Sevgilin qısqanc deyilsə...

Sevgilin qısqanc deyilsə...
10 may 2013
# 13:29

Rəfiqə Məmmədova

Tək qalmaq qorxusu və ya elə tərk edilməyin özü bir çox rəfiqələrimdə müşahidə etdiyim tendesiyadı. Oğlanlar qızları nəyə görə tərk edir? Təbii ki, milyardlarla insanı ümumi bir xarakteristikaya uyğun mühakimə etmək olmaz, amma ümumi orta statistik oğlanın sizi niyə tərk edə biləcəyini təxmin eləmək çətin deyil.

Əgər sevgiliniz sizə zəng etmirsə, o çox məşğul deyil, ayağı sınmayıb, babası ölməyib. Əgər bir oğlan sizə zəng eləmirsə, deməli istəmir. Bu qədər sadədi cavab. Özünüzü aldatmayın, sizə zəng eləməyən oğlana qətiyyən, altından xətt çəkərək deyirəm ki, qətiyyən zəng eləməyin. Hələ bəzi qızların ard-arda yığılan cavabsız zənglərini demirəm. Əzizlərim, gözləyin, başınızı qatın, kitab oxuyun, yemək bişirin, çıxın gəzin ona zəng eləməyin.

Əgər bir oğlan sizi görmək istəyirsə mütləq görər. İclas bəhanə deyil, dərs, iş, ailə problemləri bunlar boş söhbətlərdi. Görmək istəyirsə görəcək, görüşmək üçün təkidləriniz ancaq onu bezdirər, başqa heç nə əldə edə bilməzsiz.

Əgər bir oğlan evlənməkdən danışmırsa, gələcək planlarından danışarkən siz öz adınızı orda tapa bilmirsizsə, sevgilinizə gələcək qızınızın adıyla bağlı planlarınızdan, sizə gəlmək istəyən elçilərdən danışmayın. Tapdığınız yeganə oğlanın o olduğu düşünüb ondan iki əlli yapışdığınızı zənn etməsin.


Bir oğlana tez-tez onun üçün darıxdığınızı yazmayın, deməyin, bildirməyin. Ona bunu işarətlərlə, baxışlarınızla göstərməniz daha məqsədəuyğundu.

Bir oğlana heç bir halda “səni sevirəm” deməyin. Onun üçün ölsəniz də bunu ilk deyən siz olsanız, özünüzü kamikadze halına salarsınız.

Sizə xəyanət etdiyini düşündüyünüz oğlana bu barədə tez-tez deməyin. Ümumiyyətlə bu barədə heç nə deməməyiniz daha yaxşıdı. Çünki istisnaları çıxsaq heç bir oğlan bu suala düzgün cavab verməz. Bununla siz özünüzü hörmətdən salar, onun da əsəbləri ilə oynayarsız. Yaxşısı, bundan əmin olduğunuzda ya onu tərk edin, ya da yeniliklərlə, gülərüzlə, xoş söhbətlərlə onu geri qaytarmağa çalışın, səhvləriniz haqda düşünün.

Əgər bir oğlan sizi qısqanmırsa, gülünc söhbətlərinizlə onu qısqandırmağa cəhd eləməyin. Oğlanların sizin üçün öldüyünü, çoxlarının zəng etdiyini, gündə bir eşq etirafı aldığınızı deməklə onu ya özündən çıxararsız, ya da əlinizdən qaçırdarsız. Bir adam qısqanmırsa qısqanmır. Bunu hiss etdiyiniz halda seçilmiş olduğunuzu başa düşün və kef eləyin.

Ona geyimlərinizə, həyat tərzinizə, içib-çəkməyinizə (təbii ki, içən və çəkənsinizsə) qarışmağına icazə verməyin. Sizin zəif xarakterli biri olduğunuzu, hələ özünüzü tapmadığınızı, ona görə hər şeyə razı olduğunuzu düşünməyinə səbəb olsanızz, ağ bayraq qaldırmış olarsınız və gələcək itkilərinizin qırmızı lentini kəsərsiz.

Hətta onunla bir ürək iki bədən olsanız belə həyatınıza burnunu soxmağa icazə vermək istəyirsizsə, bunun qarşılıqlı olacağından əmin olandan sonra razılaşın. Qoyulan məhdudiyyətlər ikinizə də aid olmalıdı. Gecə saat üçdə evə gələn sevgiliniz günorta üçdə sizi rəfiqələrinizlə gəzməyə qoymursa, siz luzersiz (məğlub, uduzmuş).


Əgər sevgiliniz futbol azarkeşidirsə, zəng və mesajlarınızın cavabsız qalmaması üçün ona futbol vaxtı zəng etməyin, onun yanında klubunu, sevimli futbolçusunu pisləməyin, hətta bir neçə dəfə onunla oturub futbola baxın. Sizə bir daha aşiq olar.

Ürəyinizin səsinə qulaq asmayın, ağlınızı işlədin. Alınmırsa uzatmayın, özünüzü incitməyin, tərk edin getsin. Həyatınızın məhəbbəti ilə bir gün rastlaşacaqsız, mütləq rastlaşacaqsız.

Sevdiyinizi düşündüyünüz oğlan “O” ola da bilər olmaya da, bu normaldı. Amma hamı ikinci şansa layiq olmur, bunu nəzərə alın və həyata gülümsəyin.

# 18075 dəfə oxunub

Oxşar xəbərlər

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

13:20 7 noyabr 2024
Seyid Əzimi kim qətlə yetirmişdi?

Seyid Əzimi kim qətlə yetirmişdi?

17:00 15 oktyabr 2024
Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

11:30 23 sentyabr 2024
Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

12:00 19 sentyabr 2024
Qarabağı hansı uşaqlar azad etdi?

Qarabağı hansı uşaqlar azad etdi?

13:14 14 sentyabr 2024
Baboşun villasından alimin zirzəmisinə

Baboşun villasından alimin zirzəmisinə

15:00 26 avqust 2024
#
#
# # #