Səni unutmadıq, Elina

Səni unutmadıq, Elina
7 may 2019
# 16:34

Elina, səni unutmadıq, qorxma. Bir az gündəm dəyişdi, səndən sonra, bir az intiharlar çoxaldı.Amma sən bizim dərdlərimizin qız qalasısan, nə qədər başımız qarışsa, həmişə gözümüzün qarşısındasan. Bağışla, ölənlə ölmək olmur, Elina.

O vaxtdan sən yaşda qız uşaqlarını görəndə onları qucaqlamaq keçir könlümdən, elə bilirəm, bütün böyüklər incidir bütün uşaqları. Tanrını görsən, soruş ki, ilahi, niyə belədi yaratdıqların?

Sən gedəli, məktəblərdə şagirdlərə “direktor qayğısı artırılıb”, Elina, intiharlara açılan pəncərələri bağlamaq məqsədilə.

May gəlib, bilirsənmi?! Gözəl havalarda daha çox sıxılır ürəklər. Səni sevməyənlər ölsün, Elina, səni sevməyənlər heç bir-birlərini də sevmirlər. Adamların sevgisi çatmır, yavrum, havası çatmayan kimi...

Bir azdan qırx mərasimin olacaq, bir günlük gündəm olacaqsan yenə, şəkillərdən üzümüzə baxıb əzab verəcəksən bizə. İnsanların rəqəmlərlə xatırlanması da qəribədi. Günlər vəfasızdı,Elina, heç kimə sadiq qalmır.

Sən niyə o gözəl qızı öldürdün Elina, özünü öldürmək də özgəsini öldürmək qədər günahdı axı. Sevgi çatmazlığı ürək çatmazlığı deyildi ki...

Sən bizim heç vaxt geri ala bilməyəcəyimiz yüksəkliyimizsən.Biz burda darıxırıq, Elina, sən orda darıxma. Səni unutmadıq. Qorxma!

# 2904 dəfə oxunub

Oxşar xəbərlər

İsmayıl qurbanı əhvalatının müasir versiyası

İsmayıl qurbanı əhvalatının müasir versiyası

12:00 6 iyun 2025
Bu nə iş idi başıma gətirdin, mələk oğlum?

Bu nə iş idi başıma gətirdin, mələk oğlum?

12:00 2 iyun 2025
Röyanın Kannda nə işi var?

Röyanın Kannda nə işi var?

14:30 24 may 2025
Kütlə həmişə kütdür

Kütlə həmişə kütdür

12:00 11 may 2025
Messi, Ronaldo, yoxsa Lamin Yamal...

Messi, Ronaldo, yoxsa Lamin Yamal...

10:59 7 may 2025
Tənqidçi sadə söz adamıdır, başqa heç nə...

Tənqidçi sadə söz adamıdır, başqa heç nə...

11:00 27 aprel 2025
#
#
# # #