Fuad Poladova borcumuz

Fuad Poladova borcumuz
22 sentyabr 2017
# 15:09

Ölkənin ictimai həyatında, sənət aləmində elə şəxsiyyətlər var ki, onların nəyəsə münasibəti və eləcə də onlara olan münasibət bir göstərici olur. Olur və cəmiyyət içində parametrlər müəyyənləşdirir.

Bir lakmus kağızı kimi vəziyyəti ortaya çıxarır.

Son günlər bahalı müalicə istəyən xəstəlik xəbəri ilə gündəmə gələn aktyor Fuad Poladov məhz o şəxsiyyətdir.

O, bizi “Heç nəyə ehtiyacım yoxdur, hər şey yaxşıdır, müalicəmi davam etdirirəm” deyə arxayın edir.

Amma nəsə bizi elə hey incidir.

Bəlkə doğrudan hər şey yaxşıdır, bəlkə doğrudan hər şey qaydasındadır. Amma hər şey yerindəsə, onda mənəvi borc, hətta vəzifə borcumuzu hara qoyaq?

Xəstəlik xəbəri mətbuata çıxandan izləyib soruşuram, ona hər hansı diqqət, maddi dəstək göstərilibmi?

Teatr Xadimləri İttifaqı vəzifə borcu olaraq maraqlanıb hər hansı yardım etməyə qalxıbmı ki, sabah AYB kimi “quyruğu qapı arasında qalanda” desin ki, biz filankəslərə, filankəslərə kömək eləmişik.

Ya Mədəniyyət və Turizm Nazirliyi özü?

Ya Kinematoqrafçılar İttifaqı?

Açıq suallardır.

Çün bunlar şəxsi münasibət deyil, sənət kimi mənəvi dəyərə xidmət etmək üçün yaradılan əlaqədar strukturların göstərməli olduğu münasibətdir.

Düzdür, rəhbərlər, məmurlar dəyişilmədikcə, bu strukturlar da gözümüzdə şəxsiləşir.

Amma mən bu yazını qurumlara rəhbərlik edən ayrı-ayrı şəxsləri unuduban yazıram.

Gərçi şəxsi olsa heç yazmağa dəyməzdi.

# 2556 dəfə oxunub

Oxşar xəbərlər

Pampers dərdi və bərbər

Pampers dərdi və bərbər

10:00 14 iyun 2025
İsmayıl qurbanı əhvalatının müasir versiyası

İsmayıl qurbanı əhvalatının müasir versiyası

12:00 6 iyun 2025
Bu nə iş idi başıma gətirdin, mələk oğlum?

Bu nə iş idi başıma gətirdin, mələk oğlum?

12:00 2 iyun 2025
Röyanın Kannda nə işi var?

Röyanın Kannda nə işi var?

14:30 24 may 2025
Kütlə həmişə kütdür

Kütlə həmişə kütdür

12:00 11 may 2025
Messi, Ronaldo, yoxsa Lamin Yamal...

Messi, Ronaldo, yoxsa Lamin Yamal...

10:59 7 may 2025
#
#
# # #