Boynu vurulmuş qızılgül

Boynu vurulmuş qızılgül
13 may 2013
# 07:30

Səhər Əhməd

Masanın üstündə, büllur güldanda doğum gününə hədiyyə olunmuş, qanında boğulmuş qırmızı qızılgüllər. Doğum günü ayrılıq günü kimi qüssəli.

Pəncərədə dibçək gülləri-monastırda yaşayan qızlartək. Həyatı pəncərədən görərək sevmək…

Yol kənarında toz basmış qızılgül kolları həyata küsmüş.

Həyatın kənarında sadəcə susmaq…

Masada-büllur güldandakı gül pəncərədə, saxsı dibçəkdə diri olmaq istəyir, saxsı dibçəkdəki gül toz içində azad olmaq. Çöllər evidi güllərin, pəncərələr qəfəsidi, masalar – tabutu.

Doğum günü edam günü qədər uzun. Doğum günü “Pirr qələbəsi”nə bənzər, tarixə “məğlubiyyətə bərabər qalibiyyət” adı ilə düşmüş hadisəyə. Ağır döyüşlərin birində qalib gəlmiş, amma sevinməyə bircə əsgəri də qalmamış hökmdar Pirrin qələbəsinə.

Uzun ömür də ağır döyüşdü, meydanda çoxlu yaralı və ölü, indi qələbəni kiminlə qeyd edəsən?!

… Masanın üstündə boynu qırılmış, başı bədənindən ayrılmış bir qızılgül hər şeyə rəğmən hələ də gülümsünür. Ona yazıq görkəm verən də elə bu təbəssümdü. Mən səni çox sevdim, boynu vurulmuş qızılgül, sən mənim doğum günü hədiyyəmsən. Bəsdi gülümsədik, məğlublar gülümsəməz, gülüm, məğlubların heç bir haqqı yox.

…Sən mənim doğum günü hədiyyəmsən!

# 2830 dəfə oxunub

Oxşar xəbərlər

İsmayıl qurbanı əhvalatının müasir versiyası

İsmayıl qurbanı əhvalatının müasir versiyası

12:00 6 iyun 2025
Bu nə iş idi başıma gətirdin, mələk oğlum?

Bu nə iş idi başıma gətirdin, mələk oğlum?

12:00 2 iyun 2025
Röyanın Kannda nə işi var?

Röyanın Kannda nə işi var?

14:30 24 may 2025
Kütlə həmişə kütdür

Kütlə həmişə kütdür

12:00 11 may 2025
Messi, Ronaldo, yoxsa Lamin Yamal...

Messi, Ronaldo, yoxsa Lamin Yamal...

10:59 7 may 2025
Tənqidçi sadə söz adamıdır, başqa heç nə...

Tənqidçi sadə söz adamıdır, başqa heç nə...

11:00 27 aprel 2025
#
#
# # #