Peyğəmbərə qurban lazımdırdmı?

Peyğəmbərə qurban lazımdırdmı?
6 dekabr 2017
# 09:14

Biz uşaq olanda Babək ən sevimli qəhrəmanımız idi. Biz məktəbliykən Nəsimini daha çox sevirdik, nəinki onun dərisini soyanları.

Və nəhayət, bizimçün Axundov yüz iyirmi dörd min peyğəmbərdən daha haqlıydı. Bəlkə də, bu, bizim uşaqlığımızın yeganə yaxşı tərəfiydi, amma olsun.

İndi yeniyetmələrə Babəki sevməyə, Axundovu, Nəsimini anlamağa mane olan mənasız səbəblər var. İndi onlar Almas Yıldırıma “sənsiz neynim allahı mən, dini mən” misrasına görə az qala nifrət edirlər. Və Babəkin, Nəsiminin, Axundovun, Almas Yıldırımın övladlarının, yəni, bizim balalarımız özünü Əlinin, Hüseynin, Həsənin övladları hesab edirlər. Cihada, intihara, başkəsənliyə aludə olacaq qədər. Məsələ bu qədər ciddi, aradakı uçurum bu qədər dərin, yəni.

O qədər dərin ki, hətta bu gün uşaqlar ata-anasını qoyub “peyğəmbərin yanına” gedirlər. Evdə məktub, tövlədə cəsədlərini buraxaraq...

Bəli, filmdə deyildiyi kimi, zalımlar balalarımızı əlimizdən alırlar, cürbəcür təhlükəli oyunlar, qruplaşmalar, təriqətlər. Səbəbin və adın hansı olmasının dəxli yoxdu, nəticə dəhşətlidi.

Ötən illərdə “Suriyada ölmədən öncə” adlı yazımda valideynləri diqqətli olmağa çağırmışdım, “uşaqlarınızı məktəbdən uzaqlaşdırıb məscidə göndərməyin” deyə. Nəticədə xeyli təhdid məktubları almışdım. İndi həmin o qüvvələrə səslənirəm, sizin o qızğınlıqla müdafiə etdiyiniz idealınız uşaq qatilliyinimi təbliğ edir?

Niyə sizin sevginiz əsrlərdi qan qoxuyur, ümumiyyətlə peyğəmbərə qurban lazımdırdmı, bilən varmı...

# 1535 dəfə oxunub

Oxşar xəbərlər

İsmayıl qurbanı əhvalatının müasir versiyası

İsmayıl qurbanı əhvalatının müasir versiyası

12:00 6 iyun 2025
Bu nə iş idi başıma gətirdin, mələk oğlum?

Bu nə iş idi başıma gətirdin, mələk oğlum?

12:00 2 iyun 2025
Röyanın Kannda nə işi var?

Röyanın Kannda nə işi var?

14:30 24 may 2025
Kütlə həmişə kütdür

Kütlə həmişə kütdür

12:00 11 may 2025
Messi, Ronaldo, yoxsa Lamin Yamal...

Messi, Ronaldo, yoxsa Lamin Yamal...

10:59 7 may 2025
Tənqidçi sadə söz adamıdır, başqa heç nə...

Tənqidçi sadə söz adamıdır, başqa heç nə...

11:00 27 aprel 2025
# # #