboşun villasından alimin zirzəmisinə

Baboşun villasından alimin zirzəmisinə

15:00 26 avqust 2024
#
#
# # #