Suxarıya pul olmayanda

Suxarıya pul olmayanda
18 yanvar 2016
# 14:50

Şahzadələrdən bəhs edən nağıllarda uşaq ağlım həmişə bir məsələni düşünüb: var-dövlət və firavanlıq içində olan adamlar özlərini nə haqla bu cah-calala layiq bilirlər? “Biz daha çox işləyirik, ona görə varlıyıq” deyə bilməzlər. “Biz daha savadlıyıq”, desələr yenə var-dövlət səbəbindən savadlıdırlar. İndi oxumaq bir ətək pul istəyir. Hətta Adəmdən bəri Allah vergisi olan gözəllik də indi paranın lütfüdür-plastik əməliyyatlar, botokslar, daha nələr...

Sərvətlərə sahib olma haqqını hardan alır adamlar? Adolf Hitlerlə məşhurlaşan ari irqi ideyası bunu izah etmək çabası deyildimi ki? “Kral nəsli” də, kral qanı da ilk növbədə var-dövlətlə təmizlənib kübarlaşmırmı bəyəm?

Varlı ona görə varlıdır ki, o, varlıdır. Hər şey maddi zənginliyin verdiyi imtiyaz və imkanlarmış. Hətta iş özü də. İşləmək özü də müəyyən zümrənin lüksüdür...

Sosial şəbəkədə Ağcabədidə intihara cəhd edən adamın müsahibəsini paylaşmışdılar. İşsiz olduğunu, dükanlara borcu olduğunu, uşağına 10 qəpiklik suxarı almağa belə pulu olmadığını deyirdi: “Allaha and olsun, yoldaşım dedi ki, mən heç əyin-baş da istəmirəm, elə edək bu uşaqlar dolansın. Dünən bir-birimizin üzünə baxıb ağlamışıq”...

Nataraz sosial problem, dövlət bir yana hələ... Bir də insanlıq var, paylaşmaq var, ən azı dərdini bölüşmək var. Bilən bilir ki, bu nə vəziyyətdi: suxarıya pulu olmamaq.

Amma ən pisi bu deyil. Bütün çətinlikləri bir şəkildə keçmək olur. Azca çörək tapanda ac qaldığın günləri unudursan. (Əlbəttə əgər aclıqdan psixologiyan tam pozulmayıbsa, Cek Londonun qəhrəmanı kimi yetəri qədər çörək ola-ola çörək qırıntılarını balınc altında gizləmirsənsə) hətta bəlkə bu pis günlərdə sənə yaxşılıq edənləri, çörək verənləri belə unudursan. Amma o günlərdə sənə olan amansızlığı unuda bilmirsən.

Necə ki, mən sosial şəbəkədə paylaşılan xəbərin altından adını çəkmək istəmədiyim bir xanımın, həm də aparıcı işləyən bir xanımın yazdığı şərhi unuda bilmirəm, intihara cəhd edənin şəklinə işarə edərək “Uşağa 10 qəpiklik suxarik ala bilməyib, amma özünə siqaret ala bilib” şərhini. Bu boyda zillətin içində bir gilə siqareti o kişiyə qıymayan xanımı.

"Yetim əlində qoğal əcaib görünər" haqlılarmış. Bəs görəsən suxarı necə görünür?

# 1133 dəfə oxunub

Oxşar xəbərlər

Hardadır o nazirliklər, birliklər, ittifaqlar?

Hardadır o nazirliklər, birliklər, ittifaqlar?

21:00 14 aprel 2025
"Cəmiyyətdə  danabaşlaşma halları çoxalmağa başlayıb"

"Cəmiyyətdə danabaşlaşma halları çoxalmağa başlayıb"

18:15 9 aprel 2025
Allah o qədər bikar deyil

Allah o qədər bikar deyil

17:00 7 aprel 2025
Mehriban Ələkbərzadə nə edib?

Mehriban Ələkbərzadə nə edib?

15:00 7 aprel 2025
Dövrümüzün Mirzə Cəlili Elgiz Əkbər

Dövrümüzün Mirzə Cəlili Elgiz Əkbər

12:00 7 aprel 2025
Kül o kişinin başına ki...

Kül o kişinin başına ki...

13:00 6 aprel 2025
# # #