Bu gün Ağdamın işğalından 19 il ötür
(Sabahın baş xəbəri)
***
Bu gecə içək dostlar...
İçək torpaqsızlığa... Keçmişsizliyə...
Gələcəksizliyə içək...
Bu gecə badələri qaldırın ağacsızlıq eşqinə, çiçəksizlik eşqinə, küçəsizlik eşqinə...
Qaldırın ilk sevgiyə, ilk gülüşə, ilk nifrətə...
İlk yerişə, ilk baxışa, ilk duruşa...
Ilk məktəbə... müəllimə... ilk “2”yə...
Qaldırın badələri ağacdan asılmayan yelləncəyə... divardan
asılmayan portretə...
Bu gecə cilik-cilik olan arzuların şərəfinə içək...
Bu gecə yeraltı qazmalarda, çadırlarda, vaqonlarda, uşaq baxçalarında, məktəblərdə, yataqxanalarda, oralarda, buralarda... keçən ömrə içək...
Bu gecə mütləq içək...
İndi deyəcəyim sağlığa iki dəfə içək... Bir badəylə həzm etmək asan olmayacaq...
Qaldıraq badələri məzarsızlığa...
Doğmasızlığa... Müqəddəssizliyə... Kimsəsizliyə... Səssizliyə...
Nəyiniz qalıbsa süzün, qaldırın badələri dostlar... Qaldırın badələri sükuta içək...
Qalxın dostlar, bu sağlığa oturuqlu içmək olmaz!
Başınızı aşağı salın... bu sağlıqla bir – birimizin üzünə baxmaq olmaz!
Badələrimizi sabahdan bizə tərəf boylanan 20 rəqəminin şərəfinə cingildədək... döyüşdürək... vuruşduraq...
Şərəfə dostlar... Şərəfə...
İçək dostlar... Səhərə ayıq başla çıxmaq olmaz...
Deyilən sağlığa
Oxşar xəbərlər

Hardadır o nazirliklər, birliklər, ittifaqlar?
21:00
14 aprel 2025

"Cəmiyyətdə danabaşlaşma halları çoxalmağa başlayıb"
18:15
9 aprel 2025

Allah o qədər bikar deyil
17:00
7 aprel 2025

Mehriban Ələkbərzadə nə edib?
15:00
7 aprel 2025

Dövrümüzün Mirzə Cəlili Elgiz Əkbər
12:00
7 aprel 2025

Kül o kişinin başına ki...
13:00
6 aprel 2025