Sən niyə susursan?

Sən niyə susursan?
9 sentyabr 2013
# 10:11

Susursan. Susmaq ən yaxşı cavab olduğu üçün deyil, haqsızkən haqlı görünənlərin, suçluykən meydan sulayanların xorunda solo oxumaq çətindir, deyə.

Bir az uzaqdan baxanda həyat səhnə kimi aydın görünür, burada hamıdan öz rolunun öhdəsindən məharətlə gəlmək tələb olunur. Ölülərlə eyni cür vidalaşmaq, dirilərlə eyni cür salamlaşmaq lazımdır. Dodaqlarını qulaqlarının dibinə qədər dartaraq. Bilmədən ayağını tapdayıb, sonra üzr istəyən şəxsin üzünə də eyni cür gülümsəmək tələb olunur - qəbul olunmuş qaydada. Bu təbəssüm təxminən belə bir cavaba oxşamalıdı: “Yox, nə danışırsız, buyurun, bir də tapdayın”.

Adi məişət vərdişlərindən tutmuş yüksək diplomatik hoqqalara qədər bütün qaydalar cəmiyyətin əxlaqsızlığını pərdələməyə xidmət edir. Bu aksiom olsa da isbata böyük ehtiyacı var. (Elmə məlum olmayan və yaxud da dəxli olmayan belə aksiomlar çoxdur).

“Nə üçün” tipli mənasız suallarla başını sındırma, bir şərqidə deyildiyi kimi: “Dəyərmi hec?”

Məsələ burasındadır ki, insanlarla layiq olduğu kimi rəftar etmək çəngəl-bıçaqla düzgün davranmaq qədər önəmli deyil. Kimlərəsə şərəfsiz olduğunu sübut etmək kimi gülünc bir səbəblə başqalarının gül kimi istirahətini pozmaq ədəbi dildə “ədəbsizlik”, loru dildə “mərdimazarlıq” adlanır. Öz yöndəmsizliyinlə həmişə və hər yerdə nə etdiyini yaxşı anlayan mədəni adamların ansamblında xaric səslənəcəksən. Camaat da sənə buynuz çıxarmış kimi, ziyafət paltarıyla idman ayaqqabısı geymiş kimi, ən pisi isə rolunun öhdəsindən gələ bilməyən bacarıqsız aktyor kimi baxacaq.

Xoşbəxtlikdən, sən bu oyunda yalnız tamaşaçısan.

Burada hər şeyi zaman özü həll edir, məhz o, bütün yaraları sağaldır və məhz sağaldır, çünki hər şey ömür qədər uzun çəkməklə yanaşı, həm də nizamlı və yeknəsəqdir. Sənin də fəxri qarovulda dayanmış kimi canın sıxılır.

Susursan. “Susmaq qızıldır”, deyə yox, sözün bitdiyi yerdəsən deyə.

# 4831 dəfə oxunub

Oxşar xəbərlər

Bu “silikonlu Harvard məzunu”nu niyə TV-lərə buraxırlar?!

Bu “silikonlu Harvard məzunu”nu niyə TV-lərə buraxırlar?!

11:15 1 aprel 2025
Adam öz ölkəsinin millisinin uduzmasına gülməməlidir

Adam öz ölkəsinin millisinin uduzmasına gülməməlidir

13:26 26 mart 2025
İndiki şeirimizdə uğultu var

İndiki şeirimizdə uğultu var

12:40 22 mart 2025
Azərbaycanlılar heç vaxt müsəlman olmayıb

Azərbaycanlılar heç vaxt müsəlman olmayıb

10:00 21 mart 2025
Qələbəmizi urvatdan salan qazilər

Qələbəmizi urvatdan salan qazilər

15:00 11 mart 2025
Qənirə Paşayevanın övladları var, qoy hamı bilsin

Qənirə Paşayevanın övladları var, qoy hamı bilsin

15:49 7 mart 2025
#
#
# # #